Microsoft Hyper V-nin HP Serverlər üzərində Sazlanması

Windows Server 2008 R2 üzərində Hyper –V2 xidmətini aktivləşdirmədən öncə Serverlərimiz üzərində bəzi dəyişikliklər edəcəyik. Əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi Hyper –V yükləncək fiziki Serverlərimizin arxitekturası İntel -VT və AMD-V texnologiyasını dəstəkləməlidir. Qısa olaraq bəhs etmək istəsək İntel -VT və AMD-V – Virtuallaşdırmanı (Virtualization ) dəstəkləyən CPU – platformasıdır. Geniş məlumat üçün İntel (www.Intel.com) və Amd (www.Amd.com ) -nin rəsmi səhifələrindən hansı CPU-platformasının viruallaşdırma dəstəklədiyinə baxa bilərsiniz.

Microsoft və HP tərəfindən avadanlıqlar üçün göstəricilər.

Microsoft


HP

İlk öncə Serverlərimizdə BİOS – bölməsinə daxil oluruq və aşağıdakı addımları izləyirik.

Proliant Serverlər üzərində İntel CPU -lar üçün Biosun Nizamlanması.

1.F9 düyməsilə RBSU (ROM-Based Setup Utility) daxil oluruq.
2. Advanced Options bölməsinə keçirik.

3.Advanced Options bölməsindən Processor Options bölməsinə daxil oluruq.

4. No-Execute Memory Protection bölməsinə daxil olub , Enable edirik.


5.Sonra İntel(R) Virtualization Technology bölməsinə daxil olub Enable edirik.

7.Əgər Serveriniz Hyper -Threading Texnologiyasını dəstəkləyirsə, Hyper-Threading bölməsinə daxil olub Hyper-Threading xidmətini Disable edin.

8.ESC düyməsini daxil edirik və F10 düyməsilə addımlarımızı tamamlayırıq.

Proliant Serverlər üzərində Amd CPU -lar üçün Biosun Nizamlanması.

1.F9 düyməsilə RBSU (ROM-Based Setup Utility) daxil oluruq.

2. Advanced Options bölməsinə keçirik.

3.Advanced Options bölməsindən Processor Options bölməsinə daxil oluruq.

4. No-Execute Page-Protection bölməsinə daxil olub , Enable edirik.

5.Sonra AMD Virtualization bölməsinə daxil olub Enable edirik.

6. ESC düyməsini daxil edirik və F10 düyməsilə addımlarımızı tamamlayırıq.

Bu əməliyyatları tamamlayaraq  Serverlərimizi Hyper – V üçün xidmət göstərməyə hazır hala gətiririk. İndi isə aşağıdakı addımlar vasitəsilə Windows Server 2008 R2 üzərində Hyper -V üzərində Hyper –V2 xidmətinin necə aktivləşdirilməsinə baxaq. Hyper –V xidmətini aktivləşdirmək komputerinizə bir proqram yükləmək qədər asandır.

Microsoft Windows Server 2008 R2 – ƏS –ni yüklədikdən sonra .

1. Administrative Tools altından Server Manager bölməsinə daxil oluruq.

2. Server Manager bölməsi altından Role – Add Role seçərək davam edirik.

3. Select Server Roles bölməsi altından Hyper – V Seçərək davam edirik. Server 2008 – ƏS -nə yeni başalaynlar üçün onuda qeyd edim ki, Server 2008 -in xidmət göstərdiyi əsas funksiyalar Role bölməsi altında yer alır. Gördüyümüz bütün funksiyalar haqqında zamanla məqalələrimiz yayımlancaq.

4. Bu bölmədən Hyper -V -nin Virtual Machine -ların üzərində xidmət göstərəcəyi Şəbəkə kartını seçib davam edirk.Aşağda kiçik bir xəbərdarlıq olunur ki bir ədəd şəbəkə kartını Uzaqdan idarə etmək üçün ehtiyatda saxlayaq.Microsoftun məsləhətini dinləsək yaxşı olar.

5. İnstall deyərək davam edirik. Yükləmə tamamlandıqdan sonra Hyper-V xidmətinin aktivləşməsi üçün Serverimizin Restart edilməsinə dair bir xəbərdarlıq görürük.

6. Restart deyərək davam edirik.

7. İnstallation succeeded. Microsoft Windows Server 2008 R2 üzərində Hyper-V -Rolu, sistemi restart etdikdən sonra artıq xidmətə hazırdır.

Qarşıdakı məqalələrimizdə isə Hyper V2 ilə gələn yenliklərdən və Hyper V2 üzərində aparacağımız əməliyyatlardan soz açacağıq. İnanıram ki, bu məqalələrin bizim insanlara yararı toxunacaq. Başqa bir məqalədə görüşmək arzusu ilə

Qaynaq: www.Microsoft.com

Elgüc Yusifbəyli
_____________
MCT

Müəllif hüquqları qorunur

Səs: +50. Bəyənilsin Zəifdir

Şərhlər ( Microsoft Hyper V-nin HP Serverlər üzərində Sazlanması )

  1. Müəllim, əvvəla məqalə üçün təşəkkür edirəm.

    Mənim üçün qaranlıq bir məqam qaldı. Məqalədə 7-ci addımda, “Əgər Serveriniz Hyper -Threading Texnologiyasını dəstəkləyirsə, Hyper-Threading bölməsinə daxil olub Hyper-Threading xidmətini Disable edin.”

    yazılıb. Hyper Threadingin Hyper-V bir maneçiliyi varmı? Yoxsa bu texniki xətadırmı?

    Əvvəlcədən təşəkkürlər.

Şərh yazın