Windows Serverlər üzərində RAID Disklərin sazlanması

RAİD – Redundant Array of Independent Disks

Bildiyimiz kimi Raid disklər qurmaq üçün iki metoddan istifad edə bilərik. Bunlardan biri Hardware digəri isə Software RAİD tipidir. RAİD bizə nə üçün lazımdır? – bu sadə sualın, özü kimi sadə bir cavabı var – İnformasiyalarımızın sürətli axınını və təhlükəsizliyini təmin etmək üçün. Bəs RAİD massiv qurmaq üçün bizə nə lazımdır? – RAİD dəstəkləyən ana kart və ən azı 2 yaddaş qurğusu (HDD). Əgər əlimizdə hələdə istifadə etdyimiz bir çox avadnlıqlar fiziki olaraq RAID (Hardware RAID) dəstəkləmirsə bizim imdadımıza software RAID yetişəcək. Bəli Software RAID digərinə nisbətən yavaş çalışsada belə məqamlarda istifadə olunması məsləhətldir. Məqaləmizə RAİD haqqında qısa və ümumi məlumatla başlayaraq Windows Serverlər üzərində Software RAİD qurulmasını nəzərdən keçirəcəyik. Bəs hansı RAİD bizim istəklərimizlə uyğun gəlir? Bu suala cavab tapa bilmək üçün RAİD-lərin bir neçə daha işlək formalarının mənfi və müsbət cəhətlərini nəzərdən keçirək.
Nəzərə çatdırmaq istəyirəm ki, RAİD sürətli informasiya axını təmin etmək və informasiyaları yaddaş qurğularının fiziki zədəsi zamanı qorumaqdan ibarətdir.
P.S. Nəzərdən qaçırmayaq ki, əməliyyat sistemi RAİD massivinə daxil olan bütün yaddaş qurğularını bir Partition olaraq görür..

RAİD 0 – Striped Disk Array without Fault Tolerance
Prinsipi: Bir neçə HDD-ni əməliyyat sistemi bir böyük HDD kimi görür və yüksək sürətli yazılma və ötürməni təmin edir. İnformasiya bloklara ayrılıb sürətlə “məşğul olmayan” disklərə yazılır.
Müsbət cəhətləri:
Yüksək sürət (İnformasiya bloklara ayrılıb müxtəlif disklərə yazılır)
Ucuz başa gəlməsi
Mənfi cəhətləri:
Bir HDD-nin sıradan çıxması ilə bütün informasiyanın itirilməsi
Fault Tolerance olmaması (qəza zamanı bir HDD sıradan çıxarsa, informasiya itkisi ilə nəticələnir)

RAİD 1 – Mirroring & Duplexing
Prinsipi: İnformasiya RAİD-in hər iki yaddaş qurğusunda tam olaraq saxlanılır, bunlardan biri sıradan çıxarsa, digəri tam fəaliyyət göstərir və sıradan çıxmış HDD dəyişdirildikdən sonra RAİD tam bərpa olunur.
Müsbət cəhətləri:
Fault Tolerance olması
Sıradan çıxmış HHD-nin sadə bərpa olunması
Mənfi cəhətləri:
HDD-lərin yaddaşının 50%-ni istifadə etmək olur
Aşağı İ/O sürəti

RAİD 5 – Independent Data Disks with Distributed Parity Blocks
Prinsipi: İnformasiya RAİD-ə PARİTY-lər şəklində yazılaraq saxlanılır. İstifadə edə biləcəyimiz həcm isə (N-1) * HDD həcm (Burada N HDD-lərin sayıdır) düsturu ilə hesablanır. Məs: (3-1) * 6 GB = 12 Gb.
Müsbət cəhətləri:
Fault Tolerance olması
Yüksək İ/O sürəti
Sıradan çıxmış HHD-nin sadə bərpa olunması

Mənfi cəhətləri:
Nisbətən baha başa gəlməsi

İndi isə labaratoriya şəraitində bir RAİD 5 qurulmasını nəzərdən keçirək.
1. Start – Run diskmgmt.msc yazaraq Disk Managmenti açırıq. Göründüyü kimi 3 ədəd (6Gb həcmində) HDD-miz mövcuddur. HDD-lərin eyni şirkətin məhsulu və həcmlərinin bərabər olması məsləhətlidi, əgər həcmdə fərq varsa ən kiçik həcm hesablanacaq. Yəni 3 HDD-nin biri 10Gb, digərləri 80Gb olsa belə RAİD hər birinin 10Gb-nı istifadə edəcək. Windows Serverlər üzərində RAİD struktrundan istifadə etmək üçün disklərin Dynamic disklərə çevirilməsinə ehtiyac var.

