İnformasiya Texnologiyaları Universiteti yaradılacaq

Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti yaradacaq.

Sərəncamda Nazirlər Kabinetinə yaradılmış İnformasiya Texnologiyaları Universitetinin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etmək, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutmaq,  İnformasiya Texnologiyaları Universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görmək və eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Təhsil Nazirliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etməli və bu sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirməlidir.

Müəllif: Araz Ayyubov

Şərhlər ( 2 )

  1. Görəsən hansı qrupun siyahısına salınacaq və yəqin ki, 2-ci təhsil olduqu üçün mütləq pullu olacaq.. Xeyirlisi inşAllah.

    • Rasul / . Dərc edilib:A 03/05/2013 at 10:19 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    məlumatınız var bu institutun binası harada yerləşəcək və nə vaxtdan etibaren qebul başlanacaq?

Şərh yazın