AD RMS`in tənzimlənməsi və tətbiqi (3-cü hissə)

AD RMS haqqında olan 3-cü məqaləmizdə AD RMS`in tənzimlənməsi və onun tətbiqindən danışacağıq.Bundan əvvəlki 2 məqalədə AD RMS haqqında məlumat verib, onun ilkin tənzimləmələri və qurulması haqqında danışmışıq.Bu məqalə digər 2 məqalənin davamıdır.

Qaldığımız yerdən davam edək.İlk öncə sertifikat tənzimləmələrini edək.AD RMS olan server üzərində RUN`a gəlib, MMC yazırıq və açılan pəncərədə CTRL+M düyməsini sıxıb, yeni bir pəncərəyə daxil oluruq.Buradan bizə lazım olan Certificates seçirik.

OK düyməsinə sıxdıqda bizə 3 seçim veriləcək, buradan Computer olanı seçirik.Sonra Personal altında olan sertifikatlardan DC_TEST.home.local adlı sertifikatı COPY edib, Trusted Root Certification Authorites altında olan sertifikatlar olan qovluğa PASTE edirik.

AD RMS istifadə etmək üçün mütləq istifadəçilərdə e`mail olmalıdır.

İndi isə keçək istifadəçi kompüterinə və orada AD RMS`i tətbiq edək.

İlk öncə istifadəçi ilə kompüterə daxil olaq.

Daha sonra IE`ni açıb, İnternet Options`a daxil oluruq.Burada Security TAB`ına keçirik və Local İntranet`i işarələyib, aşağıdan Sites düyməsinə sıxırıq.

Açılan pəncərədə Advanced düyməsinə sıxırıq və AD RMS üçün HTTPS ilə təyin etdiyimiz URL bura yazırıq.İkinci məqaləmizdə bu URL haqqında yazmışıq.

Bu tənzimləmələrimizi bitirdikdən sonra Word açırıq.Ancaq yadınızda saxlayın ki, AD RMS tətbiq etmək üçün Microsoft Office Enterprise 2007 və yaxud Microsoft Office Professional Plus 2010 istifadə etmək lazımdır.Biz bu təcrübəmizdə Microsoft Office Enterprise 2007 istifadə etmişik. Word`ü açdıqdan sonra aşağıda şəkildə göstərilən yerə daxil oluruq.

Bura daxil olduqdan sonra təhlükəsizlik haqqında bir pəncərə ilə qarşılaşırıq.Bu sertifikat pəncərəsini YES deyərək davam edirik.

Bizim istifadəçini təsdiqləmək üçün aşağıdakı pəncərəyə məlumatları daxil edirik.

Sonra biraz gözləyirik.

Daha sonra Permission pəncərəsi gəlir və burada aşağıdakı yeri işarə edirik.Sonra deaktiv olan bölmələr aktiv olur.Biz burada READ icazəsini istafədə edəcəyik.Mən bura EVERYONE qrupunu yazacam, amma siz istəsəniz bura konkret istifadəçi adı da yaza bilərsiniz.

Sonra sənədimizi yaddaşa verib, digər istifadəçilərin də bu sənədi görə biləmələri üçün paylaşdırılmış qovluğun içərisinə yerləşdiririk.

İndi isə başqa bir istifadəçi ilə domain`ə daxil olub, Word sənədi açmağa çalışaq.Bu zaman qarşılaşdığımız pəncərələr aşağıdakı kimi olacaq.Bu pəncərələri yuxarıda izah etdiyimə görə ikinci sədə izah etmirəm.

Axrıncı pəncərədə OK düyməsinə sıxdıqdan sonra sənəd açılır.

İndi isə sənədə nəzər yetirək, görək həqiqətən bizim verdiyimiz icazələr tətbiq olunub ya yox.

Sənədin xüsusiyyətlərinə nəzər salırıq və görürük ki, aktiv deyillər.

Daha sonra sənəddə olan mətni seçib, mouse`un sağ düyməsini üzərində vurub, görürük ki, bu xüsusiyyətlərə aktiv deyil.

İndi isə daxil olduğumuz istifadəçinin bu sənəd üzərində hansı icazələri var, ona nəzər salaq.

Bu məqaləmizdə çalışdıq ki, AD RMS`i tətbiq edək.Ümid edirəm ki, kifayət qədər izah edə bildim və sizə aydın oldu.Növbəti məqalələr də görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( AD RMS`in tənzimlənməsi və tətbiqi (3-cü hissə) )

  1. sagolun

Şərh yazın