Virusların gizlətdiyi faylların normal hala salınması.

Salam dostlar. Bu qısa məqaləmdə son zamanlar dostlarımın və internetdə bir çox səhifələrdə istifadəçilərin başına gələn belə bir problemdən yazacam. Mövzumuz fləş yaddaşlarına, xarici və daxili sərt disklərə düşən virusların qovluqları və faylları gizlətməsindən bəhs olunur. Bəzən istifadəçilər həmin qovluqların silindiyini düşünür lakin aşağıda göstərdiyim üsulla həmin qovluq və faylların silinib yoxsa gizlənməsini təsdiq edə bilərik.
İlk işimiz son update (ən yeni baza ilə) olunmuş antivirusla komputerimizi (fləş yaddaş və ya xarici sərt diski) scan edirik… Biz bununla qurğumuzu viruslardan təmizləyirik. Virusları təmizlədikdən sonra belə gizlənmiş fayl və qovluqlarımız bizə görsənməyəcək .

gizli fayl

İlk öncə fayl və qovluqlarımızın gizlənib və ya silinməsini təsdiq edək. Bunun üçün
1 Addım : Start > Run (və yaxud Windows + R) açılan pəncərədə CMD yazıb, enter düyməsini sıxırıq.

2 Addım : Açılan DOS ekranda cd\ yazıb, enter düyməsini sıxırıq.

3 Addım: indi isə qovluqlarımızın gizli olduğu yaddaş qurğusuna keçək. Mən fləş yaddaşımda fayllarımın gizləndiyindən şübhələnirəm və bu qurğu mənim komputerimdə E diski kimi tanınınr. E: yazıb , enter düyməsini sıxıram.

4 Addm. İndi isə biz yazdığımız komanda ilə qurğumuzda olan gizli fayllara baxaq. Bunun üçün biz CMD ekranında dir/ah yazıb, enter düyməsini sıxaq. Budur bizim qurğumuzda olan gizli qovluqlar və faylların siyahısı.

5. İndi isə biz qurğumuzda olan bütün gizli qovluq və faylların attributunu dəyişərək onları normal hala salaq. Bunun üçün, attrib *. -h -s /s /d yazıb enter düyməsini sıxaq. Bir müddət gözlədikdən sonra CMD ekranı yeni sətrə keçəcək. Artıq bizim qurğumuzun içində olan fayl və qovluqlar normal hala düşdülər.

6. Exit yazıb, enter düyməsini sıxaraq biz CMD ekranından çıxırıq.

Çalışdım ki, son dərəcə sadə və anlaşılır dildə yazım. Yararlı olması ümidi ilə.

Turqut Vəliyev
_________________
MCTS

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 5 )

    • Tural / . Dərc edilib:A 08/05/2013 at 6:06 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    amvo.exe
    amvo.dll

  1. Turqut bəy, gözəl və yararlı dərslikdir.
    Təşəkkür edirəm!

    Tural bəy, zəhmət olmasa nə demək istədiyinizi açıq ifadə edəsiniz.

    • Salam Fərhad bəy.Mən burada yazılan komandanı oldugu kimi hər iki məntiqi diskdə etdim.(c və d)Desktopa word faylları çıxdı həmçinin çoxlu desktop.ini və thumbs.db faylları çıxdı.(sonuncu bu iki fayl demək olar ki, bütün qovluqlarda yarandı.Ekrana(desktopa)cixan desktop.ini və thumbs.db və  word faylları sildim.Sonradan word fayllarıacanda ekrana warning çıxır və ok edəndən sonra word faylları açılır.Mənə kömək edə bilərsiniz?

      http://www.technet.az/wp-content/uploads/2015/04/a5qn4O.jpg
       http://www.technet.az/wp-content/uploads/2015/04/zARG8D.jpg

       Təşəkkürlər

    • Rashad Bakirov / . Dərc edilib:A 08/05/2013 at 8:15 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Maraqlı idi. Təşəkkürlər.

  2. Zəhmət olmasa Fərhad bəyə verdiyim sualın cavabını bilən varsa kömək etsin!

Şərh yazın