RAM(Random Access Memory) seçimi və RAM xətaları

Salam Dostlar. Söz verdiyimiz kimi RAM seçimi, RAM-larla bağlı xətalar və bu xətaların aradan qaldırılması yolları bu günki məqaləmizin mövzusu olacaq!

Bildiyimiz kimi komputerlər məlumatları “1” və “0”-lar şəklində qəbul edir və ötürürlər. Yüksək sürətli RAM-ların da səhf məlumat vermə, yəni bəzən “1” əvəzinə “0” ötürmə, ya da “0” əvəzinə “1” vermə ehtimalı vardır. Bu xəta istifadəçilər tərəfindən o qədər də hiss olunmaz. Ancaq Serverlərdə və workstation-larda xüsusi əhəmiyyət kəsb edər. RAM-ların Parity (bərabərlik) adlandırılan xüsusiyyəti ötürülən məlumatda səhf olub olmadığını yoxlayır, ancaq xəta olan məlumatda heç bir düzəliş aparılmır!

Parity xüsusiyyəti olan RAM-lara bir müddət sonra xəta düzəltmə mexanizmi əlavə edilmişdir. ECC (Error Correction Code) adlanan bu xüsusiyyəti olan RAM-ları istifadə etmək üçün bu RAM-ları dəstəkləyən bir anakarta sahib olmalısınız.

Sekil1

Bu xüsusiyyətə malik RAM-ların yüksək maliyyə və daha yavaş olmaları kimi dezavantajları vardır.

Buffered/Registered DRAM:

Anakartlarda adətən 4 ədəd RAM slotu (yuvası) olur. 4 slotdan artığı bəzi ciddi elektrik qaynaqlı xətalara səbəb olur. Çox miqdarda RAM istifadə edən anakart modelləri də vardır. Ancaq bunlar adətən serverlərdə və workstation-larda istifadə olunur. Bu elektrik qaynaqlı xətaları aradan qaldırmaq üçün RAM ilə CPU (və ya MCC) arasında əlaqələndirici rolunu oynayan “buffer” çipi yerləşdirilir. Bu çipə sahib RAM-lar “Registered” və ya “Buffered” RAM-lar olaraq adlandırılır.

RAM ehtiyacı:

Adətən daha çox RAM daha çox performans deməkdir. Daha çox RAM-a ehtiyacınız olduğunu göstərən əsas iki amil vardır: 1.Xüsusən birdən çox proqram açıq ikən sistemin yavaşlamağı, 2. Həddindən artıq sabit disk istifadəsi və ya “Disk thrashing” (Disk thrashing-PageFile istifadəsinin həddindən çox olması, xüsusən də proqram keçidlərində yavaşlama və həddindən artıq sabit disk istifadəsidir).

Hər əməliyyat sisteminin də minimum RAM tələbi  vardır. Microsoft firmasının istehsalı olan Windows əməliyyat sistemlərinin minimum RAM ehtiyacı aşağıdakı cədvəldə verilmişdir:

Əməliyyat sistemi Firma təklifi Normal performans Yüksək performans
Windows 2000 128 MB 256 MB 512 MB
Windows XP Home 128 MB 512 MB 1 GB
XP Professional 256 MB 512 MB 1 GB
Vista Home Basic 512 MB 1 GB 2 GB
Vista (digər) 1 GB 2 GB >3 GB
Windows 7 1 GB 2 GB >3 GB

Microsoft firmasının rəsmi internet sehifesine daxil olub əməliyyat sistemlərinin digər sistem ehtiyaclarını da öyrənə bilərsiniz!http://windows.microsoft.com/systemrequirements

Hazırda istifadə etdiyiniz RAM miqdarının öyrənilməsinin bir neçə üsulu vardır: “Komputerim” ikonu üzərində mausun sağ düyməsini sıxmaqla “Xüsusiyyətlər“i seçib RAM miqdarınınzı öyrənə bilərsiniz.

Sekil2

Bundan başqa “Alt”+”Ctrl”+”Delete”, və ya “Ctrl”+”Shift”+”Esc” klaviş kombinasıyalarından istifadə edərək “Task Manager”-i açıb “Performans” hissəsindən ümumi RAM miqdarınızı və hal-hazırda istifadə olunan RAM miqdarını görə bilərsiniz!

Sekil3

Doğru RAM seçimi:

RAM seçməzdən əvvəl PC-nizin bəzi xüsusiyyətlərinə nəzər salmalısınız. Anakartın dəstəklədiyi RAM modellərini və həcmlərini, anakartda neçə RAM slotu olduğunu, dəstəklənən RAM sürətlərini bilməyiniz vacibdir. Bunun üçün anakart istehsalçısının rəsmi internet səhifəsinə və ya anakart istifadə kitablarına nəzər sala bilərsiniz.

