Windows 7 System Recovery Options

Bu məqaləmizdə Windows 7 üzərində olan System Recovery Options`dan bəhs edəcəyik. Bəzən kompüterimizdə problemlər olur, yəni computer açılmır və yaxud hər hansısa faylı zədə alır.Bunları bərpa etmək üçün System Recovery Options`da olan alətlərdən istifadə edirik.Bu alətləri istifadə etmək üçün Windows 7 DVD`sini kompüterə yerləşdirib, kompüteri DVD`dən başladırıq.Sonra isə şəkildəki kimi “Repair your computer” seçirik.

Seçimimizi etdikdən sonra isə aşağıdakı alətlər olan pəncərə bizi qarşılayır.

Startup Repair: Bəzən kompüterimiz hər hansı faylların zədə alması nəticəsində açılmır.Bu zaman biz bu aləti istifadə edə bilərik.Bu alət özü zədə almış faylları təyin edir və onları düzəltməyə çalışır.

System Restore: Bu alət köhnə və yaxud zədə almış faylları daha əvvəl ehtiyatı(backup) çıxarılmış fayllar ilə əvəz edir.Nəzərinizə onu da çatdıraq ki, bu zaman sizin kompüterinizdə olan şəxsi məlumatlar və yaxud şəkillər kimi fayllar itmir.

System Image Recovery: Bu aləti istifadə edə bilmək üçün mütləq daha öncə sistemin image`i alınmalıdır.Məhz daha öncə aldığımız image`i bu alət ilə istifadə edirik.İmage`in daxilində bizim şəxsi fayllarımız, şəkillərimiz, əməliyyat sistemi üzərində olan proqramlar və s. olur.

Windows Memory Diagnostic Tool: Bu alət vasitəsilə kompüterimizin RAM`ında olan xətaları düzəldirik.

Command Prompt: Bu alət istifadə edilərək, əmrlər vasitəsilə kompüterimizdə olan xətaları və yaxud zədələnmiş faylları bərpa edirik.

Ümid edirəm ki, az da olsa bu alətlər haqqında məlumat verə bildik.Düşünürəm ki, indi sizə aydın oldu ki, hansı aləti nə zaman istifadə etmək olar.

Növbəti məqalələr də görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 3 )

  1. Fərhad bəy gözəl məqalə üçün təşəkkürlər.

  2. Mən təşəkkür edirəm, Elgüc bəy!

    • ibrahim / . Dərc edilib:A 15/08/2012 at 12:39 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    tesekkurler.

Şərh yazın