Dynamic Host Configuration Protocol

Bu məqaləmizdə Windows Server 2008 üzərində DHCP xidmətinin sazlamamışdan öncə DHCP-nin çalışma mexanizmasından danışacağıq. Bildiyimiz kimi şəbəkədəki kompüterlər bir-biri ilə əlaqə saxalayarkən ip adreslərindən istfadə edirlər. Bu İP adreslərini kompüterlərə biz ya Static olaraq yəni əllə daxil edirik və yaxud Dynamic olaraq yəni kompüterlər öz İP adreslərini Dynamic İP adresi paylayan bir serverdən (DHCP) əldə edirlər. DHCP xidmətinin bizim üçün nə yararları var ?
1. IP Adresləri avtomatik olaraq kompüterlərə paylanır.
2. Uzaq kompüterdəki İP adreslərini kompüter yanına gedərək dəyişməyə ehtiyac yoxdur.
3. Böyük şəbəkələrdə İP toqquşmalarının qarşısı alınmış olur.
4. Şirkət içərisində tez-tez yerini dəyişən komputerlər üçün İP dəyişmə çətinliyini aradan qaldırır.
5. Wins, Gateway, Dns və s. kimi məlumatları birbaşa Server üzərindən daxil etmək imkanı yaradır.

DHCP –xidmətini aktivləşdirmədən öncə, DHCP-nin hansı məntiqlə çalışmasına nəzər salaq.DHCP Server və DHCP Client-lər arasında İP alış-verişi dörd addımda gerçəkləşdirir.

1.DHCP Discovery

2.DHCP Offer

3.DHCP Request

4.DHCP Acknowledgment

1. DHCP Discovery – Şəbəkəyə daxil olmuş yeni kompüter bir İP adresi axtaraşına çıxar. DHCP Discovery paketi broadcast olaraq (255.255.255.255, FF:FF:FF:FF:FF:FF) şəbəkəyə göndərilir.


2. Bu paketləri alan DHCP Server DHCP Offer –lə bu paketə cavab verərək ip adresi, subnet mask və icarə müddəti kimi informasiyaları həmin kompüterə göndərir.

3. İP – istəyi üçün müraciət etmiş kompüter DHCP Offer-ə DHCP Request –lə cavab verir. Bu cavabdan sonra DHCP Server – həmin kompüterə təklif etdiyi İP- adresini icarə müddəti boyunca öz məlumat bazasına qeydiyyat edir.

4. Bunun ardından DHCP Server İP – istəyi üçün müraciət etmiş kompüterə əməliyyatın uğurla başa çatdığına dair cavab paketi olaraq DHCP Acknowledgment (ACK) – paketini gönədərir.

Bu paketlə birlikdə İP – istəyi üçün müraciət etmiş kompüterə əgər varsa Gateway, DNS , Wins və s. kimi informasiyalar son olaraq çatdırılmış olur.Əgər əməliyyat uğurlu nəticələnməsə DHCP Server ACK yerinə NACK(Negative Acknowledgment) paketini həmin kompüterə göndərir və yuxarıda sadaladığımız əməliyyatlar yenidən başlamış olur.

Bildiyimiz kimi DHCP Server İP adreslərini müəyyən olunmuş müddətə görə kompüterlərə icarəyə verir.Bu müddət bitdikdən sonra icarəyə verilmiş ip adresləri başqa ip adresləri ilə əvəz olunur və yaxud icarə müddəti yenilənir. Bunun necə baş verdiyinə nəzər salaq.

Misal: Biz DHCP Serverdə İP adreslərinin icarə müddətini 10 gun olaraq nizamladıq. Bu 10 günün 50 %-i (5 gün) tamamlandığında İP-ni icarəyə götürmüş kompüter DHCP Server-ə icarə müddətinin uzadılmasına dair bir istək paketi (DHCP Request) göndərir.

Normalda bu istək paketi DHCP Server tərəfindən cavablandırılır (DHCP ACK ) və icarə müddəti uzadılır.

Əgər bu istək paketi cavabsız qalarsa İP-ni icarəyə götürmüş kompüter icarə müddətinin 87,5 % -ində yenidən istək göndərir və bu istəkdə cavabsız qalarsa artıq həmin kompüter öz icarə müddətini tamamladıqda üzərindəki İP adresini ataraq yenidən broadcast vasitəsilə ona İP adresi verəcək DHCP serverin axtarışına çıxar. Gələcək məqaləmizdə DHCP xidmətinin necə sazlandığına nəzər yetirəcəyik. Beləliklə DHCP-nin çalışma mexanizmasında öyrənmiş olduq. Başqa bir məqalədə görüşmək diləyilə.

Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.


Səs: +80. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

  1. Təşəkkürlər müəllim, əla məqalədi…

    • emin / . Dərc edilib:A 01/11/2013 at 4:36 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkür edirəm Elgüc müəllim

Şərh yazın