IP adresləri: Networks and hosts (IPv4)

IP adresləri şəbəkədə hər hansı bir host-u (komputer və ya başqa bir qurğunu,məsələn:printer,router və s.) identifikasiya etmək üçün istifadə olunan 32-bit-dən ibarət rəqəmdir.

IP adresləri adətən nöqtələrlə dörd yerə bölünmüş onluq say şəklində olur. Məs: 192.168.123.132 IP anlayışını daha yaxşı başa düşmək üçün ona 2-lik say sistemində baxmaq lazımdır. İkilik say sisteminə çevirmək üçün nöqtələrlə ayrılmış hər bir hissəni davamlı olaraq 2-ə bölmək və alınan qalığı əks istiqamətdə oxumaq lazımdı

Nəticədə onluq say sistemində olan bu IP 192.168.123.132 ikilik say sistemində aşağıdakı kimi olacaq

110000000101000111101110000100

Bu cür yazılış çətin başa düşüldüyündən hər biri 8-bit-dən ibarət dörd hissəyə bölünür:

11000000.10101000.01111011.10000100

Əslində bü cür yazılış müəyyən dərəcədə oxunuşu asanlaşdırsada ,onluq yaziliş həm oxuma və həm də istifadə üçün daha əlverişlidir (192.168.123.132).

İndi də 2-lik say sistemindən 10-luq say sisteminə keçirdək.Misal olaraq əvvəldə yerinə yetirdiyimiz əməliyyatın əksini edək.Məsələn,görək 11000000,10101000,01111011 və 10000100 onluq say sistemində necə olacaq.Bunu hesablamaq üçün həmin 2-lik sistemdə olan ədədi əks istiqamətdən başlayaraq hər bir ədədini 2 ədədinə(sırasından asılı olaraq müəyyən qüvvətə yüksəldilir) vurmaq lazımdır.

Beləliklə IP 32-bit-dən ibarət olub hər biri 8-bit olan və nöqtələrlə 4 hissəyə ayrılmış,host-u identifikasiya etmək üçün istifadə olunan rəqəmlərdir .

Böyük şəbəkələrdə şəbəkənin effektiv işləməsi üçün routerlər informasiya mübadiləsi zamanı informasiyanın konkret hansı host-a çatacağını dəqiq bilmir.Onlar öz route table-dən yalnız host-un hansı şəbəkə seqmentinə aid olduğunu bilir.Həmin informasiya həmin şəbəkə seqmentinə göndərildikdən sonra oradakı host-u asanlıqla tapa bilir.

Bu işi yerinə yetirmək üçün IP iki hissədən ibarətdir. Onun birinci hissəsi network address,axırıncı hissəsi isə host address adlanır.Məsələn,yuxarıda istifadə etdiyimiz IP-ni aşağıdakı hissələrə bölmək olar:

192.168.123. Network

.132 Host

və yaxud

192.168.123.0 – network address.

0.0.0.132 – host address.

Subnet mask

Şəbəkənin işləyə bilməsi üçün 2-ci vacib şey subnetdir.Subnet host-un local və ya başqa şəbəkədə olmasını təyin etmək üçündür.

IP-nin network və host address konkret deyildir.Yəni bunu təyin etmək üçün bizə əlavə məlumat lazımdır.Bu əlavə informasiya həmçinin 32-bit-dən ibarət olan subnet mask trefindən verilir.Məsələn, yuxarıdakı misallarda istifadə etdiyimiz IP-nin subnet mask-i 255.255.255.0-dır.İkilik say sistemində isə

1111111.11111111.11111111.00000000

Biz IP-ni və Subnet mask-i alt-alta qoysaq network və host addres –i özümüz aydın görəcəyik

11000000.10101000.01111011.10000100 — IP address (192.168.123.132)

11111111.11111111.11111111.00000000 — Subnet mask (255.255.255.0)

Birinci 24-bit (subnet mask-dakı birler)network addresi,axırıncı 8-bit (subnet mask-dakı sıfırlar) isə host addresi göstərir.

11000000.10101000.01111011.00000000 — Network address (192.168.123.0)

00000000.00000000.00000000.10000100 — Host address (000.000.000.132)

Beləliklə biz artıq aydın olur ki,əgər subnet mask 255.255.255.0-dırsa onda onun network address-I 192.168.123.0,host addres-i isə 0.0.0.132 olacaq.

Subnet mask-in ikilik say sistemində sol tərəfdə yalnız 1-lər sağ tərəfdə isə yalnız 0-lar olmaqla bitmir. Onların həm də fərqli yazılış növləri də var.

Onluq İkilik

255.255.255.192 11111111.11111111.11111111.11000000

255.255.255.224 11111111.11111111.11111111.11100000

Network classes

IP adreslər bir neçə class-a bölünür.Ən çox istifadə olunan class-lar A,B və C-dir. D və E class-ları da mövcuddur, amma onlar istifadəçi tərəfindən istifadə olunmur. Hər bir class-ın özünə məxsus (default) subnet mask-ı var. IP-nin birinci rəqəminə baxıb onun hansı class-a aid olduğunu ayırd etmək olar:

  • Class A IP-lərinin standart subnet mask-ı 255.0.0.0-dır. Birinci rəqəmi isə 0-127 aralığında olur. Məsələn: 10.45.23.56 IP adresi A class-dır. Çünki IP-nin ilk rəqəmi olan 10 0-127 aralığındadır.
  • Class B IP-lərinin standars subnet mask-ı 255.255.0.0-dır. Birinci rəqəmi isə 128-191 aralığında olur. Məsələn: 172.16.52.63 IP adresi B class-dır.Çünki IP-nin ilk rəqəmi olan 172 128-191 aralığındadır
  • Class C IP-lərinin standars subnet mask-ı 255.255.255.0-dır. Birinci rəqəmi isə 192-223 aralığında olur. Məsələn: 192.168.123.132 IP adresi C class-dır.Çünki IP-nin ilk rəqəmi olan 192 192-223 aralığındadır

Bəzən hər hansı bir şəbəkənin fiziki quruluşu və yaxud da host-ların sayı çox olduqda standard subnet mask-lar məqsədəyönlü olmur. Burada subnet mask-da müəyyən dəyişikliklər etmək bizim köməyimizə çatır.

