DNS keşi(cache) necə və niyə təmizləyək?

Bizim girib izlədiyimiz saytların ünvanları(ip adresləri) bizim bilgisayarın DNS Cache-də saxlanılır. DNS cache-dəki məlumatlar yenilənməyə macal tapmamış, saytın İP adresi(və nameserver-ləri) dəyişərsə, o zaman biz həmin sayta daxil ola bilməyəcəyik. Gərək DNS cache-dəki məlumatın vaxtı bitsin və yenilənsin məlumatlar ki, biz o sayta daxil ola bilək. Proxy serverlər ilə daxil olduğunuz zaman sayt açılırsa, sizin bilgisayarda isə açmırsa, o zaman DNS cache-mizi təmizləməliyik. Biz Cache sildikdən sonra, sayta daxil olanda NameServerlərə yeni müraciət göndərilir və saytın İP adresi əldə edilir.

Bunun üçün:

Windows® XP, 2000, Vista® və Windows 7  də DNS Cache-i təmizləmək üçün.

  1. Start menyunu açırıq.
  2. Run – əmrini seçirik. (Əgər, Vista və 7-də Run seçimi yoxdursa, Search Bar(axtarış hissəsində) Run yazırıq və nəticə çıxanda Run üzərinə tıqlayırıq.)
  3. Run proqramı açıldığı zaman, boşluğa ipconfig /flushdns yazıb enteri basırıq.

 

Windows 8-dəApps -a daxil oluruq, Run proqramını seçirik ya daflushdns

  1. CTRL + ALT + DELETE basırıq
  2. Task Manageri işə salırıq,
  3. File menyusundan Run New Task seçirik,
  4. Sonra isə ipconfig /flushdns yazıb enteri basırıq. 

 

MacOS® -da

  1. Apllications-a daxil olun.
  2. Utilities seçin.
  3. Terminal Application-u açın.
  4. dscacheutil -flushcache  yazıb enteri basın.

 

Ümid edirəm faydalı olacaq 🙂

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 6 )

    • Vüsal Məstəliyev / . Dərc edilib:A 23/01/2013 at 6:31 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Dəyərli məlumat üçün təşəkkürlər Araz bəy…

    • Nesimi / . Dərc edilib:A 26/01/2013 at 11:34 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam. Enter basiram ama hecne gelmir 🙁

    • Nəsimi bəy, anlamadım. Enteri niyə və harda basırsız ? 🙂 Nədir gəlməyən? 🙂

    • emin / . Dərc edilib:A 27/03/2013 at 11:47 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    tesekkur edirem faydali bir meqaledir

  1. teşekkür edirem

Şərh yazın