Subnet Mask və kompyuter şəbəkə İP-sinin hesablanması

Salam.Bu məqalədə ötən məqaləmizin ardı olaraq subnet maskın və kompyuter şəbəkə ip-sinin hesablanmasına baxacayıq. İP adresləri İP adreslərin 2-lik (biniary) sistemdən 10-luq (decimal) sistemə keçmə və ya tərs əməliyyat aparılma yolu ilə hesablanır.

1

Yuxarıdakı cədvəldə say sistemlərinin bir-birlərinə görə rəqamsal qarşələqları göstərilir.

Bu rəqəmlərin istifadə qaydasını aşağdakı misalla göstərmək olar.

Bit qarşılıqları 1(var) və ya 0(yox) dəyərləridir. Bit qarşılığı 1(var) üçün rəqamsal qarşılıq heablanır, bit qarşılığı 0(yox) isə rəqamsal qarşılıqları hesablanmır. Yəni toplama əmsalında”0″ olaraq hesablanır.

131 rəqəmini hesablamaq üçün:

2

 A,G,H dəyərlərinin 10-luq say sistemində qarşılıqlarını “1” olaraq alırıq, B,C,D,E,F dəyərlərinin 10-luq say sistemində qarşılıqlarını “0” olaraq alırıq. Bu vəziyyətdə 128+0+0+0+0+0+2+1=131 rəqamsal dəyərini əldə edirik. Bu ifadənin 2-lik say sisteminə görə qarşılığını tapmaq üçün də A,G,H dəyərinin oktet qarşılıqları “1” alarkən B,C,D,E,F dəyərinin oktet qarşılğını “0” alırıq.

10-luq say sistemində 131 rəqəminin 2-lik say sistemində qarşılığını 10000011 olaraq tapırıq.

Eyni hesaplamanı 131.107.1.12 ip adresinin 2-lik say qarşılığını tapmaq məqəsdi ilə aparmağımız üçün İP adresin hər okteti üçün yuxarıdakı şəkildə hesablama aparmağımız gərəkir. Bu halda 131.107.1.12 ip adresinin 2-lik say sistemində bit olaraq qarşılığını aşağıdakı kimi tapmış oluruq.

131 üçün (1 Oktet): 10000011

107 üçün (2 Oktet): 01101011

1 üçün (3 Oktet): 00000001

12 üçün (4 Oktet): 00001100

4

Subnet Mask-ın hesablanma şəkli İp adresin hesablanma şəkli ilə eynidir.

C sinif CİDR İP adresini əldə etmək üçün Subnet mask 255.255.255.0 olaraq istifadə olunur.

İP adres və Subnet mask arasında edilən hesablama əməliyyatı nəticəsində kompyuter şəbəkə İP-ni əldə edə bilərik. Bu əməliyyat məntiqdə və(and) olaraq adlandırılır və “ʌ” ilə işarəsi ilə göstərilir.

3

İp adres və Subnet mask-ı alt-alta yazaq.

İP adress:        131..107.1.12

Subnet Mask: 255.255.255.0

Daha sonra bunları 8-bitlik halında 32-bitlik cədvəl şəklində yazaq və aralarında məntqi və(and) işarəsini yazaraq hesablayaq.

5

Yuxarıdakı cədvəldə İP adresin 8-bitlik rəqəmlərini məntiqi və işarəsi ilə subnet mask-ın 8-bitlik rəqamsal dəyərləri ilə qarşılaşdırdıq və kompyuter şəbəkə adresini 131.107.1.0 olaraq əldə etdik.

Bu mövzuda suallarınızı Formumuzda məmnuniyyətlə cavablandırmağa hazıram.

Yararlı olması ümüdü ilə…

Səs: +20. Bəyənilsin Zəifdir

Şərhlər ( 4 )

    • Niyazi / . Dərc edilib:A 01/04/2013 at 12:05 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    salam qardash. Öncə zəhmətin üçün təşəkkürlər və uğurlar. İP adreslerde sehv buraxmiyibsan ki ?

    • Vusal / . Dərc edilib:A 04/04/2013 at 10:05 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Cədvəllərdə olan xəta aradan qaldırıldı…

    • Zaur / . Dərc edilib:A 14/05/2013 at 11:39 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Vusal men okteti anlamadim,oktet dedikde ne nezerde tutursan?
    bir de sonda kompyuter shebeke adresini elde edirik yazmisan,orda shebeke adresi 131.107.1.0 olmali deyil?

  1. Salam Zaur bəy. Oktet deyərkən İP adresin bir hissəsini nəzərdə tuturam. Yəni 131.107.1.12 İP adresinin hər bir hissəsi bir oktetdir.

    Dediyiniz kimi olmalıdır, cədvəldəndə göründüyü kimi.

Şərh yazın