59 dollarlıq kompüter təqdim olunub

59_300Yığcam və ucuz kompüterlər düzəltmək ideyası getdikcə populyarlaşır. Artıq digər istehsalçılar da bu bazara maraq göstərməyə başlayıb. Nəticədə, daha bir yığcam və ucuz kompüter – “pcDuino” düzəldilib.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu model ölçüləri 125х52 mm təşkil edən çap lövhəsindən ibarətdir. Qurğu 1 QHs takt tezlikli “Allwinner A10 ARM Cortex-A8” prosessoru, “Mali 400” qrafik həlli, 1 QB tutumlu əməli yaddaş və əsas daşıyıcı qismində isə 2 QB fləş-yaddaşla təchiz olunub.

Həmçinin “SD” formatlı yaddaş kartı üçün slota malikdir. “USB”, “HDMI”, “UART”, “GPIO” interfeysləri, “Ethernet” şəbəkə portu və “Wi-Fi” simsiz rabitə modulu mövcuddur. Qurğuda “Android 4.0” və “Ubuntu 12.10” əməliyyat sistemlərini işə salmaq mümkündür. “PcDuino” yığcam kompüterinin qiyməti 59 dollar təşkil edir.
Mənbə: www.ictnews.az

Şərhlər ( 2 )

    • Ruslan Tağıyev / . Dərc edilib:A 26/02/2013 at 11:43 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox gözəl. Birdən mən bunun RAM modulunu dəyişmək istədim onda necə? Birdə 59 Dollar verib təzəsini almalıyam? )))

    • Əli / . Dərc edilib:A 26/02/2013 at 11:45 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    59 dollarlıq PC onsuz da kasıbmalıdır)))

Şərh yazın