Server 2008 R2 üzərində Active Directory xidmətinin sazlanması

Bu məqaləmizdə Server 2008 üzərində Active Directory xidmətinin sazlanmasına göz atacağıq. Microsoftun məsləhətlərini nəzərə alaraq Active Directory xidmətini aktivləşdirmədən öncə sistem üçün ehtiyac olan bütün service pack paketlərin və updatelərin qurulmasını tamamlayaraq sistemi tam sabit vəziyyətə gətiririk. Active Directory xidmətini aktivləşdirmək üçün bir neçə sadə addımlarla əməliyyatları tamamlamış olacağıq. Digər xidmətlərdə olduğu kimi Active Directory qurulacaq sistemin ipsinin statik ip olması mütləqdir. Şəbəkə quruluşumuza uyğun sistemə ip əlavə edərək davam edirik.

1. Bildiyimiz kimi Active Directory üçün önəmli servsilərdən biridə DNS-dir. Preferred DNS bölməsindəki ip (127.0.0.1 = 192.168.0.10) lokal server üçün digəri isə backup domain (ADC) üçün nəzərdə tutulub.

İp adreslərini daxil etdikdən sonra Active Directory xidmətinin sazlanmasına başlayaq.

2. Start -Run dcpromo əmrini çalışdıraraq davam edirik.

3. Ehtiyac olan informasiyalar toplandıqdan sonra qarşımıza çıxan pəncərədən Use advanced mode İnstallation seçərək davam edirik.

4. Server 2008 ilə bir çox yenilik kimi bəzi yenilənmiş şifrələmə metodlarının keçmiş NT və Non Smb klinetlər tərəfindən dəstəklənmədiyi üçün server 2008 -lə əlaqə zamanı əlaqənin etibarlı şəkildə gerçəkləşmiyəcəyinə dair bildiriş alırıq.


5. İlk Domain olduğu üçün Creat new domain in a new forest seçirik.

6. a) Şirkətimizin tələbləri çərçivəsində domain-ə bir ad verərək davam edirik (yusifbeyli.com) . Qurulan domain forestəki ilk domain olduğu üçün Forest Root Domain olacaq.

b) Bir forest içinidə eyni ada malik yalnız bir domain ola bilər.

7. İlk səhifədə Use advanced mode İnstallation bölməsini seçdiyimiz üçün Netbios bölməsi qarşımıza çıxır. Şəbəkədə bu adda hər hansı bir komputer və s. mövcuddursa bu bölmədə həmin adın qarşısına avtomatik 0 rəqəmi əlavə olunur. Burda qeyd olunan ad sizin şəbəkədə görünən domain qrupunuz olacaq (Workgroup kimi).

8. Forest Function level və Domain Function level anlayışını sadə şəkildə izah etsək Active Directory ilə gələn yeni funksiyları istifadə etmək və keçmiş domain sistemləri ilə birlikdə çalışmaq üçün dizayn olunub. Əgər şəbəkənizdə 2003 Domain sturktruna maliksəniz Function levelin 2003 moda qalması daha uyğundur. Bu dəyişiklik olunduqdan sonra bir daha geri qaytarmaq mümkün deyil. Mən R2 seçərək davam edirəm.

9. Next

10. DNS Serverin sazlanmasını və DC üçün ehtiyac olan dəyişikləri Active Directorynın həyata keçirməsi üçün YES deyərək davam edirik.

11. Active Directory xidmətinə aid olan dataların yüklənəcəyi bölməni ehtiyac olsa dəyişə bilərsiniz.

12. Active Directory üzərində çıxan nasazlıqlar zamanı sistem üzərində safe modda (Directory Services Restore Mode) dəyişikliklər etmək üçün istifadə edəcəymiz şifrəni daxil edərək davam edirik.

13. Export settings -lə hazırki əməliyyatın mətnini götürərək cavab faylı hazırlayıb gələcək yükləmələri avtomatlaşdıra bilərik.

14. Active Directory xidmətinə ehtiyac olan informasiyalar yükləndikdən sonra əməliyyat tamamlanmış olacaq. Reboot on completion seçərək əməliyyatlar tamamlandıqdan sonra sistemin restart olmasını gözləyirik.

Active Directory haqqında ikinci məqaləmizi sonlandırmış olduq. Üçüncü məqaləmizdə Active Directory xidmətinin düzgün şəkildə yüklənib yüklənmədiyinə göz atacağıq. İnanıram ki, yeni başlayanlar üçün yararlı bir məlumat olacaq. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

_____________

MCT

Müəllif hüquqlarına hörmətlə yanaşaq

Səs: +30. Bəyənilsin Zəifdir

Şərhlər ( 4 )

  1. Çox yararlı məqalədir.Zehninizə qüvvət!
    Təşəkkürlər!

    • Kamran Hummatov / . Dərc edilib:A 02/10/2012 at 11:47 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Əllərinizə və əziyətinizə sağlı Allah razı olsun çox gözəl bir öyrədici və yardım edici bir misyanı üstlənmisiniz..Sizdən xaişim Grup Poicy sazlanmasına aitde meqaleler yazasınız…

    • Gunay Abdulla / . Dərc edilib:A 29/05/2013 at 1:50 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Cox sagolun menim ucun cox vacib ve deyerli bir meqale oldu.Demek olarki sehife ile yeni tanis olmusam ve butun meqaleleri oxuyuram.4 il IT mutexessis olaraq islemisem amma indi hiss ediremki cox zeif bir isci olmusam bu yolda gucleneceyime soz vermisem ve sizin yardimlariniz cox boyukdu tesekkurler.Allah zehninize quvvet versin AMIN

Şərh yazın