Directory Services Restore Mode şifrəsinin bərpa olunması

Bildiyimiz kimi Active Directory xidmətinin sazlanması zamanı Directory Services Restore Mode (DSRM) üçün bir şifrə təyin edirik. Bu şifrəni təyin etməkdə məqsədimiz Active Directory üzərində çıxan nasazlıqlar zamanı Domain Controller üzərində bəzi əməliyyatların aparılmasına ehtiyac yaranır ki, bu əməliyyatları Domain xidmət verərkən həyata keçirməyimiz hazırda mümkün deyil. Server 2008 ilə birlikdə gələn Restartable Active Directory servisi yenədə tam olaraq bizim imdadımıza yetişməyəcək. Misal üçün Acive Directory üzərində Backupdan geri dönərkən mütləq sistemi restart edərək F8 düyməsilə Directory Services Restore Mode bölməsinə keçərək bunu kimi bir neçə əməliyyatı gerçəşlədirə bilərik.

Həmin vaxt sistemə daxil olmaq üçün bizə ehtiyac olan şifrə DSRM şifrəsidir. Əgər bu şifrəni unutmuşuqsa sistemə daxil ola bilməyəcəyik. Bu şifrəni bərpa etmək üçün (yenisi ilə əvəz etmək üçün) bir neçə sadə əmr yazaraq əməliyyatları tamamlayacağıq.

1. Yuxarıda qeyd etdiyim şəkil sizi çaşdırmasın. Domain normal modda fəaliyyət göstərərkən Start -RUN – ntdsutil yazaraq aşağıdakı addımları tamamlayın.

C:\>ntdsutil

ntdsutil: set dsrm password

Reset DSRM Administrator Password: reset password on server null

Please type password for DS Restore Mode Administrator Account: ***********

Please confirm new password: ***********

Password has been set successfully.

2. Əgər şəbəkənizdə bir neçə DC mövcuddursa hazırda üzərində əməliyyat apardığınız Serverdən birbaşa digər DC-lərin şifrələrini yenisi ilə əvəz edə bilərsiniz. Bu əməliyyatı yerinə yetirərkən null (lokal DC-ni bildirir) bölməsinə digər serverin adını yazmanız yetərlidir.

C:\>ntdsutil

ntdsutil: set dsrm password

Reset DSRM Administrator Password: reset password on server SRV2008BDC

Please type password for DS Restore Mode Administrator Account: ***********

Please confirm new password: ***********

Password has been set successfully.

Bu sadə addımları tamamladıqdan sonra unutduğunuz DSRM şifrəsini yenisi ilə əvəz etmiş olacaqsınız.

Qaynaq: Microsoft.com

Elgüc Yusifbeyli

_______________

MCT

Səs: +30. Bəyənilsin Zəifdir

Şərh yazın