Additional Domain Controllerin IFM (Install From Media) vasitəsilə yüklənməsi

Xoş gördük. Bu günki məqaləmizdə Additional Domain Controllerin yəni Backup DC kimi adlandırığımız ADC-nin İFM (İnstall From Media) vasitəsilə necə yüklənəcəyinə nəzər yetirəcəyik. Bildiyimiz kimi bu funksiya Server 2003 ƏS-ində başqa qayda ilə həyata keçirilirdi. Xatırlayırıqsa bu əməliyyatı yerin yetirmək üçün biz Server 2003 üzərində NT Backup vasitəsilə System State-in backupını aldıqdan sonra digər server üzərində backupı hər hansı bir qovluğa geri qaytararaq ADC-nin sazlanması zamanı məlumatların həmin qovulqdan oxunmasını təmin edirdik. Artıq Server 2008 ƏS ilə bu funksiya İFM ilə əvəz olunub. Biz bu əməliyyatı aparmaq üçün NTDSUTİL alətindən istifadə edəcəyik. Uzaq məsafəli bölgələrdə nöqtələr arasında qurulan əlaqə tiplərində yetərli sürətin olmaması zamanı bölgədə quracağımız ADC mərkəzdə yerləşən DC üzərindən replikasiya edəcək məlumatların həcmnin böyük olması, əlaqənin zəif olması, kəsintilər və s. kimi amilləri nəzərə alaraq ADC-nin əsas bazanı lokal mediadan oxuyaraq digər yenilikləri Mərkəzi DC üzərindən replikasiya etməsini təmin etmək üçün İFM funksiyasından istifadə edəcəyik. Sadə misal kimi aşağıdakı şəkilə nəzər yetirə bilərik.

İndi isə bu addımların necə həyata keçiriləcəyinə nəzər yetirək.

1) Mərkəzdəki DC adı DC01-dir. Öncə Mərkəzdə qurulu olan DC üzərinə gələrək aşağıdakı əmrləri icra edirik.

  • CMD üzərindən : Ntdsutil
  • activate instance ntds
  • ifm

Sual işarəsi vasitəsilə hansı əmri icra edəcəyimizə qərar veririk.

2) Biz Create Sysvol Full seçərək İFM vasitəsi ilə sysvolun kopyasını c:\IFM qovuluğu altına yazdırırıq. Burda məqsədimiz ADC qurularkən sysvol qovluğu içində yerləşən məlumatların öncə lokal diskdən oxunmağını təmin etməkdir.

  • Create Sysvol Full c:\IFM

Qeyd: Əgər RODC qurmağa çalışsaydıq. Create Sysvol RODC və yaxud Create RODC seçə bilərdik. Bütün addımlar eynidir. Bu qayda ilə RODC -ni İFM vasitəsilə qura bilərsiniz.

3) Mediamız artıq hazırdır.

4) İndi isə aşağıdakı qovluğun kopyasını istənilən bir vasitə ilə ADC üzərinə köçürürük.

5) ADC-ni Domainə üzv etdikdən sonra Start – Run dcpromo /adv əmrini icra edirik.

6) Əgər Start – Run dcpromo əmrini icra etmisinizsə sonradan Use advanced mode installation seçə bilərsiniz, dcpromo /adv ilə heç bir fərqi yoxdur.

7) Sıra gəldi Additional Domain Controllerin sazlanmasına . Saytımız üzərində Additional Domain Controllerin sazlanmasına aid məqalə mövcud olduğu üçün burdakı addımları keçib dəyişiklik edəcəyimiz bölməyə gəlirik. Aşağıdakı bölmədə dəyişiklik etmədən next-lə davam edirik.

Qeyd: Əgər üstə izah etdiyim kimi (2-ci addım) İFM RODC üçün hazırlanıbsa görüdüyümüz şəkildə RODC -bölməsini işarə edərək davam etməliyik.

8) Əgər biz üstdə (6-cı addım) Use advanced mode installation bölməsini seçməsəydik gördüyümüz bu pəncərə ilə qarşılaşmayacaqdıq. İnstall from Media bölməsindən “Replicate data from media at the following location” seçərək DC üzərindən ADC üzərinə köçürdüyümüz İFM qovluğunu seçərək davam edirik.

Artıq bundan sonra gələn addımlar digər addımlardan fərqlənmədiyi üçün bu addımları yenidən təkrar göstərməyə ehityac duymuram. Additional Domain Controller sazlandıqdan sonra əgər mərkəzi DC üzərində hər hansı bir dəyişiklik olunubsa avtomatik digər dəyişikliklər də ADC üzərinə replikasiya olunacaq. İnanıram ki, məqaləmiz hər kəs üçün yararlı olmuşdur. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

______________

MCT

Müəllif hüquqları qorunur

Səs: +10. Bəyənilsin Zəifdir

Şərhlər ( Additional Domain Controllerin IFM (Install From Media) vasitəsilə yüklənməsi )

  1. Çox dəyərli məlumatlardı, xüsusilə regionlardakı filiallara ADC qurarkən.. Elgüc müəllim təşəkkürlər…

Şərh yazın