Windows 7-də Backup və Restore funksiyaları (1-ci hissə)

Kompüterimizdə işləyərkən ən çox önəm verdiyimiz məsələlərdən biri də kompüterin əməliyyat sisteminin(ƏS) normal işləməsi və bizə vacib olan məlumatların həmişə təhlükəsiz şəraitdə saxlanmasıdır. Ancaq istənilən halda ƏS-nin sıradan çıxması və ya bizə vacib olan məlumatların zadələnməsi, itməsi halları ilə də rastlaşırıq. Windows 7 ƏS-i bu kimi halların qarşısın almaq üçün bizə çox gözəl imkanlar yaradıb.

İlk öncə sizə Windows 7 ƏS-də olan “System Protection” bölməsi haqqında bəhs edəcəm. Sistem Protection vasitəsi ilə Windows 7 ƏS-nin ayarlarının və eyni zamanda kompüterimizdə yerləşən şəxsi fayllarımızın, sənədlərimizin backup(nüsxə) edilməsi mümkündür. Bunun üçün kompüterdə Restore Points-lər (geriyə dönüş nöqtələri) avtomatik olaraq yaradılır. Geriyə dönüş nöqtələri əsasən sistemdə hər hansı dəyişiklik (proqramın, drayverin yazılması və s.)  vaxti avtomatik olaraq yaradılır. Gəlin misallarla yazdıqlarımıza aydınliq gətirək. İlk olaraq Computer üzərində mouse-un sağ düyməsin sıxıb Properties-i seçirik.

Açılan pəncərədə System Protection bölümünə daxil oluruq.

 Gördüyümüz kimi qorunmaya açiq (on) və qapalı (off)  disklər mövcuddur. Susmaya görə (default olaraq) ƏS-nin yazıldığı disk həmişə qorunmaya açıqdır və bu da o deməkdir ki, sitemdə dəyişiklik baş verdiyi zaman geriye dönüş nüqtələri(Restore Points) avtomatik olaraq yaradılır. C diskini qeyd edib Configure hissəsinə keçək.

C diski ƏS-nin yazıldığı disk olduğuna görə “Restore system settings and previous versions of files” seçilmişdir. Bu halda həm sistem tənzimləmələri(system settings), həm də C diskində olan fayllar üçün geriyə dönüş nöqtələri yaradılır.  Digər ƏS-i olmayan diskləri seçdikdə “Only restore previous versions of files” seçə bilərik. Disk Spase Usage hissəsində Restore Points-lər üçün lazım olan qədər həcm(Gb) ayırırıq. Göstərdiyimiz həcm dolduqca köhnə Restore Pointlər avtomatik silinir.

Qeyd:  İstədiyimiz hər hansı digər diskləri də seçib Configure edərək qorunmaya açıq vəziyyətə gətirə bilərik.

Yazdıqlarımızı daha yaxşı anlamaq üçün C diskində yerləşən ORAHBS qovluğunun üzərində mouse-un sağ düyməsin sıxıb Properties-i seçək və açılan pəncərədə Previous Versions hissəsinə keçək.

Gördüyümüz kimi ORAHB qovluğunun bir neçə dəfə backup-ı çıxarılmışdır. Buradan istədiyimiz saatda və ya istədiyimiz gündə olan backup qovluğunu açaraq baxa bilərik, digər hər hansı bir yerə kopyalaya bilərik və ya sonuncu dəfə mövcud olduğu yerə geri qaytara bilərik. Əgər kompüterdə hər hansı faylınız zədələnib və ya silinibsə bu üsulla rahat məlumatınızı geri qaytara bilərsiz.

System protection pəncərəsində Create edərək özümüz istədiyimiz vaxt (manual olaraq) Restore Point nöqtəsin yarada bilək.

System protection pəncərəsində System Restore etsək avtomatik və ya manual olaraq  yaradılmış sistem ayarlarını geri qaytarmış olarıq. Buna aşağıdakı nümunə ilə baxaq.

Next edib davam edirik.

ƏS-də avtomatik və manual olaraq yaradılmış geriyə dönüş nöqtələrini görürük. Buradan bizə aydın olur ki, nə vaxt və hansı prosesdən sonra geriyə dönüş nöqtələri yaradılıb. İstədiyimiz vaxtda olan geriyə dönüş nöqtəsin qeyd edib ƏS-mimizin daha uğurlu hesab etdiyimiz anına geri qayıdırıq. 

 Bu məqalənin 2-ci hissəsi Windows 7 ƏS-də bizimçün daha vacib olan Backup and Restore funksiyası haqqında olacaq . Növbəti məqalələrdə görüşmək arzusu ilə.

Fərid Mirzəyev

___________

İ.T. Mütəxəssis

 

Səs: +40. Bəyənilsin Zəifdir

Şərhlər ( 3 )

  1. Təşəkkürlər. Yararlı məqalədir. Hər kəs bu imkanlardan xəbərdar deyil. Uğurlar

    • Windows 7 əməliyyat sistemində Backup və Restore funksiyaları (2-ci hissə) | TechNet.Az Beta / . Dərc edilib:A 07/09/2012 at 3:01 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    […] gördük. Məqaləmizin 2-ci hissəsində  (məqalənin 1-ci hissəsinə buradan baxa bilərsiz) Sizə Windows 7 Əməliyyat Sistemində (ƏS) önəmli olan Backup and Restore […]

Şərh yazın