Kaspersky Security Center – Sazlanması (2)

Xoş gördük. Öncəki məqaləmizdə Kaspersky Security Center haqqında ilkin olaraq həyata keçirəcəyimiz addımları və SQL serverin sazlanmasını təqdim etdik. Bu məqaləmizdə isə  Kaspersky Security Center-in sazlanması üçün həyata keçirəcəyimiz addımları izləyəcəyik. Aşağıdakı keçiddən ən son versiyanı yükləyərək davam edirik.

Kaspersky Security Center  – Yüklə

1. Kaspersky Security Center sazlamaq üçün setup.exe faylı aktivləşdirilir.

2. Kaspersky Security Center sazlanması üçün salamlama pəncərəsı. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

3. Lisenziya razılaşmasının və şərtlərin qəbul olunması. İ accept the lisensing terms and conditions seçilir və NEXT düyməsi sıxılır.

4. Hansı növ sazlanma tipi şirkətin şəbəkə strukturuna uyğun gəlirsə o tip sazlama növü seçilir. Bizim misalda artıq MS SQL Express 2005 sazlandığından biz CUSTOM seçimini seçirik.

5. Şəbəkəyə qoşulmuş olan avadanləqlara görə proqram paketinin əlavə componentlərini qeyd edirik. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

6. Şəbəkədə olan işçı stansiyaları, serverlər sayına uyğun say aralığı seçilir. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

7. Administration Server servisinin işləməsi üçün əməliyyet sistemdə ya yeni istifadəçi adı açılır ya da artıq açılmış istifadəçi adından istifadə edilir. Bizim misalda yeni istifadəçi adının açılması seçimi qeyd edilir. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

8. Kaspersky Security Center işləməsi zamanı istifadə edəcəyi verilənlər bazası proqram təminatı seçilir. Bizim misalda MS SQL server 2005 Express Edition istifade edildiyindən Microsoft SQL Server seçirik.

9. MS SQL Server 2005 Express edition artıq sazlanmış olduqundan proqram paketinin sazlanmış olduğu serverin adını qeyd edirik. Bunun üçün Choose existing seçirik SQL Server name bölməsinə serverin adını yazırıq. Databasa name bölməsində isə verilənlər bazasının adnı qeyd edirik. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

10. Kaspersky Security Center proqram paketinin MS SQL Server 2005 Express proqramına bağlanması zamani istifadə edəcə biləcəyi qeydiyyata alma tipini seçirik. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

11. İşçı stansiyalarda sazlanacaq proqram fayllarının , modulların saxlanması , eləcə də işçi stansiyaların öz bazalarını yeniləmək üçün istifadə edəcəyi şəbəkə qovluğunu yaradırıq. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

12. Kaspersky Security Center işləməsi üçün uyğun portları qeyd edirik. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

13. Kaspersky Security Center sazlandığı serverin işçı stansiyalarla birbaşa müraciət edə biləcəyi LAN- da qeyd edilmiş İP ünvan seçilir. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

14. Lazım olan Plug-in ləri qeyd edirik. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

15. Sazlanmanın yerinə yetirilməsi üçün İNSTALL düyməsi sıxılır.

16. Kaspersky Endpoint Security 8 for Windows Console Plug-in sazlanması üçün lisenziya razılaşmasını qeyd edib, NEXT sıxırıq.

17. Plug-in in sazlandığı haqda məlumat pəncərəsındə OK sıxırıq.

18. Start administration Console seçib FİNİSH düyməsini sıxırıq.

19. Quick Start Wizard pəncərəsi Kaspersky Secirity Centerin ilkin bazasının internetdən yüklənməsi, lisenziya açarının daxil edilməsi üçündür. Bu pəncərədə NEXT sıxırıq.

20. Lisenziya 2 yolla daxil edilə bilər: Activation code və ya Key file. Bizim misalda aktivləşməni Key fayl vasitəilə edəcəyik.

21. Kaspersky Secirity Center vasitəsilə biz şəbəkədə olan virusların aktivliyi, virus bazalarının yenilənmələri, xaker hücumları haqda hesabatlar ala bilərikş Bu hesabatların administrator e-mail vasitəsilə göndərilməsi üçün SMTP ünvani qeyd edilə bilər. TEST düyməs vasitəsilə daxil etdiyimiz məlumatların normal olmasını yoxlaya bilərik. Bundan sonra NEXt düyməsi sıxılır.

22. Əgər şəbəkədə internet Proxy Serverdən istifadə olunursa bu zaman Proxy Server ünvanı, istifadə etdiyi port və s. qeyd edilir. Bundan sonra NEXt düyməsi sıxılır.

23. Finish düyməsi sıxılır.

Məqaləmizi burda tamamlayırıq. Digər məqalələrimizdə Kaspersky Security Center -in imkanları və onların tətbiqi barəsində söz açacağıq. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elxan Əliyev

_____________

İT Mütəxəssis

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərhlər ( 2 )

    • İlkin / . Dərc edilib:A 01/02/2013 at 4:19 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    təşəkkür!!!

    əllərinizə sağlıq

  1. Məqaləyə görə çox sağ olun. Bu softun firevval funksiyası haqqında yaza bilərsiz, ya hansısa bir resurs varmı oxumaq üçün ?

Şərh yazın