CPU (məqalə 2)

Salam, Əziz Dostlar! Söz verdiyimiz kimi bu məqalə “Mərkəzi prosessorlar”-ın davamı olacaq. Yəni bu məqalədə Prosessor seçimləri, anakarta qoşulması və prosessorla əlaqəli xətalardan söhbət açılacaq.

Əvvəlcə CPU-u performansının  xarici saat sürəti (sistem kristalı), CPU sürəti, adreslənə bilən yaddaş miqdarı, CPU paketi, keş yaddaş miqdarı, Pipelining (İş xətləri), istifadə edilən enerji, nüvə sayı, istehsal texnologiyaları kimi bəzi amillərdən asılı olduğunu nəzərinizə çatdıraq.

Sistem kristalı əsasən anakarta lehimlənmiş olur və CPU-nun və kompüterin digər hissələrinin işləmə sürətlərini təyin edir. CPU və digər PC hissələri üçün fərqli kristallar mövcuddur.

CPU-u sürəti isə sistem kristalının təyin etdiyi sürətlə CPU vuruğunun hasilindən alınan sürətdir.

Adress yolundakı şin sayı CPU-nun istifadə edə biləcəyi maksimum RAM miqdarını təyin edir. İlk prosessorlar 32 bit adres yoluna sahib ikən, günümüzdə istifadə olunan prosessorlar isə 32 və ya 64 bit yola sahibdirlər.

Pipelining – birdən çox əmrin CPU-nun fərqli hissələrini istifadə edə bilməsidir. Bu da CPU-nun eyni zamanda birdən çox işi yerinə yetirməsinə şərait yaradar.

Enerji sərfiyyatı:

Köhnə CPU-lar 5 Volt gərginliyə ehtiyac duyardılar. Daha sonra bu göstərici 3.3 Volt-a endirildi. Daha sonrakı inkişaf mərhələlərində enerji sərfiyyatı bir az da endirilmişdir, ancaq bir standart yoxdur. Daha az enerji istifadəsi həm də daha az isinmə deməkdir.

İntelAMD firmalarının CPU Ailəsi və bəzi modelləri aşağıdakı cədvəllərdə verilmişdir:

Intel ailəsi:

İntel CPU Ailəsi Modellər
İlk modellər 386; 486
P5 Pentium; Pentium MMX
P6 Pentium Pro; Pentium II M; PII Celeron, PII Xeon; Pentium III; Pentium III M; Pentium III S; PIII Celeron, PIII Xeon
Netburst Pentium 4; Pentium 4 HT; Pentium 4 EE; P4 Celeron; P4 Xeon; Pentium D; Pentium XE;  Celeron D
Mobile Pentium M; Celeron M
Core Core Solo; Core Duo; Celeron M; Core Celeron
Core2 Core2 Duo; Core2 EE; Core2 Celeron; Core 2 Xeon; Core2 Quad; Celeron DC
Atom
Core i Seriyası Core i3; Core i5; Core i7; Core i7 EE; Core i7 Xeon
Itanium Itanium I; Itanium II

AMD ailəsi:

AMD CPU Ailəsi Modellər
İlk modellər 386 və 486
K5 K5; K5 Geode
K6 K6; K6 II; K6 III
K7 Athlon; Athlon XP; Athlon MP; Duron; Sempron; Sempron M
K8 Athlon64; Athlon64 M; Athlon64 FX; opteron; Turion64; K8 Sempron; K8 Sempron M; Athlon64 X2; Turion64 X2
K10 Phenom; Phenom X3; Phenom FX; Opteron; Turion64; Turion64 Ultra; K10 Athlon64; Sempron; Phenom II

FSB, HT-LinkQPI-Link anlayışları:

FSB, HT-Link və QPI-Link CPU ilə RAM arasındakı xarici verilənlər yolunun texnologiyasıyla bərabər sürətini də ifadə edir. İlk olaraq Intel və AMD firması bu texnologiyanı FSB (Front Side Bus) olaraq adlandırırdı. Athlon 64 ilə AMD firması MCC-ni (MCC əvvəlki məqalələrdə şərh olunmuşdur) CPU daxilinə inteqrasiya etdi və yeni texnologiyanı HT-Link (Hyper Transport) olaraq adlandırdı. Intel isə Core i7 ilə birlikdə MCC-ni CPU daxilinə yerləşdirdi və QPI-Link (QuickPath Interconnect) adını verdiyi verilənlər yolu texnologiyasını istifadə etməyə başladı. Yeni verilənlər yolu texnologiyaları daha yüksək sürət və eyni zamanda daha çox PC hissəsinin verilənlər yolundan istifadə etməsini təmin edir.

IntelAMD  firmalarının istehsalı olan CPU-ların xarakteristikaları haqqında rəsmi internet səhifələrindən daha geniş məlumat əldə edə bilərsiniz!

CPU seçimi:

Seçməli olduğunuz prosessor modeli ehtiyacınızdan asılı olaraq dəyişə bilər. Intel firması  Server-lər, workstation-lar üçün Intel Itanium, Intel Xeon, Core i7 kimi modelləri, AMD firması isə Opteron modelini tövsiyyə edir.

Dizaynerlər, video montajı ilə məşğul olanlar, oyun həvaskarları kimi istifadəçilər Core 2 Duo, Core 2 Extreme, Core 2 Quad, Core i7, AMD Athlon X2, AMD Phenom modellərini seçə bilərlər.

Ev və xırda təhsil komputeri istifadəçiləri üçün Celeron, Pentium D, AMD Sempron, AMD Athlon modelləri ilə kifəyətlənmək olar.