Subnetting

Ola bilsin ki, şəbəkənin strukturundan asılı olaraq bizə verilən IP aralığını səmərəli istifadə etmək fikrimiz olsun.Məsələn, bir-birilə router vasitəsilə əlaqədə olan 3 ayrı-ayrı şəbəkədə yerləşən 150 host-unuz var.Hər bir şəbəkədə 50 host var və sizə C class-dan olan 192.168.123.0 IP aralığı verilmişdir.Bu o deməkdir ki,siz öz 150 host-unuz üçün 192.168.123.1-192.168.123.254 aralığından istədiyiniz IP-ni verə bilərsiniz..

Gördüyünüz kimi 192.168.123.0 və 192.168.123.255 IP-si heç kimə verilə bilməz. Çünki 2-lik say sistemində host address tərəfində yalniz 0-lar və yaxud yalnız 1-lər olmamalıdır. Çünki 0 olduqda bu o hemin IP-nin hansi network address olduğunu , 255 olduqda isə həmin IP broadcast üçün istifadə olunur.

İndi biz bu IP aralığı ilə 254 hosta-a IP verə bilərik.Əgər bizim 150 host eyni şəbəkədə olsa idi bunu asanlıqla etmək olardı.

Lakin bizim150 host üç ayrı-ayrı şəbəkədə yerləşir. Bizə verilən IP aralığını subnet mask-lar vasitəsilə bir neçə yerə bölərək bir aralığın bir neçə şəbəkədə istifadə etmək imkanı əldə edə bilərik.

Bu halda biz subnet mask ilə bizə verilən aralığı dörd hissəyə böləcəyik.Bu network address-lərin sayını artıracaq, host address-lərin sayını isə azaldacaq.Başqa sözlə desək host address-dən bir neçə bit-i “borc” alaraq network address-in istifadəsinə veririk. 255.255.255.192 subnet mask-ı bizə 4 ayrı-ayrı hər birində 62 host yerləşdirmək imkanı olan şəbəkə verir.

255.255.255.192 ikilik say sistemində 11111111.11111111.11111111.11000000 şəklindıdir. Axırıncı rəqəmdə gördüyümüz iki dənə 1 bizə əlavə network address verir və nəticədə 00000000(0), 01000000(64), 10000000(128) və 11000000(192)-network address kimi istifadə etmək olur. Yerdə qalan 0-ları(söhbət yuxarida ikilik sayda verilimiş altı 0-dan gedir) isə host kimi istifadə etmək olur.

255.255.255.192 subnet mask-ını istifadə etməklə bizim şəbəkə 192.168.123.0, 192.168.123.64, 192.168.123.128 və 192.168.123.192 network address-li 4 şəbkəyə bölünür. Bu şəbəkədə host üçün istifadə edə biləcəyimiz IP-lər aşağıdakılardır:

192.168.123.1-62

192.168.123.65-126

192.168.123.129-190

192.168.123.193-254

Yenə də təkrarlayıram ki, ikilik say sistemində host address tərəfində yalnız 1 və ya 0-lar olan IP-lər istifadəyə yararsızdır. Ona görə də bizə verilmiş aralığda sonuncu rəqəmi aşağıdakı kimi olan IP-lər istifadəyə yararsızdır:

0, 63, 64, 127, 128, 191, 192, və ya 255.

İndi gəlin biz misal üçün, 192.168.123.71 və 192.168.123.133 IP-lərinə nəzər salaq.Əgər biz onlara standard subnet mask(255.255.255.0) versək onda onlar eyni network address-də olacaqlar.Amma əgər biz subnet mask-ı 255.255.255.192 versək onda 192.168.123.71 IP-si 192.168.123.64 şəbəkəsində,192.168.123.133 IP-si isə 192.168.123.128 şəbəkəsində olacaq. Inaniram ki hər biriniz üçün yararlı məqalə olmuşdur.

Anar Zəki

___________

İT Mütəxəssis

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Anar Zəki

Şərhlər ( 5 )

  1. Anar bəy gözəl məqalə üçün təşəkkürlər.

    • Hikmət Fətullayev / . Dərc edilib:A 17/08/2012 at 6:49 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox gözəl məqalədir. Əllərinizə sağlıq

    • Altay Zeynalov / . Dərc edilib:A 05/10/2012 at 12:40 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Demək olar ki Azərbaycan dilində bu cür məqalələr çox azdır. Bizimlə bildiklərinizi paylaşdığınız üçün təşəkkür edirəm.

    Davamını istəyirik 🙂

    • Müşfiq Məmmədov / . Dərc edilib:A 04/12/2012 at 10:53 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Ətraflı və aydın şəkildə izah vermisiz, təşəkkürlər

    • Vüsal İsayev / . Dərc edilib:A 21/12/2012 at 4:09 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    cox sağol Anar bəy.

Şərh yazın