Windows Server 2012 GPO Yenilikləri

Salam Dostlar, bu məqaləmizdə sizlərə Windows Server 2012 üzərində GPO`da olan yeniliklərdən bəhs etməyə çalışacağıq.Yəqin ki, hər kəs GPO`nun nə işə yaradığını bilir.Ona görə də GPO`nun görə bildiyi işlər haqqında deyil, onun Windows Server 2012 ilə gələn yeniliklərindən danışacağıq.Gördüyü işlər haqqında isə məqalələrimizdə zamanla danışacağıq.

Gələn yeniliklər:

Group Policy Infrastructure Status

Remote Group Policy Update

Group Policy Powershell yenilikləri

Resultant Set of Policy (RSoP) yenilikləri

Internet Explorer 10 dəstəyi

Group Policy Infrastructure Status: GPO`nun statusunu yoxlayaraq biz GPO`nun normal qaydada sync etdiyini təyin edə bilərik.GPO`nun normal qaydada işləyib, işləmədiyini bir neçə yolla yoxlaya bilirdik.GPT və GPC fayllarının version nömrələrini müqayisə edərək və yaxud GPT.İNİ fayllarını müqayisə edərək bunları təyin edə bilirdik. Windows Server 2012`də bu daha da asanlaşıb.Aşağıdakı şəkildə gördüyünüz kimi idarəetmə pəncərəsinə STATUS adında yeni TAB əlavə olunub.Bu TAB`ı istifadə edərək istədiyimiz məlumatları ala bilərik.Hətta bir neçə DC varsa, bunların arasında GPO`nun statusunun hansı DC`ni əsas götürərək sync edir, onu da təyin edə bilərik.

Remote Group Policy Update:Bildiyiniz kimi əvvəlki server ƏS`lərində GP`ni biz CMD üzərindən yeniliyirdik(update).Ancaq Windows Server 2012`də biz artıq GP`nu qrafik interfeysdən də yeniliyə bilərik.Bunun üçün aşağıda şəkildəki ardıcıllıqları təkrarlayın:

Group Policy Powershell yenilikləri: Windows Server 2012`də Powershell üzərində də yeniliklər gəldi.Bu yeniliklər içərisində GPO aid bəzi əmrlər də var.Nümunə olaraq CMD üzərindən həyata keçirdiyimiz gpupdate /force əmrinə bərabər olan, invoke-gpupdate əmridir.

Resultant Set of Policy (RSoP) yenilikləri: Yeniliklərdən biri də RsoP`dur.Burada siz policy haqqında ətraflı məlumat ala bilərsiniz.Hətta hansı policynin son dəfə nə zaman tətbiq edildiyi haqqında da məlumat ala bilərsiniz.

Internet Explorer 10 dəstəyi: Windows Server 2012`də GPO üzərində olan digər dəyişiklik isə Windows 8 və IE 10 dəstəyidir.

Bununla da Windows Server 2012`də GPO üzərində olan bəzi dəyişikliklər haqqında qısa da olsa məlumat verməyə çalışdıq.Çalışacağıq ki, növbəti məqalələrdə GPO haqqında ətraflı məlumat verək və bunları tətbiq edək.

Fikrimcə, yararlı məqalə olacaq.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCSA: Windows Server 2012

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 2 )

    • Elçin / . Dərc edilib:A 26/03/2013 at 10:50 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox sağol qardaş!Əla!

  1. tesekkurler

Şərh yazın