Mobil PC-lər və digər daşına bilən cihazlar üçün Core Duo, Core 2 Duo, Celeron M, AMD Turion 64, Intel Atom prosessorları inkişaf etdirilmişdir.

Ehtiyacınızı təmin edəcək CPU seçərkən bəzi nüanslara da diqqət etməlisiniz. Əvvəlki məqaləmizdə də dediyimiz kimi anakartlar seçdiyiniz CPU-nu dəstəkləməyə bilər. Bundan başqa RAM-larınız da prosessorla uyğunluq təşkil etməli və kifayət edə biləcək enerji blokuna da sahib olmağınız vacibdir. Bir prosessoru dəyişmək qərarı aldığınız zaman bu xərcləri də nəzə almalısınız.

CPU-nun qoşulması:

CPU-nu anakarta kassadan kənarda qoşmağınız məsləhətdir. Prosessorlarla işləyərkən PIN-lərə toxunmayın, elektrostatik boşalmaya səbəb ola bilərsiniz. Əvvəəlcə anakart üzərindəki yuva (socket) hazır vəziyyətə gətirilməlidir. Yəni qollar və ya qabaq varsa açılmalıdır. CPU-nu yuvaya taxa biləcəyiniz bir yön vardır və ona diqqət edin. CPU-nu yuvaya qoyun və üzərindən yavaşca basaraq yerinə oturdun. CPU yuvaya oturduqdan sonra qolları və ya çərçivəni bağlayıb CPU-nu anakarta bərkidin.

Soyutma sitemi:

CPU-nun qoşulmasının ardından soyutma sistemini də prosessor üzərinə bərkitmək lazımdır. Fan, Heat sink və termal yapışdırıcı soyutma sitemini təşkil edir. “Heat sink” fan və CPU arasına bərkidilir və bu aliminium təbəqə CPU-nun istiliyini özünə çəkər. CPU ilə Heat sik arasında ötürmə nə qədər yaxşı olarsa prosessorun qızması bir o qədər az olar. Bunun üçün də termal yapışdırıcıdan istifadə olunur. Bu yapışdırıcı prosessorla heat sink arasına çəkilir və boşluqlar doldurulur. Bundan sonra Fan-lar (soyutma pərləri) qoşulur.

heat sink

CPU və soyutma sistemi montaj olunduqdan sonra soyutma pərinin enerji bağlantısı anakarta qoşulur. Bu, modelə görə 3 və ya 4 pinli bağlayıcılar ola bilər. Bağlantı nöqtəsi prosessora yaxın bir yerdə yerləşdirilir və çox zaman anakart üzərində “CPU_FAN”  yazısı ilə bildirilir.

Xətalar:

PC-də yaranan xətaların səbəbinin nə olduğunu tapmaq bir az çətin olur. Çox zaman da PC-lər ümumiyyətlə açılmadığında. Belə hallar baş verərsə ən uyğun yol şübhəli olan hissələrin yenisi ilə əvəz olunmasıdır. Ya da şübhələndiyiniz detalın başqa PC-də yoxlanılması. CPU-larla əlaqəli çıxan xətaların çoxunun səbəbi soyutma sistemləri ola bilir. Soyutma sistemlərinin düzgün qoşulmaması, aralarında boşluqların olması, Fan-ların həddindən artıq tozlanması xətalarla müşahidə olunur. Hətta bu xətalar CPU-nuzu sıradan çıxara bilər. Buna görə də soyutma sistemlərinin düzgün qoşulması olduqca vacib məsələlərdən biridir.

Gələcək məqalələrimizdə komputerlərin digər detalları haqqında məlumat verməyə çalışacağıq. Növbəti məqalədə görüşənədək!

Səs: +70, -10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( 4 )

  1. Təşəkkürlər, əllərin yorulmasın inşallah

    • Əli / . Dərc edilib:A 27/02/2013 at 8:37 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Həmişəki kimi Super!
    Bir-İki əlavə də mən edim icazənizlə:
    Heat sink-yaxud radiator misdən olduqda mərkəzi prosessor üçün daha effektiv soyutma əldə etmək olur.
    Mis-in (Cu) istilik keçiriciliyi Aluminium (Al)-dan yüksəkdir deyə.

    CPU-nun nasazlığı yaxud həddən artıq qızması halında ən çox rast gəlinən simptomlar:
    Sistem sanki donaraq işləyir.(task managerdən baxdıqda RAM normal istifadə göstərirsə CPnU load
    isə anormal göstərirsə özüü səbəb CPU-dadır {soyutma sistemi də daxildir})

    Diaqnostikası üçün rahat yol kompüteri reboota verərək BİOS-da daxil olub \SYSTEM Health\
    bölməsindən PC işləyərək nəzarət etməkdir CPU- temperaturuna və FAN-ların dəqiqə ərzində dövrlər sayına.

    Digər tədbir kimi isə BİOS-da CPU üçün \Shutdown Temperature\ adlanan bir məhdudiyyət var.
    Onu 75-80 *C (selsi) dəyərinə qoyub vaxtında vəziyyətdən çıxış əldə etmək olur.Ümumiyyətlə məsləhət görülür.

    CPU-da çıxan digər problemlərdə bir simptom-da olur. Əməliyyat sistemində işləyən proqram
    təminatı bir də görürsən random qaydada Crash-a gedir.
    Memtest vasitəsilə RAM-ların diaqnostikası isə normal göstərir.

    • Əlavələrinə görə Çox sağol Əli! Yazmağı unutduğum yerləri tamamladın. Minnətdaram!

Şərh yazın