Apache Open Office Microsoft Office alternativi

Salam dostlar. Bu məqalədə Microsoft Office proqram paketinə alternativ olan Apache Open Office haqqında danışacam. Çox təəssüflər olsun ki, ölkəmiz Pirat proqram istifadəsinə görə dünya sıralamsında ilk üçlükdədir.  İndi bu barədə yazıb sizi yormaq istəmirəm. Piratçılıqla bağlı ayrıca yazı yazacam. Sadəcə tövsiyyəm odur ki, əgər sizin pullu proqramlara verməyə pulunuz yoxdursa, o zaman həmin proqramların pulsuz alternativlərindən istifadə edin. Əməyə hörmət etmək lazımdır. Microsoft Office paketinə daxil olan proqramlar dünyada ən çox istifadə edilən ofis proqramlarıdır və gözümüz öyrəşib deyə əlçəkə bilmirik. Amma lisenziyamız yoxdursa, onu işlətməyə haqqımız da yoxdur. Bəs nə etməli??? Məsələn, tamamı ilə pulsuz olan Apache Open Office işlətməliyik. Word, Excel, PowerPointAccess əvəz edən, çox oxşar interfeysli proqramlar daxildir bu pakətə. Mən özüm istifadə edirəm və razıyam.

Microsoft Office rəsmi veb səhifəsi

Microsoft Office 2007

http://office.microsoft.com/en-us/ 

Qiyməti 119$ dollardan başlayır, 499 $ dollara qədər. Yəni əgər siz bu pulu ödəməmisinizsə, bu lisenziyanı sizə heç kim hədiyyə etməyibdirsə, o zaman sizin istifadə etdiyiniz proqram paketi lisenziyasızdır, oğurluqdur və siz bu yazını oxuyandan sonra yenə də lisenziya almaq kimi bir fikriniz yoxdursa, sizə təklif edirəm ki, Open Office paketi istifadə edəsiniz. Yox əgər yenə də fikiriniz dəyişmədisə, bilin ki, Dünya Pirat sıralamasında Azərbaycanın Ermənistanla eyni sırada olmasına səbəbkarlardan biri də sizsiniz. Linkə tıklayaraq siyahıya baxın… http://www.nationmaster.com/graph/cri_sof_pir_rat-crime-software-piracy-rate

Paketlərə baxmaq üçün bu linkə tıklayın.

http://office.microsoft.com/en-us/buy/buy-office-2010-FX101843016.aspx?WT%2Emc_id=ODC_enus_O15PLO_Home

Open Office Minimal Sistem tələbləri

  • Windows 2000 (Service Pack 2 və yuxaarı), Windows XP, Windows 2003, Windows Vista, Windows 7, Windows 8
  • 256 Mbytes RAM (512 MB RAM tövsiyyə olunur)
  • Diskdə Ən azı 650 Mbytes boş yer.
  • Qurulma bitdikdən və temporary(müvəqqəti) qurulma faylları silindikdən sonra OpenOfficein diskdəki həcmi təqribən 440 Mbytes olacaq.
  • 1024 x 768 və daha geniş. Ən azı 256 rəng.
  • Java Runtime Environment (JRE) 1.5.x, OpenOffice.org bütün imkanlarından istifadə etmək üçün Java qurulmuş olması tələb olunur.

Open Office paketi Windows, Linux, MacOS qüsursuz işləyir.

Qurulmaya başlayaq.

1. Rəsmi sayta daxil oluruq. http://www.openoffice.org/

1

2. Download Apache OpenOffice 3.4.1 tıklayırıq.

2

3. Yüklənmə bitdikdən sonra, proqramı işə salırıq. Next düyməsini basırıq.

3

4. Unpack əmri verib, qurulma fayllarını arxivdən çıxardırıq.

4

5. Qurulma başlayacaq az sonra…

5

6. Next basırıq.

6

7. Customer İnformation – Məlumatları daxil edib Next düyməsini basırıq.

7

8. Next düyməsini basırıq.

8

9. İnstall əmri veririk.

9

10. Quraşdırılma davam edir.

10

11. Quraşdırılma bitdi. Finish düyməsini basırıq.

11

12. Desktopda bu ikonun üzərinə tıklayıb proqramımızı işə salırıq.

12

13.  Proqram açılmaq üzərədir.

13

14. Seçim edirik :))

14

15. Dəstəklənən fayl formatları. 🙂

save types

Proqramın interfeysləri. Word, PowerPoint və Excel alternativi…

17

16

15

Ümid edirəm faydalı olacaq 🙂

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 7 )

  1. Qardaş, zehninə qüvvət. Sən bu lisenziya məsələsin əməlli başlı dirçəldəcəksən. )) Birdənə də Office-ə alternativ mən paylaşım, bəlkə kiminsə bu xoşuna gəldi )) http://www.libreoffice.org Rəsmi saytıdır.
    Bəlkə Portalda və ya forumda FreeWare bölməsi yaradaq, ora rəsmi linkləri paylaşaq ki, insanlar istifadə etsinlər. Məncə bu cür proqramların tanınması yaxşıdır, hər hansı bir layihə hazırlayanda pirat məhsullar istifadə etməkdənsə, PUlSuZ vasitələrdən istifadə etsinlər.
    Əgər, belə bir bölmə ağıla batandırsa Forumda təkliflərdə paylaşaq və ya Utilitlər bölməsini bu məqsədlə istifadə edək.

    • Vüsal Məstəliyev / . Dərc edilib:A 24/01/2013 at 12:55 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər Araz bəy, demək olar ki Rusiyanın bir çox şirkətləri Open Office işlədir. Səbəbi maddiyat olduğunu düşünürəm ki, MS Office demək olar ki axrıncı variant halına gəlib mənim gördüyüm Rusya şirkətlərində…

    • Çox sağolun. Məncə də. Funksionallıq cəhətdən Bu pulsuz proqramlar heç nədən geri qalmır 🙂 Sadəcə insanların xəbəri yoxdu bu proqramlardan. Oğurluq etməyə nə səbəb var əgər pulsuz şeylər varsa 🙂

      Biz zehniyyəti dəyişməliyik qabağa getmək istəyiriksə.

    • Beralus / . Dərc edilib:A 18/03/2013 at 4:28 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Bu proqramın azərbaycan dilində yazılmış mətnlər üçün düzgün yazılmanı yoxlayan əlavəni (spell cheker) haradan əldə etmək olar və necə aktivləşdirməli?

    • Tural Məmmədov / . Dərc edilib:A 25/11/2013 at 9:18 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Araz,

    Bu proqram haqqında məqaləni nə vaxtsa başqa bir yerdə (deyəndə ki Facebookda) rast gəlmişdim. Əmoğlumun kompüterini “farmat” eləyəndə Excelin giclədiyini gördüm və birdən yadıma sənin o vaxt məsləhət gördüyün bu proqram düşdü. Yüklədim, indi də quraşdırıram. Lisenziyasız proqramın silinməsinə görə savabı bölüşürük. Proqram yaxşı işləsə tərifləri də yarı bölərik (pis işləsə də onnan).

    Allah köməyiniz olsun!

    • 🙂 Lisenziyasız və gicləyən Excel-dən Lisenziyaya ehtiyacı olmayan və gicləməyən bu program yaxşıdı )))) Yaxşı olar )))

Şərh yazın