Microsoft Office Outlook-da İmport-Export (İdxal-İxrac) deaktivdirsə nə etməli?

Salam dostlar. Ümid edirəm ki, işlərinizi yaxşıdır və özünüzü gümrah hiss edirsiniz.. ))

Bu gün qarşılaşdığım bir problemin həll yolunu sizlərlə bölüşmək istəyirəm.

Deməli, işin ən qızğın vaxtında, işçilərdən birinin kompüterini dəyişmək lazım idi. Faylları köçürtdüm, məktubların ehtiyyat nüsxəsini almağa gələndə baxdım ki, Export-İmport deaktivdir. Xeyli aşağıda gördüyünüz şəkilə məəttəl-məəttəl  baxdım, niyə belə etdiyini anlamağa çalışdım.

Outlook Import-Export 01

Gördüm ki, bu qaça-qaçda  heç nə ağlıma gəlmir, “çirmələnib” özümü vurdum internetin dərinliklərinə….

Və budur həll yolunu tapdım. Sən demə məsələ Dil ayarlarından imiş. Əgər Outlookumuzun dili ilə Dil ayarlarımızdakı – qeyri-unikod dili uyğun deyilsə belə bir problem çıxırmış.

Bunu həll etmək üçünn, Tənzimləmələr Panelində, Dil ayarlarını seçirik.

Outlook Import-Export 02

Gördüyümüz kimi, mənim proqramım Rus dilində olsada qeyri-unikodum Türk dilindədir. Bunu dəyişirik. Qeyd edim ki, dil ayarları digər versiyalı əməliyyat sistemlərində fərqli cür dəyişilə bilər.

Qırmızı rənglə qeyd etdiyim hissəyə daxil oluruq və dəyişiklikləri etdikdən sonra əməliyyat sisteminin yenidən başladılması tələb olunur. Biz isə razılaşırıq.. ))

Əməliyyat sistemi açılır və aşağıdakı şəkil ilə rastlaşırıq. Deməli hər şey qaydasındadır.

Outlook Import-Export 03

Bundan qalanını isə digər məqaləmizdə olduğu kimi davam edib, məktubların ehtiyyat nüsxəsini alırıq.

Hər birinizə uğurlar arzulayıram.  İnşAllah ki, işinizə yarayar.

Elvin Əmirov

İ.T İnzibatçı

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( Microsoft Office Outlook-da İmport-Export (İdxal-İxrac) deaktivdirsə nə etməli? )

  1. Əla! Əllərinə sağlıq 🙂

Şərh yazın