Virtual Yaddaş Diskinin (VHD) kompüterə əlavə (mount) edilməsi

Salam dostlar.

Bu məqalədə Virtual Yaddaş Qurğusunu, qısaca desək VHD-ni necə kompüterə əlavə edib, ordakı faylları götürə biləcəyimizi izah etməyə çalışacam. Və əlavə olaraq VHD-dən Boot Etmək  haqqında Fərhad bəyin video dərsliyindən də yararlana bilərsiniz. 

Bu əməliyyat üçün Kompüter üzərində Sağ düymə ilə İdarə et (Manage) seçirik.

VHD_Elave_et (1)

Disk Managment pəncərəsinin üzərində də sağ düymə açırıq və Attach VHD olduğunu görürük. Attach deyib davam edirik.

VHD_Elave_et (2)
Eyni menyunu Action menyusundan da aça bilərik.

VHD_Elave_et (3)

Browse deyirik, və VHD faylımızın olduğu yeri göstəririk.
VHD_Elave_et (4)

VHD_Elave_et (5)

Aşağıda gördüyümüz Read only xanasını seçsək Virtual Hard diskimizdə olan faylları ancaq görə biləcik, heç bir dəyişiklik mümkün olmayacaq. Artıq buna qərarı şəraitdən asılı olaraq vermək lazımdır.

Bu bölmədə də OK deyib keçirik.

VHD_Elave_et (6)

Gördüyümüz kimi VHD yeni bir disk kimi əlavə edilib.

VHD_Elave_et (7)

Biz indi Kompüterimizdən girib istənilən faylları aça, dəyişə və köçürə bilərik.
VHD_Elave_et (8)

Aşağıda isə bu əməliyatların əksini edirik. VHD-ni ayırmaq üçün Partition üzərində sağ düymə ilə Deatach VHD deyirik.

VHD_Elave_et (9)

Aşağıdaki xanada diqqətli olmağımız məsləhətlidir. Bu xana bizdən Deatach VHD əmrindən sonra VHD faylının da silinib-silinməyəcəyini soruşur. Yenə də şəraitə və istəyə görə qərar veririk.

VHD_Elave_et (10)

Və Disk Managment Utilit-də görürük ki, VHD artıq yaddaş qurğuları siyahısında görünmür.

VHD_Elave_et (11)

Gördüyümüz kimi bu sadə əməliyyatlarla Virtual Yaddaş Diskimizdən rahatlıqla faylları götürə və ya ora əlavə edə bilərik.

İnşAllah ki, kimlərinsə işinə yarayacaq. Uğurlar.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 2 )

  1. Təşəkkürlər gözəl məqalə üçün…

    • Əli / . Dərc edilib:A 28/02/2013 at 7:01 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər Elvin bəy.Maraqlı mövzudur.İstifadə etməmişəm sırf bu metoddan amma ən çox istifadə etdiyim
    1) DriveSnapshot adlanan proqram təminatı olub.
    Prinsip eynidir onda da.Virtual Disk yaradır amma bircə fərqi odurki o daima only read olur.
    2 )True Crypt-də də bu tipli funksionallıq var.Mount edərkən həm only read də etmək olar yaxud write access də vermək olar.
    Only Read-ın yaxşı xüsusiyyəti odurki Forensic işlərdə əvəz edilməzdir.

Şərh yazın