Server otağı necə dizayn edilməlidir?

Bu məqaləmizdə server otağı dizayn edilərkən nələrə diqqət edilməlidir, necə olmalıdır və.s bu kimi suallara cavab tapmağa çalışacağıq.Bu məqaləni yazmamışdan əvvəl internet üzərində çox araşdırma apardım, müxtəlif məlumatlar öyrəndim.İndi isə topladığım buməlumatları məqalə şəklində birləşdirib, sizinlə bölüşəcəm.İlk öncə onu qeyd edək ki, əgər, server otağı düzgün dizayn edilməyibsə, bu zaman bu otaqda olan avadanlıqlara cavabdeh şəxsin tez-tez problemləri olacağı mənasına gəlir.Şirkətdə daxilində bundan ən çox əziyyət çəkən məhz həmin cavabdeh şəxsdir.Hər kəsə də məlumdur ki, bu cavabdeh şəxslər isə elə IT mütəxəssislərdir.

Problemləri IT mütəxəssislər yaşadığına görə bu server otaqlarının düzgün və doğru şəkildə dizayn edilməsini ən çox məhz elə IT mütəxəssislər istəyir.Bu da çox normal bir haldır.

1.Yer seçimi:Hər şeydən əvvəl bu otağın yerini düzgün seçmək lazımdır.Mühitdə baş verən dəyişikliklər gərək bu otağa təsir etməsin.Nəmişlik, istilik gərək bu otaqdakı avadanlıqlara təsir etməsin.Bununla yanaşı mövsümə görə baş verən dəyişikliklərdən də gərək bu otaq kənarda qalsın.Maqnit sahəsi əmələ gətirən elektrik xəttlərindən də gərək kənarda tikilsin bu otaq.

2.İstilik:Diqqət edilməsi gərəkən əsas əlamətlərdən biri də istilikdir.Məlum olduğu kimi avadanlıqların bir çox 70 dərəcə istilikdə öz işlərini saxlayırlar.Xüsusilə də serverlər bu istilik məsələsinə çox həssasdırlar.Otaq daxilində istilik 70 dərəcəyə çatan kimi serverlər üzərlərində olan sensor qəbul edicilər vasitəsilə öz işlərini saxlayırlar.İndi deyəcəksiniz ki, serverlər yanmırlar ki, öz işlərini saxlayırlar da.Mən razı.Amma bir də düşünün ki, bu bizim hər zaman online olması lazım olan, bir serverdir.Deyəlim ki, mail serverdir və yaxud bunun kimi başqa bir vacib serverdir.Bu serverin dayanması nəticəsində görün bizim şirkət nə qədər geriyə düşər.Hələ bizə gələn zəngləri, üzərimizdə olan basqını heç demirəm.Buna görə də server otaqlarının soyuq saxlanması üçün otaqların düzgün dizayn edilməsi lazımdır.Buna görə də bu otaqda mütləq kondisionerlər istifadə olunmalıdır.Əgər, mümkünsə, işlək kondisionerlərə əlavə olaraq ehtiyat kondisionerlər də əlavə edilsin.Qəbul edilən server otağı istiliyi 10-40 dərəcədir.Bundan başqa serverlər üzbəüz yerləşdirilməlidir.Çünki serverlər soyuq havanı qarşıdan alıb, arxadan isti havanı buraxırlar.Buna görə də elə düzəltmək lazımdır ki, soyuq hava serverlərin qabaq hissəsinə getsin, arxadan çıxan soyuq hava isə soyutma sisteminə çatsın.Bunun üçün ən çox yüksək döşəməli otaqlar istifadə olunur.Aşağıdakı nümunədə görə bilərsiniz.

3.Nəmişlik:Bildiyiniz kimi bu amil nəinki serverlərə hətta hər hansı bir elektrik cihazına mənfi təsir göstərir.Məhz elə bu səbəblərdən həmişə elektrik cihazlarımızı nəmişlikdən qorumağa çalışmış.Server otağında nəmişlik olan kimi xəbər verməsi üçün xüsusi sensorlar yerləşdirməliyik.Bu sensorlar e-mail və yaxud sms vasitəsilə bizi məlumatlandıracaqlar.

4.Toz:Digər əsas amil isə tozdur.Bildiyiniz kimi tozlar hər bir halda nəinki serverlərə hətta bizim evdə işlətdiyimiz kompüterlərə belə mənfi təsir göstərir.Server otağında isə serverlərin tozlanmasının nəticəsi ağır olar və böyük fəsadlar törədər.Buna görə də server otaqlarının döşəmələri xüsusi tozu özünə çəkən örtüklə örtülməlidir.Server otağına daxil olarkən, ayaqqabılarımızda olan tozlar bu örtüklərdə qalsın.Bu örtəklər isə gərək mütəmadi olaraq təmizlənsin.Ümumiyyətlə, daha yaxşı olardı ki, server otaqlarına daxil olarkən bir dəfə istifadə olunan ayaqqabı örtükləri istifadə edilsin.

