Windows Server 2008 R2’də Scheduled Backupın sazlanması.

Salam Dostlar.Backup həlləri üçün bir çox proqramlar mövcuddur, bu proqramlardan biri illərdir Microsoftun server əməliyyat sistemi ilə gələn NTBackup proqramıdır. Microsoft, Windows Server 2008 ƏS-ində NTBackup tətbiqini təkmilləşdirib ,onun imkanlarını daha da genişləndirərək adını Windows Server Backup (WSB) ilə əvəzlədi.

Bu məqalədə Domain Controllerinizdə Windows Server Backupu istifadə edərək sürətli bir şəkildə necə backup schedule edə biləcəyinizi az yazı, bol şəkillərlə izah edəcəm.

Əvvəlcə onu deyim ki, 2008 ilə gələn ən böyük dəyişikliklərdən biri, əməliyyat sistemində var olan bir çox xüsusiyyətin serverdə qurulu gəlməməsidir. Bunun başlıca səbəblərini saymaq lazım olsa ən əhəmiyyətli iki meyarı diqqətinizə çatdırım;
1.Bu xüsusiyyətləri istifadə etməmənizə baxmayaraq serverdə yüklü gəlməsinə görə onların təhlükəsizlik “update”lərinin ehtiyacını ortadan qaldırmaq.
2.Bundan başqa serverdə olacaq gərəksiz qaynaq istehlakını azaltmaq.

Windows Server Backup da yüklü gəlməyən bu xüsusiyyətlərdən biridir.:

Windows Server Backup-ı , Server Manager –də Features pəncərəsindən yükləyə bilərsiniz.

Windows Server Backupun yüklənməsi tamamlandıqdan sonra bu tətbiqi aça bilərsiniz. Windows Server Backupu açdıqdan sonra sağ düymə ilə ilə “Backup Schedule” variantını seçib backup üçün nizamlamalara başlaya bilərik.

İlk olaraq qarşımıza Backup Schedule Wizard ekranı çıxacaq, əvvəllər schedule üçün task scheduleri istifadə etməmiz lazım olurdu, artıq schedule xüsusiyyəti birbaşa olaraq Windows Server Backup içərisinə inteqrasiya edilmiş vəziyyətdədir.

Backup tipi olaraq bizə iki variant təklif edilir, bunlaradan Custom olanı seçib davam edək, Full server variantı da burada alternativlərimizdən biridir.

Sonrakı pəncərədə “Add Items” ilə nələri backup etmək istədiyimizə qərar verək.

Çıxan ekranda “Bara metal recovery” variantını işarələyək, proqram avtomatik olaraq digər variantları işarələyəcək.

1.Bare Metal Recovery : Əgər kompüter heç açılmırsa, bare metal recovery adlı backup növünü istifadə edə bilərsiniz. Bu xüsusiyyət Windows ASR ( automated system recovery) xüsusiyyətinin inkişaf etdirilmiş halıdır. Əgər Windows Boot edilə bilməyəcək vəziyyətdədirsə, əvvəl əməliyyat sistemi CD -sini yerləşdirib, daha sonra isə Repair your computer variantı seçilərək alınan backup arxivindən yükləmə edilir və Windows qurulur.
2.System State : Əməliyyat sistemi faylları, Active directory, certificate services, registry kimi əhəmiyyətli windows fayllarınını backup edir. Mütləq bütün serverlərdə hər gün alınması lazım olan bir backup növüdür.

Daha sonra bu ekranı təsdiqləyərək davam edək.

İndi növbə gəldi zaman nizamlamasına, əgər diqqət yetirdinizsə bu ekranda sizə seçə biləcəyiniz bir gün alternativi təqdim edilmir, gündə bir və ya birdən çox backup götürmə opsiyonu təqdim edilir. Əgər daha fərqli bir dövrdə backup götürmək istəyirsinizsə iki variantınız mövcuddur, ya task scheduler üzərindən backup əməliyyatını təyin edə bilər, ya da bu addımları bitirdikdən sonra avtomatik olaraq meydana gələcək schedule üzərində istədiyiniz dəyişiklikləri edə bilərsiniz.
Biz burada hər gün saat 1:00 qeyd edirik.

Backupu hara yerləşdiəcəyinizlə əlaqali 3 seçiminiz var.
Back up to a hard disk that his dediacated for backups ( Recomended) : Schedule edilən backuplar həmişə müəyyən etdiyimiz bir diskə ya da disk hissəsinə yerləşdirilir. Bu variant backupları saxlamaq üçün ən yaxşı yoldur, ancaq seçilən hissə (Məsələn: D:\ BACKUPLAR ÜÇÜN AVTOMATİK OLARAQ FORMATLANIR) hər dəfə formatlanır, bu səbəbdən, həmin yerdə qətiyyən başqa fayllarımızı saxlamaq düzgün deyil.
Back up to a volume : Seçdiyiniz bir disk ya da disk hissəsinə fayllarınız backuplanır. Yuxarıdakı variantdan fəqli olaraq burada hər dəfə formatlama olmur.
Back up to a shared network folder : Sadəcə, backup fayllarını şəbəkədə paylaşılmış bir qovluğun içinə yerləşdirir. Biz bu variantı seçirik.

Burada diqqət yetirməniz lazım olan məqam odur ki, əgər backupu bir network paylaşmasına (Məsələn: Başqa bir serverə) yerləşdirirsinizsə, schedule hər dəfə işləyəndə köhnə backupu siləcək və yalnız son backup qalacaq.

Növbəti addımda backup faylları yerləşdirəcəyimiz share folderin (yəni başa bir komputerin) ünvanını göstəririk.
Şəbəkə üzərində yazacağımız qovluq üzərində hansı istifadəçi ilə icazə verilibsə onun həmin qovluğa yazmaq hüququ olmalıdır.

Schedulenin çalışması üçün backup almaq səlahiyyətinə sahib bir hesab girilməsi lazımdır.

Son addımda etdiyiniz nizamları təkrar bir nəzərdən keçirib,Finishə basırıq.

Bununla da Backup Schedulemiz-i tamamlamış oluruq.

Başqa bir məqalədə görüşmək ümidi ilə…

Turqut Vəliyev
_________________
MCTS

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 3 )

    • Cemil / . Dərc edilib:A 19/09/2012 at 8:50 PM
      Səs: +2. Bəyənilsin Zəifdir

    Super meqaledi.cox aydin dilde yazilib

    • Çox sağolun, bir nəfərin belə bu məqalədən yararlanması mənim üçün çox xoşdur.

  1. Çox sağol. Turqut bəy gözəl başlanğıcdır.

Şərh yazın