HomeGroup tənzimlənməsi

HomeGroup Windows 7 ilə gələn yeni xüsusiyyətdir.Bu xüsusiyyət vasitəsilə siz olduğunuz şəbəkədə paylaşdırdığınız qovluqlara şifrələr təyin edə bilərsiniz.İndi isə bunu necə edirlər, ona baxaq.
İlk öncə Control Panel`ə daxil olub, HomeGroup seçirik.

Əgər Network Location`mız Home deyilsə, HomeGroup qura bilməyəcəyik.Mənim nümunəmdə bizə deyir ki, əgər, HomeGroup qurmaq istəyirsənsə, Network Location Home olmalıdır.Sarı ilə işarə etmişəm.Qırmızı ilə işarə etdiyim hissəyə sıxaraq, Network Location dəyişirik.

Qırmızı ilə işarə olunmuş yerə sıxdıqda, aşağıdakı kimi pəncərə bizi qarşılayır.Buradan Home Network seçirik.

Daha sonar gələn pəncərədə HomeGroup daxilində hansı qovluqları paylaşmq istəyiriksə, onları işarə edirik.Sonra NEXT deyərək, davam edirik.

Ən sonda bizə özü təyin etdiyi şifrəni verir.Bu şifrə ilə qovluqlara daxil olarkən istifadə edəcəyik.İstəsəniz sonradan bu şifrəni HomeGroup`a daxil olaraq dəyişə bilərsiniz.

Ümid edirəm ki,yararlı məqalə oldu.

Növbəti məqalələr də görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 3 )

  1. Belə məqalələr son istifadəçi üçün çox yararlıdır. Həmişə bunlar göz ardı edilir. Təşəkkürlər.

  2. İnsan düşünür ki, asan bir şeydir.Amma elə istifadəçilər var ki, heç yeni qovluq aça bilmir.Sizinlə razıyam, gərək bu kimi yazılar da göz ardı edilməsin, İnşAllah.

      • samir / . Dərc edilib:A 16/10/2012 at 3:07 PM
        Səs: 0. Bəyənilsin Zəifdir

      ???bu hom groupu yarratmagi oyrendim cox sag olun bunun istifadesini nece bile bilerem?

Şərh yazın