Simsiz Şəbəkələr

Bu mövzuda simsiz şəbəkələr haqqında söhbət açmaq istədim.Əlbətdə şəbəkə deyəndə göz önünə ilk öncə kabellərlə bir birinə bağlanmış komputerlər gəlir.Amma günümüzdə wlan şəbəkələrdən də yetərincə istifadə edilir.Amma hər halda təhlükəsizlik baxımından lan-a çatmasa da,kabel çəkilmələri çətin və ya uyğunsuz olan yerlərdə işimizə yarayır.

Bizə ən kiçik şəbəkəyə misal gətirin deyə soruşsalar,biz düşünmədən LAN deyərik.Amma landan və komputerlərdən daha kiçik qoşulmalar var.Məsələn:iki telefonun bir birinə bluetothla bağlanması.Əslində bu qoşulma da bir şəbəkədir.

Bu gün biz simsiz şəbəkədən yetərincə yararlanırıq.Müxtəlif provayderlərin və mobil operatorların bizə təklif etdiyi xidmətlər var.Bu mövzuda məhz bu qoşulmalar haqqında danışacağıq.

Günümüzdə əsasən 3 növ simsiz qoşulmadan istifadə edirik

 

  • Wirelles Lan / Wlan və ya wifi

İEEE 802.11 a/b/g/n

Lan daxilində istifadə olunur.

 

  • Bluetoth

İEE 802.15.1

PAN daxilində istifadə olunur.

 

  • Geniş diapazonlu Wirelles/  WIMAX

IEEE 802.16 standarti

MAN –ı əhatə edir.

intellektualnoe-blokirovanie-kak-element-informacionnoi-bezopasnosti-1

Wifi yuxarıda qeyd etdiyim kimi,məlumat alış verişi üçün radio dalğalardan istifadə edir,təhlükəsizlik baxımından LAN dan geri qalsa da,özünün xüsusi avantajları vardır.Bu qoşulma növü ev və ofis şəraitində idealdır.Amma qeyd etdiyim kimi, təhlükəsizlik baxımından kabelli qoşulmadan geri qalır.Ona görə də ciddi müəssisələrdə kabelli qoşulmalara daha çox üstünıük verilir.Iki wi fi qoşulma üçün,bu standartı dəstəkləyən antenna lazımdır.Bu alıcılar NİC adlanır,əlaqə nöqtələri WAP (acces point) vasitəsi ilə qurulur. WAP bu əlaqələr arasında bir növ HUB funksiyası daşıyır.Yani kabelsiz qoşulma avtomatik olaraq,ulduz topologiyasından istifadə edir.bu zaman bir birinə qoşulmuş olan bir neçə komputer özləri HUB funksiyasını da yerinə yetirmiş olurlar.

 Wifi-nin İş prinsipi

Simsiz NİC məlumatı radio siqnalına çevirir və antenna ilə xaricə ötürür. WAP isə ötürülən siqnalı tutur və deşifrə edir.Daha sonra WAP kabelli bir bağlantıdan istifadə edərək məlumatı internetə və ya alıcıya yönləndirir.Wifi-nin dalğaları mobil telefon və ya televizor dalğalarına qarışmir.Çünki daha yuxarı diapazonlardan istifadə edir.Ayrıca yüksək diapazondan istifadə daha geniş sahəyə ötürməyə imkan verir.Günümüzdə wifi-lər 2.4GHz və 5 GHz diapazonlardan istifadə edir.Wifi sürəti 2MBs dən 108 MBs-yə qədər dəyişə bilər.Ancaq əhatə dairəsindən kənarlaşdıqca bu ötürmənin səviyyəsi aşağı enir.Əhatə dairəsi 45-90 metr arasıdır.

accespoint

GPRS, EDGE və 3G

GPRS, GSM şəbəkəsi vasitəsi ilə məlumat alış verişi etmək üçün bir 2G texnologiyadır.Ötürmə gücü 50Kbit-dir.EDGE isə GPRS daha təkmilləşdirilmiş versiyası olub,380Kbit ötürməyə malik olub,3G texnologiyasının başlanğıcı kimi qəbul edilir.3G isə səs əvəzinə data transferli olan çox yüksək ötürmə sürətinə malik üçüncü nəsil texnologiyadır.(6Mbit).Bunun sayəsində keyfiyyətli internet,televiziya yayımları bu texnologiyaya borcludur.3G sürətinin çatışmayan cəhəti onun əhatə dairəsinin dar olmağı və şəraitə görə tez tez dəyişkən olmağıdır.Bu çatışmamazlığın aradan qaldırılmasını 4G texnologiyası öz üzərinə götürmüşdür.

3g-road

WiMAX

4G texnologiyanın başlanğıcıdır.Ötürmə antennasından 50-70 km məsafəyə 1-10MBs məlumat ötürmə gücünə malikdir.Wimax-a Wifinin daha güclü və inkişaf etdirilmiş versiyası da deyilir.Bu texnologiya mobil telefon şəbəkəsində işləmək xüsusiyyətinə malikdir və buna görə də 3G tamamlayıcısı da adlandırılır.Bu gün wimax yetəri qədər əlverişli və güclü olsa da,gələcək üçün daha da inkişaf etdirilmiş versiyası gözlənilməkdədir.Azərbaycanda da artıq bir neçə il öncədən yaradılmış, Bakı və Abşeron yarımadasında 4G dəstəyi ilə bizə xidmət edən wimax provayderi mövcuddur.Gələcəkdə bu texnologiyanın bütün ölkə ərazisində yayımlanması nəzərdə tutulur.

WiMAX_Image02

 

Bluetoth

Əsasən computer şəbəkələrində deyil,kiçik çaplı mobil şəbəkələrdə istifadə edilir. Bu şəbəkə növü PAN adlanır .Əhatə dairəsi 10-90m arası dəyişir və 1MBs məlumat və səs ötürmə qabiliyyətindədir. PAN yaratmaq üçün bir nöqtədən eyni zamanda bir neçə nöqtəyə bağlana bilənən azı 2 bluetoth  cihazı lazımdır. Qalan məntiq LAN məntiqinə oxşasa da qoşulanların sayı 8-i keçməməlidir.PAN yaradılanda cihazların biri əsasən o biri cihazları kontorl etmək üçün ayarlanır.

İnfrared

Əvvəllər mobil telefonlar bu texnologiyanı dəstəkləsə də,artıq əsasən televizor pultlarında istifadə olunur.El arasında ikport dediyimiz bu texnologiya artıq günümüzdə fayl ötürmələr üçün çox zəif sayılır.Ayrıca iki ikportun bir birini tapması üçün,xatırlayırsınızsa telefonları bir birinə yanaşı qoyaraq,hər iki portun bir birini görməsini təmin etməli idik.Maksimum gücü 4Mbit/s olsa da 1 metrdən kənarda effektini itirirdi.Bluetoth texnologiyasndan istifadə İnfraqırmızı portu sıxışdırıb çıxardı.Günümüzdə yalnız kənardan idarə üçün istifadə edilir.

Səs: +10. Bəyənilsin Zəifdir

Şərh yazın