Windows XP Sp2 və WPA-2 şifrələməsi

Bir çox istifadəçilərimizin və IT mütəxəssislərimizin başına gələn bu problem haqqında danışmaq istərdim.
Aydındır ki, Wi-Fi sisteminin təhlükəsizliyi üçün bir çox şifrələmə metodları mövcuddur. Bunlar, WEP, WPA, WPA2 və s.-dir. Hal hazırda bu şifrələmə sistemlərindən ən təhlükəsizi WPA 2 şifrlələməsidir. Təbii ki, bu şifrələmə metodlarının hamısı eyni vaxtda yaranmayıb, zaman keçdikcə , bu şifrələmə metodlarının açıq tərəfləri tapıldıqca, digər daha üstün şifrələmələr, Harware və software şirkətləri tərəfindən hazırlanmışdır. Təbii olaraq bu zaman ərzində isə , köhnə proqram və qurğular, yeni tip şifrələri tanıya bilmir. Bunun üçün, mümkün olduqca, proqram təminatına edilmiş əlavə yamaqlarla (update), bu problem aradan qaldırılmağa çalışılmışdır.

Bu problemlə ən çox üzləşdiyimiz vaxt Windows XP SP2 yüklənmiş olan komputerlərimizin işlədiyimiz şirkətlərdə, istirahət etdiyimiz yerlərdə WPA2 methodundan istifadə edərək şifələnmiş Wi-Fi nöqtələrindən istifadə edə bilmədiyimiz anlardır.

Bu problemi həll etmək üçün ən yaxşı variant, komputerimizə daha modern Windows yükləməkdir, modern Windows yükləməklə biz həm də başqa yeni proqram və aparat interfeyslərini problemsiz işlədə bilərik. Lakin bəzi hallarda modern bir Windows yükləyə bilmirik. Buna səbəb bizim komputerimizin sistem parametrlərinin zəif olması, silinməsindən qorxduğumuz vacib sənədlər, vaxtın azlığı, ərincəklik və s. kimi halları göstərmək olar.
Microsoft bu halları başa düşüb, bizə belə problemləri həll etmək üçün daha asan yollar təklif edir.

Bu tipdə olan bir problem WPA 2 ilə şifrələnmiş Wi-Fi nöqtələrinin yalnız adının göstərilməsi, şifrələmə metodunun göstərilməməsi ilə müşahidə olunur. Həmin Wi-Fi nöqtələrinə giriş etmək istəyəndə isə “Windows is unable to connect to the selected network. The network may no longer be in range. Please refresh the list of available networks and try to connect again” xətası alırıq.

Əgər bizim komputerimiz Windows XP Sp2 ilə çalışırsa və biz yeni bir Windows yükləmədən WPA 2 şifrələməsi ilə şifrələnmiş Wi-Fi-dan istifadə etmək istəyiriksə, o zaman :

http://www.microsoft.com/en-gb/download/details.aspx?id=24561 səhifəsindən WindowsXP-KB917021-v3-x86-ENU.exe adlı bu kiçik yamaq proqramı komputerimizə yükləyib işə salmağımız bizim problemi tamamilə həll edəcəkdir.

Qeyd: Nəzərə alın ki, microsft bu yamağı verməmişdən öncə sizdən Windows-unuzun orginal olub olmamasını yoxlamaq üçün sizdən şifrə tələb edir və ya Windows Genunie ilə sizin Windowsunuzu yoxlayır.

Turqut Vəliyev

_________________
MCTS

Səs: +30. Bəyənilsin Zəifdir

Şərhlər ( 4 )

  1. Çox sağol. Yararlı mövzudur. Windows Xp Sp3 paketinin movcud olduğu bir vaxtda belə biz ölkəmizdə hətta Sp-siz Windows XP-lərlədə qarşılaşırıq. Uğurlar.

    • Vusal / . Dərc edilib:A 23/09/2012 at 9:18 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Eger bizim Xp orginal deyilse biz hemen WindowsXP-KB917021-v3-x86-ENU.exe adlı bu kiçik yamaq proqramı yukleye bilmirik?

    • Salam. Vusal bəy söylədiyiniz doğrudur. Həmin səhifədn yükləyə bilməyəcəksiniz.

    • Samir Aliyev / . Dərc edilib:A 02/12/2012 at 1:17 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam. Deyerli movzudur. Cox sagolun. Bele netice cixarmaq olar ki, update-lerle mueyyen sistem bug-lari fix etmek olar.

Şərh yazın