Windows Server 2012`də nüsxə almaq və geri qaytarmaq (1-ci hissə)

Salam Aleykum Dostlar,

Məqalənin adından da məlum olduğu kimi bu dəfə Windows Server 2012 üzərində nüsxə almaq və aldığımız nüsxədən geri qayıtmaq olacaq.Çalışacağıq ki, məqalə 2 hissədən ibarət olsun.Bir hissədən ibarət olsa, çox uzun olacaq, ola bilsin ki, oxuyarkən darıxasınız.Ona görə qərara aldım ki, ən yaxşısı 2 hissədən ibarət olmasıdır.Bundan əvvək Windows Server 2012 üzərində bəzi rolları qurmuşuq, artıq oradan sizə məlumdur ki, yeni rol əlvə etmək üçün aşağıdakı kimi seçim edirik.

Seçimizi etdikdən sonra bir pəncərə açılır.Burada isə “Role-based or feature-bsed installation” seçib, davam edirik.

Növbəti pəncərə haqqında isə əvvəlki məqalələrimizdə ətraflı məlumat vermişik.Qırmızı ilə işarə olunan seçimi seçib, “NEXT” düyməsinə sıxırıq.

Gələn pəncərədə heç bir seçim etmədən “NEXT” düyməsinə sıxırıq.Çünki biz Windows Server Backup yükləyəcəyik və bu Feature bölməsindədir.

Yuxarıda gördüyünüz kimi Features pəncərəsində bizə lazım olan, xüsusiyyəti seçirik.”NEXT” düyməsinə sıxaraq, davam edirik.

Yuxarıdakı pəncərədə isə “İnstall” düyməsinə sıxırıq.

Daha sonra isə yüklənib və yüklənmədiyini yoxlayırıq.

Deməli, artıq yüklənib.Bunu seçib, Windows Server Backup pəncərəsini açırıq.

Bu pəncərədə isə “Backup Once” seçirik.

Avtomatik olaraq, bizə ikinci seçimi təqdim edir.Çünki bizim hal-hazırda zamanla tənzimlənmiş nüsxə tənzimləmələrimiz yoxdur.”NEXT” deyərək, davam edirik.

Burada isə “Custom” seçirik.”Custom” seçməyimizə səbəb odur ki, biz özümüz təyin edirik ki, nəyin nüsxəsini çıxardaq.

Bu pəncərədə “Add İtems” düyməsinə sıxaraq, seçimlərimizi edirik.

Açılan bu kiçik pəncərədən seçirik.

Yuxarıdakı şəkildə gördüyünüz kimi mən öz seçimləri seçib, siyahıya əlavə etmişəm.”NEXT” düyməsinə sıxaraq, davam edirik.

Növbəti pəncərədə bizə nüsxələri hara alacağımızı soruşur.Təbii ki, bu ƏS`nin yerləşdiyi hissə ola bilməz.İstərsək bu serverimizdə hər hansı bir sərt disk ola bilər və yaxud şəbəkə üzərində hər hansı müəyyən olunmuş bir yer də ola bilər.

Mənim seçimim serverə bağlı olan disklər olur.

Burada “NEXT” düyməsinə sıxaraq, davam edirik.

Bizə alınacaq nüsxə haqqında son məlumatları verir.Bunları dəqiqləşdirib, “BACKUP” düyməsinə sıxırıq.

Pəncərədən də gördüyünüz kimi artıq nüsxə alınmağa başlanılmışdır.Bütün prosesi bu pəncərədən izləyə bilərsiniz.

Yuxarıda da gördüyünüz kimi artıq nüsxə alınma prosesi tamamlanıb.”CLOSE” düyməsinə sıxaraq pəncərəni bağlayırıq.

Məqaləmizin bu hissəsində çalışdıq ki, Windows Server 2012 üzərində gələn Windows Server Backup ilə necə nüsxə almaq lazımdır, onu göstərək.Növbəti məqaləmizdə sizə aldğımız nüsxədən necə geri dönmək lazımdır, onu göstərəcəyik, İnşAllah.Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 2 )

    • Niko87 / . Dərc edilib:A 08/02/2013 at 10:28 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Teshekkurler qardash, yararli idi

  1. tesekkurler

Şərh yazın