2. Disklər üzərindən sağ düymə vasitəsilə Convert to Dynamic Disk deyirik. Dynamic Diskə çevirmək üçün diskpart da istifadə edə bilərik.
Run – CMD – diskpart
LİST DİSK
SELECT DİSK .
CONVERT DYNAMIC

3. Bizə lazım diskləri seçirik və OK deyirik. Və Dynamic Disklərimiz hazırdır. Qeyd edim ki, əgər sisteminiz qurulu disikin RAİD sturktruna daxil olmasini istəyirsinizsə RAİD 1 seçə bilərsiniz.

4. Yaratdığımız disklərdən birinin üzərində sağ düymə açırıq və istədiyimiz RAİDi seçirik. Biz New RAID-5 Volume seçirik. (Bu əməliyyatı da DİSKPART vasitəsilə həyata keçirə bilərik)

5. Açılan pəncərədə istifadə edəcəyimiz digər HDD-ləri seçirik və Add edirik. Və Next..

6. Bu hissədə kompüterdə görsənəcək hərfi seçirik (Komputerdə bu 3 HDD E diski kimi görsənəcək). Və Next..

7. Bu hissədə isə fayl sistemi, Cluster ölçüsünü və ad vermə işini tamamlayırıq. Biz adını RAİD-5 qoyuruq. Perform a quick format deyirik.

8. Gördüyümüz kimi, 12 Gb həcmində, Fault Tolerance RAİD-5 qurduq.

9. RAİD-5 massivini yoxlamaq üçün bir file_for_TEST.txt yaradıb, RAİD-5də saxlayırıq.

10. HDD-lərdən birini sıradan çıxardaraq alınan mənzərəyə nəzər salaq. Görürük ki, file_for_TEST.txt faylının yerində olduğunu, lakin, RAİD-5in statusu Failed Redundancy olaraq dəyişmişdir.

11. Bu vəziyyəti düzəltmək üçün HDD-nı özümüz ayırmışıqsa (1-ci hal) yerinə qaytarırıq, əgər sıradan çıxıbsa (2-ci hal) yeni bir HDD əlavə edirik. 1-ci halda Reactivate Volume, 2-ci halda isə Repair Volume deyib yeni əlavə etdiyimiz HDD-ni göstəririk və nəticəni gözləyirik.

12. RAİD-5in bərpa və ya yenidən aktivləşməsini izləyirik. Bu halda qətiyyən disklərələ oynamq olmaz!!

13. Sinxronlaşma bitdikdən sonra RAİD-in vəziyyətinin HEALTHY yəni, sağlam olduğunu, və file_for_TEST.txt informasiyasının yerində olduğunu görürük.

Bu məqaləmin kimlərəsə yardımı olarsa demək əziyyətimiz hədər getməyib. Yeni məqalələrdə görüşmək ümidi ilə…

Elvin Əmirov

___________

İT Mütəxəssis

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 7 )

  1. Elvin bəy maraqlı məqalə üçün təşəkkürlər.

    • ismayil / . Dərc edilib:A 18/08/2012 at 11:01 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Cox saq ol Elvin qardaw ela meqaledi. Zehnine quvvet.

    • elcin / . Dərc edilib:A 13/10/2012 at 5:49 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    nececur raid var

  2. Elçin bəy zəhmət olmasa suallarınızı http://forum.technet.az adresində uyğun bölmə altında yerləşdirin. Uğurlar

    • Elnur / . Dərc edilib:A 06/01/2013 at 1:18 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Megale etrafli basha salir her sheyi

    Amma indi hech kim Raid windows uzerinden galdirmir.

    indi artiq desktoplardada Raid controller tapmaq olar

  3. Məqalə üçün çox sağ olun.. Çox faydalı məqalədir.. Bir sualım olacaq, bildiyimiz kimi adi Windows üzərində software RAİD-lərdən RAİD 0 və RAİD 1 aktvidr, RAİD 5 isə yox.. RAİD 5-i necə aktiv edə bilərəm ?

     

    • İlqar bəy, salam.

      Dilimizdə resurs yaranması üçün sualı sual-cavab bölməsində yerləşdirin. Məqalənin sağ tərəfində Məqaləylə bağlı sual ver – düyməsindən istifadə edə bilərsiniz. Sualı yazarkən bilgisayarınızdakı HDD-lərin də sayını qeyd edin, zəhmət olmasa.

      Məqaləni və cavabları bəyəndiyiniz halda, qiymətləndirməyi unutmayın. 

      Təşəkkürlər. 

Şərh yazın