Flaş yaddaşdan “Windows XP”nin yüklənməsi (1)

Salam.Bu məqalədə XP setup fayllarını Flaş Yaddaşa köçürməkdən bəhs edəcəm. Bu Flaş yaddaşla siz Netbookları, CD-ROM-u olmayan komputerlərin ƏS sistemlərini rahatlıqla quracaqsınız.
Məqaləmizin birinci hissəsində Boot etmək üçün flaş yaddaşımızı hazırlayacağıq, ikinci hissəsində isə hazırladığımız Flaş yaddaşda Windows XP-ni quracağıq.

Lazım olan alətlər:
1. MS Windows XP CD-si
2. Ən az 1GB və ya 2GB böyüklüyündə flaş yaddaş. (Çox olmasın, problem ola bilər)
3. USB_MultiBoot_10 script paketi.

İlk öncə MS Vvindovs XP CD-mizi və USB Flash yaddaşı komputerimizə yerləşdirirk. Sonra da internetdən yüklədiyimiz USB_MultiBoot_10 qovluğunu Desktopa yerləşdiririk.

USB_MultiBoot_10.cmd faylının açırıq.

Qarşımıza belə bir DOS ekranı və açıqlamalar çıxacaq, İlk gələn ekrana ENTER daha sonra isə P düyməsini sıxırıq.

PeToUSB proqramı qarşımıza çıxır. Komputerə yerləşdirdiyim USB Flaş diskini E: diski kimi görür.
Bu pəncərədə əsas diqqət etməmiz lazım olan şeylər “Enable Disk Format” “Quick Format” ve “Enable LBA (FAT 16X)” seçənəklirinin seçili olması və Flasş yaddaşa “Drive Label” (Flaş Yaddaş üçün ad) verməkdir.

Bizə verdiyimiz adla əlaqədar olaraq davam edib etməyəcəyimizi soruşur. YES deyərək davam edirik.

Bizdən formatlayacağımız disk üçün təsdiq istəyir “yes” düyməsini sıxaraq davam edirik.

Formatlamanın müvəffəqiyyətlə başa çatdığına dair, bir mesaj çıxır. də PeToUSB proqramının pəncərəsini bağlayırıq.

Növbəti çıxan ekranda biz , XP Source fayllarının yerləşdiyi yeri göstəririk. 1 yazıb ENTER düyməsini sıxırıq.

MS Windows XP CD’ sinin harada olduğunu göstərməyimiz üçün bir pəncərə açılır. Məndə CD-ROM-dadır (D:). Seçib ok düyməsini sıxıram.

İndi isə ikinci bir pəncərə açılır. Bu pəncərədə “ok” düyməsini sıxaraq, Computer adı, İstifadəçi adı, Windows XP şifrəsi kimi məlumatları bir bir daxil edin.

2 yazaraq enter düyməsini sıxırıq.

Bizdən MS Windows XP fayllarını kopyalacağımız USB Flash yaddaşın yerini göstərmiyizi soruşur. Flaş Yaddaş məndə E: diskidir.

İndi isə növbə gəldi, CD diskdən lazım olan faylları Flaş Yaddaşa köçürtməyə. Bunun üçün 3 yazıb ENTER düyməsini sıxın.

Kopyalama prossesi biraz uzun çəkə bilər. Arada bir pəncərə də açıla bilər. Qarşınıza çıxan bütün pəncərələrdə OK düyməsini sıxın.

USB bootable harddisk için “yes” Mixed SATA/PATA konfiqurasiyası üçün “no” nu seçməlisiniz. “yes” düyməsini sıxaraq davam edirik.

Script paketinin son ekranina gəlirik. Sonlandirmaq üçün hərhansı bir düyməni sıxırıq. Bu prosseslər əsnasında USB flash yaddaşı USB portundan çıxartmayın. Hazırladığınız bu Flaş yaddaşdan istifadə edərək, formatladığınız komputerdə BIOS nizamlamalarından mütləq First boot device olaraq USB seçməyi unutmayın.

Başqa bir məqalədədə görüşmək arzusu ilə…

Turqut Vəliyev

_________________
MCTS

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərh yazın