Yuxarıda saydıqlarımızdan başqa bir də təbii fəlakətlər zamanı əmələ gələn təhlükələr var.

5.Yanğın:Otaq xüsusi yanğın izləmə cihazları ilə 24 saat idarə edilməlidir.Hər hansı bir yanğın baş verərsə, bu cihazlar avtomatik olaraq yanğın əleyhinə FM200 sistemini işə salır.FM200 qazının təbiətə heç bir ziyanı yoxdur.Elektrik cihazları buqazdan mənfi təsir almırlar, eyni zaman havadakı oksigeni azaltmırlar.Dünyada qəbul edilmiş sistemdir.Bu sistemə aid nümunələri aşağıda görə bilərsiniz.

Otaq xaricində baş verə biləcək yanğın hadisələrinə görə isə otağın qapısı və divarları mütləq yanğına və şaxtaya davamlı maddə ilə örtülməlidir.Qapı xüsusilə elə düzəlməlidir ki, əgər, otaq xaricində yanğın olarsa, belə içəri heç tüstü də girməsin.Yanğına və şaxtaya davamlı maddələr var, bunlardan hətta eləsi var ki, -50 dərəcə soyuğa və 650 dərəcə istiyə davam gətirə bilir.

6.Su basqını: İşimizin dayanmasına səbəb ola biləcək digər təbiət hadisəsi isə su basqınıdır.Su basqınlarına qarşı isə otağın döşəməsi mütləq hündür olmalıdır və naqillər düzgün şəkildə çəkilməlidir.Aşağıda bunları görə bilərsiniz:

7.Zəlzələ:Zəlzələyə qarşı isə görülə biləcək tədbirlər arasında otağın zəlzələyə davamlı tikilməsi və serverlərin möhkəm bağlanmasıdır.Eyni zamanda rackları da yerə möhkəm bağlamaq lazımdır.

8.Enerji: Serverlərin enerji mənbəyi düzgün seçilməlidir.İmkan daxilində əsas enerji mənbəyi ilə yanaşı ehtiyat enerji mənbəyi də çəkilməli.Bundan başqa mütləq UPS və generator alınmalıdır.Bütün bunları düzgün dizayn edib, şirkətimizə uyğunlaşdırmalıyıq.

9.Naqilləmə:Rack`in içərisində naqillər səliqəsiz şəkildə olarsa, hər hansı problem zaman çox vaxt itirə bilərik.Belə ki, bizə lazım olan naqili tapmaq çətinlik çəkərik, serverlərə müdaxilə etməyə imkan olmaya bilər.Buna görə də mütləq naqillər səliqəli şəkildə düzülməli və işarələnməlidirlər.

10.İzləmə:Yuxarıdakıların hər biri düzgün şəkildə qurulsa belə sizə pislik etmək istəyən biri ola bilər, bu şəxs və yaxud şəxslər server otağına bir yolla daxil olub, oranı yararsız vəziyyətə sala bilərlər.Bütün bunların baş verməməsi üçün server otağını 24 saat izləyən müşahidə kameraları yerləşdirmək lazımdır.Bütün bunları etdikdən sonra indi rahat nəfəs ala bilərsiniz.

Məqalənin əvvəlində də qeyd etdiyim kimi müxtəlif saytlardan topladığım məlumatları çalışdım ki, məqalə şəklində sizə çatdırım.

Ümid edirəm ki, yararlı məqalə olub.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 3 )

    • Gachay Mirzayev / . Dərc edilib:A 15/02/2013 at 8:48 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Server otağı və ya MƏLUMAT MƏRKƏZİ (DATA CENTER) tikərkən nəzərə alınmalı standart TİA-942 standartıdır. Bu standart DATA CENTER üçün bütün bəlli tələbləri əhatə edir. Bu standartla tanış olmadan DATA CENTER tikilərsə, böyük ehtimalla DATA CENTER hansısa vacib tələbə cavab verməyə bilər.

    • Fərid Mirzəyev / . Dərc edilib:A 15/02/2013 at 4:52 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Fərhad, çox lazımlı bir məqalədir, çox gözəl izah etmisən. Təşəkkürlər.

    • cavanshir manafov / . Dərc edilib:A 16/02/2013 at 5:08 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    ÇOX GÖZEL YAXŞI FULL ZORDUR

Şərh yazın