Microsoft Hyper-V Haqqında

Dünya İnformasiya bazarında günü-gündən inkşaf edən Virtuallaşdırma texnologiyası bir çox böyük şirkətləri bu sahədə yeniliklər etməyə təhrik etdi.Bu sahədə öz addımlarını atan Microsoft Şirkəti Virtuallaşdırma sahəsində bir çox yeniliklər etdi.Bunlardan bəzilərinə qısa olaraq göz atsaq.

1. Microsoft Virtualization for the Datacenter (Hyper-V)
2. Microsoft Application Virtualization
3. Microsoft virtualization for the Desktop
4. Microsoft virtualization solutions for the Cloud
Qeyd etdyimiz mövzular haqqında portalımızda əlavə məqalələr yayımlancaq. Məqaləmizin birinci bölməsində Hyper-V –nin sazlanması haqqında sizlərə məlumat verməyə çalışacağam.Windows Server 2008 –ilə gələn Hyper-V, Windows Server 2008 R2 –ilə bəzi ciddi dəyişikliklər və əlavələr olunaraq bazarda öz yerini aldı. Biz məqalələrimizdə Windows Server 2008 R2 istifadə edəcəyik.

Hyper-V -nin Arxitekturası

Hyper-V R2 dəstəklədiyi platforma

Microsoft Hyper-V Server 2008 R2 – Microsoft-un Stand-Alone məhsuludur.Yəni Hyper –V sıfırdan ƏS (Əməliyyat Sistemi) kimi qurulur. Ən gözəl xüsusiyyəti pulsuzdur. Microsoft-un saytndan hər kəs yükləyib istifadə edə bilər.Kiçik müəssisələr üçün uyğundur.
Windows Server 2008 R2 Standard – Windows Server 2008 R2 Standard üzərində Hyper –v bir xidmət olaraq sazlanır.Bəzi məhdudiyyətlər vardır. Kiçik və Orta müəssisələr üçün uyğundur.
Windows Server 2008 R2 Enterprise və Datacenter – Windows Server 2008 R2 Enterprise və Datacenter üzərində Hyper –v bir xidmət olaraq sazlanır.Heç bir məhdudiyyət yoxdur.Tam xidmət göstərir. Orta və Böyük müəssisələr üçün uyğundur.

Qeyd: Windows Server 2008/R2 Core üzərinədə Hyper – V yükləyə bilərik


Hyper – V x86 və İtanium platformasını dəstəkləmir. Hazırda x64 bitlik İntel -VT və AMD-V texnologiyasından istifadə edir.Amma Hyper-V üzərindəki Hostlarımız x86 və x64 bit ola bilər

Microsoft Hyper -V ilə rəsmi olaraq ilk dəfə kodlarının bir hissəsini Linux dəstəkləyən rəsmi şirkətlərə açdı.Bildiyimiz kimi Microsoftun platforması gizlidir.Hyper -V tərəfindən dəstəklənən Linux ƏS

* SUSE Linux Enterprise Server 10 with Service Pack 1 (x86 Edition or x64 Edition)
* SUSE Linux Enterprise Server 10 with Service Pack 2 (x86 Edition or x64 Edition)
* SUSE Linux Enterprise Server 11 (x86 Edition or x64 Edition)
* Red Hat Enterprise Linux (RHEL) 5.2, 5.3 and 5.4 (x86 Edition or x64 Edition)

Qeyd edim ki Hyper -V üzərində hazırda qeyri -rəsmi olaraq başqa ƏS -lər istifadə oluna bilər.

Amma burda əsəs məqam odur ki, hər hansı bir nasazlığa görə dəstəklənməyən sistemlər üçün texniki xidmət ala bilməyəcəksiniz.

Hyper -V Supported Guest OS (Rəsmi dəstəklədiyi ƏS)

http://www.microsoft.com/windowsserver2008/en/us/hyperv-supported-guest-os.aspx

Windows Server 2008 R2 -nin dəstəklədiyi avadanlıqların siyahısına Microsoftun rəsmi saytından http://www.windowsservercatalog.com/ baxa bilərsiniz.Bizim Hyper –V Hp Server üzərində xidmət göstərəcəyi üçün HP Server üzərində bəzi kiçik dəyişikliklər edəcəyik.

Elgüc Yusifbəyli
_____________
MCT

Səs: +70. Bəyənilsin Zəifdir

Şərhlər ( Microsoft Hyper-V Haqqında )

  1. Dəyərli məqaləyə görə təşəkkürlər..

Şərh yazın