Əgər istifadə etdiyiniz  RAM sizi qane etmirsə və anakart üzərindəki bütün RAM slotları dolu isə o zaman daha az həcmli RAM-ları yenisi ilə əvəz edə bilərsiniz. Misal üçün 512 MB-lıq RAM 1 GB-lıq RAM-la əvəz oluna bilər. Daha da performans əldə etmək üçün sistemdəki RAM modullarıın hər mənada uyğunluq təşkil etməsi tövsiyyə olunur. Yəni müxtəlif həcmli RAM-lar əvəzinə eyni həcmli və sürət uyğunluğu olan RAM-ların istifadəsi daha məqsədə uyğundur. Anakartın dəstəklədiyindən daha sürətli bir RAM istifadə edə bilərsiniz, ancaq unutmamaq lazımdır ki, bu RAM anakartın təyin etdiyi sürətlə işləyəcək, yəni performans baxımından heç bir artış müşahidə olunmayacaq.

RAM modulları elektrostatik həssas elementlərdir. PIN və konnektorlara bir başa toxunmaq olmaz. RAM modulları hər zaman künclərindən tutulmalı və elektrostatik boşalmaya qarşı tədbirlər görülməlidir.

RAM xətaları:

RAM xətaları müxtəlif şəkillərdə özünü biruzə verə bilər. Komputerin heç açılmaması, Sistem donmaları, ParityECC xəta mesajları, Mavi ekran (BsoD: Blue Screen Of Death) bir RAM xətası ola biləcəyi kimi təmamilə RAM-dan uzaq bir xətanın da göstəricisi ola bilər.

Sistemin açılmaması:

Xüsusən də yeni RAM montajı olunduğu halda sistem açılmırsa bu yeni qurulan RAM-da xəta olması mənasına gəlir. Bu sistem açılmaması iki şəkildə özünü göstərə bilir: 1. Sistemin heç açılmaması (bip səsləri); 2. POST ekranının RAM yoxlanışından əvvəl ilişməsi.

RAM modullarının slotlara düzgün yerləşdirilməməsi, RAM istehsal xətası və elektrostatik boşalma bu xətaların mənbəyi ola bilər.

Xəta mesajları:

Windows sistem donmaları və səhifə xətaları adətən eyni vaxtda meydana çıxarlar. Həqiqi RAM xətalarında xəta verən adres hər zaman eyni olmalıdır. Buna əmin olmaq üçün çıxan xətanı qeyd etmək və sonrakı xətalarla müqayisə etmək lazım gəlir.

Parity/ECC Xətaları:

Həqiqi bir Parity/ECC xətası hər zaman yaddaşın eyni yerində ortaya çıxar. İstilik, toz və enerji də Parity xətalarına səbəb ola bilər.

Mavi Ekranlar:

PC-də potensial olaraq faciəyə səbəb ola biləcək bir vəziyyət yarandıqda işə düşən “təhlükə” mexanizmi vardır.

Sekil 4

NMI (non-maskable interrupt-masqalanmaz əməliyyat dayandırma tələbi) adlanan bu prosesi CPU görməməzlikdən gələ bilməz. NMI, BsoD ekranı ilə özünü göstərər. Əgər bu xətada da RAM adresi təkrarlanırsa, o zaman xəta mənbəyini RAM hesab etmək olar. Ancaq başqa tipli xətalar da mavi ekrana səbəb ola bilər.

RAM xətalarının aradan qaldırılması:

RAM test cihazları vardır, ancaq çox bahalıdır. Xətalı RAM-ları sağlam RAM-larla əvəz edərək də xətaları aradan qaldırmaq olar. Bundan başqa RAM-ların test olunması üçün Memtest86 (http://www.memtest86.com/), Microsoft Windows Memory Diagnostic (http://technet.microsoft.com/ru-ru/magazine/2008.09.utilityspotlight.aspx) kimi proqramlar da mövcuddur! Bu proqramlardan istifadə edərək RAM-ların xətalı olub olmadığını aydınlaşdıra bilərsiniz!

RAM-lar haqqında bu qədər, Əziz Dostlar! Gələcək məqaləmizin mövzusu CPU-lar olacaq.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( 5 )

  1. Royal bəy öncəliklə aramıza xoş gəldiniz. Məqalələr üçün təşəkkürlər. Çox səlis və səliqəli yazırsınız.

    Uğurlar.

  2. Çox Sağolun Müəllim! Əlimdən gələni etməyə çalışıram! Dəstəyinizə görə minnətdaram!

  3. Əla! Əllərinizə sağlıq.

  4. Təşəkkürlər, Araz Ayyubov!

    • Niko87 / . Dərc edilib:A 21/02/2013 at 5:48 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Cox deyerli oldu qardash. Zehmetin uchun teshekkurler

Şərh yazın