KVM Switch nədir?

KVM Switch (KVM qısaltması Klaviatura, Video, Mouse sözlərini təmsil etməkdədir) birdən çox kompüteri tək bir klaviatura, video monitor və mouse vasitəsi ilə idarəetməni təmin edən bir təchizat cihazıdır. Günümüz texnologiyasında 2 Portlu modellərlə başlayaraq tək bir qutuda 64 kompüterin idarə olunmasına qədər imkan verən KVM Switch modelləri mövcuddur. Genişləmə xüsusiyyətli KVM Switch modellərinin cascade əlaqə quruluşu ilə bir-birinə bağlanaraq çox daha yüksək rəqəmlərə çıxartmaq mümkündür.
KVM Switchler ümumiyyətlə Analoq və Dijital (IP) olmaq üzrə iki ana qrup altında toplanılır:

KVM_over_IP_mini

  1. Analoq KVM Switch: Yalnız başındaykən bağlı kompüterlərin idarə etməyə imkan verən KVM Switchler “Analoq” olaraq adlanır. Öz içərisində “Avtomatik” və “Manual” olaraq iki ana qrup altında yığa biləcəyimiz Analoq KVM Switch-lərdən yalnız üzərində düymələr vasitəsi ilə keçid edə bilənlər “Manual”, klaviatura qısayolları istifadə edilərək keçid edənlər isə “Avtomatik” adlanır.
  2. Dijital KVM Switch (IP): Başındaykən bağlı kompüterlərin KVM girişini təmin edə bildiyi kimi IP üzərindən uzaqgirişlərədə də imkan verən KVM switch qrupu “Dijital” adlanır. Bazarda olan bütün dijital KVM switch-lər OSD (On Screen Displey) menyusu üzərindən və ya klaviatura qısa yolları ilə ekran keçişi təmin etdiyindən “Avtomatik” sinifinə daxildirlər.

220px-Kvm-switch-diagram.svg
Ayrıca Analoq və Digital KVM switchler bağlandıqları kompüter ilə arasındakı KVM siqnal girişini təmin edən kabelləmə növünə görə də iki qrup altında toplanılır:

  1. Ccoaxial Kabel: Monitor kabellərindən tanıdığımız kabelləmə növüdür. Bəzi KVM Switch modellərində hər bir kompüterin Klaviatura, Video və Mouse üçün üç ayrı kabel istifadə edilərkən, bəzi modellərdə isə bu üç kabel yerinə tək bir xüsusi kabel istifadə edilərək KVM girişini bu kabel vasitəçiliyi ilə reallaşdırıla bilir. Bazarda 10m məsafəyə qədər olan bu kabellərin məsafə məhdudlaşdırmasının yanında UTP kabelləmə ilə müqayisədə kifayət qədər elastik olmaması, artıq yer aparması və görünüş çirkliliyinə səbəb olması kimi çəkindiriciliyi var.
  2. UTP Kabel : IP üzərindən verilən transferi üçün istifadə etdiyimiz standart UTP (Cat 5/5e/6) kabellər günümüz texnologiyasında KVM Switchlərin kabellənməsi üçün də istifadə edilə bilinir. Ümumiyyətlə Dijital KVM Switchlerin bir çoxu Analoq KVM Switchlerin isə bəziləri UTP kabelləmə dəstəyi ilə bazara təqdim edilir. KVM switchlər üçün UTP kabelləmə növü Ccoaxial kabelləmə növünə görə məsafə, elastiklik, yerdən qazanc və daha nizamlı bir quruluş təmin etməsi kimi bir çox əhəmiyyətli üstünlüklərə malikdir.
Səs: 0. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

    • Əli / . Dərc edilib:A 26/02/2013 at 12:46 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox sağol Vüsal! Zehninə qüvvət!Maraqlı və aktual mövzudur.

  1. Təşəkkürlər Əli bəy.

Şərh yazın