Stereo Mix

Bəzən bizə lazım olur ki, kompüterimizdə olan videonun və yaxud audionun səsini yazaq.Deyək ki, hər hansı bir internet səhifəsində maraqlı bir videonun səsini yazmaq lazımdır və yaxud bizə lazım olan hissəni yaddaşa yazmaq lazımdır.Biz bunu öz kompüterimizlə yüksək keyfiyyətdə edə bilərik.Bunun üçün Windows 7`də mütləq Stereo Mix aktiv edilməlidir.Bu funksiya default olaraq aktiv olmur.Bunu aktiv etmək üçün ekranda sağ tərəfdə saatın yanında olan səs işarəsinin üzərində mouse`un sağ düyməsini sıxırıq və açılan menyudan “Recording Devices” seçirik.

Açılan pəncərənin içərisində hər hansı yerdə mouse`un sağ düyməsini sıxıb “Show Disabled Devices” seçirik, bundan sonra gördüyünüz kimi pəncərəmizdə Stereo Mix görsənəcək.

Daha sonra Stereo Mix funksiyasının üzərində mouse`un sağ düyməsini sıxıb, “Enable” edirik.

Artıq Stereo Mix funksiyası aktivdir.Bundan sonra istədiyiniz səsi yüksək keyfiyyətlə yaza bilərsiniz.

Mən sınaq üçün Windows 7`də olan Sound Recorder`i istifadə etdim.

Fikrimcə, yararlı məqalə oldu.

Növbəti məqalələr də görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( Stereo Mix )

  1. Tesekkur Farhad,əllərinə sağlıq

Şərh yazın