Group Policy ilə Local Admin Şifrəsini Dəyişdirmək

Xoş gördük. Bu məqaləmizdə, Group Policy ilə domainimizdə olan komputerlərin local admin hesablarının şifrəsini dəyişdirmək, local administratorun adını dəyişdirmək və ya local administratorun hesabını disable etmək barəsində danışacam. Məqalədə əsas istiqamət local admin şifrəsini dəyişdirmək olacaq. Siz məqalədən əldə etdiyiniz bilik sayəsində sizə uyğun olan, yuxarıda göstərilən əməliyyatlardan birini edə bilərsiniz.

Mən Local Administratorun şifrəsini dəyişmək üçün yeni bir Group Policy yaratmadan, Default Domain Policy üzərində dəyişiklik edəcəm.

Administrative Tools-dan, Group Policy Management konsulunu açırıq.

Şəkil 1.

Şəkildə göstərildiyi kimi “Default Domain Policy”-ni “Edit” edirik.

Şəkil 2.

Computer configuration\Preferences\Control Panel Settings\Local Users and Groups tabına gəlib, mouse-un sağ düyməsini sıxıb “new local user” seçirik.

Şəkil 3.

User name: olaraq administrator seçilir.
Rename to Administrator : əgər istəyirsinizsə Administratorun adını buradan dəyişdirə bilərsiniz.
Pasword: Yeni şifrəni yazın.
Confirm Password: Yeni şifrəni təkrar yazın.
User must change password at next logon: local administrator ilk logon prossesində şifrəsini dəyişdirə bilir.
User cannot change password : İstifadəçi heç bir vaxt şifrəsini dəyişdirə bilməz.
Password never expires: Şifrənin istifadə müddəti heç vaxt bitməsin.
Account is disable: İstifadəçi hesabını (Administrator) disable edə bilərsiniz .
Nəzərinizə çatdırım ki bu halda Local Administrator hesabı ilə logon ola bilməyəcəksiniz.
Account never expires: İstifadəçi hesabının heç bir vaxt disable olmamasıdır.
Account expires: İstifadəçi hesabının disable olacağı vaxtı göstərə bilərik.

Şəkil 4.

Common tabı ilə bu Policy-ni daha da özəlləşdirə bilərsiniz. Tətbiq etdiyiniz bu nizamın spesifik bir istifadəçi qrupuna aid olmasını istəyə bilərsiniz. Bunun üçün Item-level targetin aktiv edilib Targetting hissəsində “New Item” ilə Item seçilməlidir. Misal üçün New Item menusundan Computer Name seçərək domaininzdəki hər hansı bir komputeri göstərib, tətbiq etdiyiniz policy-nin yalnız seçtiyiniz komputerə tətbiq olunmasını istəyə bilərsiniz.

Başqa bir məqalədə görüşmək ümidi ilə.

Turqut Vəliyev
_________________
MCTS

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( Group Policy ilə Local Admin Şifrəsini Dəyişdirmək )

  1. teşekkurler

Şərh yazın