Samsung telefonlarının programlaşdırılması

Salam.Bu mövzuda Samsung telefonlarının bəzi modellərini (S5230, S3650corby, S5253wawe, S3850 və s.) programlaşdıra bilərsiniz.Xəbərdarlıq edirik ki,bunu işlək telefonun üstündə həyata keçirməyəsiniz.Əks təqdirdə telefonunzun boot-u xarab olarsa,və ya şəxsi fayllarınız silinərsə,Technet heyəti məsuliyyət daşımır.Bizim bu kimi məqalələri və videoları sizə təqdim etməkdə məqsədimiz,telefonunuzun və ya yaxınlarınızın telefonunda hər hansı proqram problemi olarsa,bunu ev şəraitində,kimsəyə pul vermədən və kimsəyə möhtac olmadan özünüzün etməyiniz və eyni zamanda öyrənməyinizdir.Beləliklə.İlk öncə sizə lazım olan Programmator,USB sürücüsü və telefonun əməliyyat sistemidir.Aşağıda verdiyim linklərdən endirə bilərsiniz.Əyər verdiyim link sizi qane etməzsə,özünüz google-dən axtarış edib tapa bilərsiniz.Mən hal hazırda samsung s3650 modelini necə yama etməyi göstərəcəm.Yama ediləcək telefonun sarjı mütləq yarıdan çox olmalıdır!!!Başlayaq:

1.Samsung USB driver.Bu sürücünü Samsung Kies ilə birlikdə [button color=”white” size=”small” link=”http://www.samsung.com/ru/support/usefulsoftware/KIES/JSP” target=”blank” ]Buradan[/button] endirə bilərsiniz.Əslində Kies bir növ PC suitedir.

2.Multiloaderi [button color=”white” size=”small” link=”http://narod.ru/disk/59563590001.3b75b2c8ce55916f86c3a7f1e4ceaca9/MultiLoader%20V5.64.rar.html” target=”blank” ]Buradan[/button] endirə bilərsiniz.

3.Samsungun əməliyyat sistemini,yani yamasını[button color=”white” size=”small” link=”http://firmware.sgh.ru/” target=”blank” ]Buradan[/button] endirə bilərsiniz.Nəzərinizə çatdırıram ki,yamanı modelə uyğun seçmək lazımdır.Əks təqdirdə başqa fəsadlar baş verə bilər.buna görə də ehtiyatlı olmaq lazımdır.

Samsung Kies və Multi loaderi komputerinizə yükləyin.Çıxardığınız yamanı da desktopa yerləşdirin.(o. rar və ya zip formatında olacaq)

Telefonunuzu söndürün və səs artırıb azaldan düymələrindən yalnız birini -azaldan tuşunu,sağ tərəfdəki kamera tuşunu tutub saxlayın,və onları buraxmadan yandıran tuşuna da basın.Üçünü eyni zamanda o vaxta qədər saxlayın ki telefonunuzun ekranında DOWNLOAD sözü görünənə qədər.Sonra telefonunuzu USB ilə komputerə bağlayın və sürücünün tam yüklənməsini gözləyin.

Sonra Milti loaderi açın və aşağı hissədə PORT SEARCH butonuna vurun.

Programmatorun telefonu tanıdığına əmin olandan sonra, yuxarıda BRCM2133 işarələyin.Ardınca:

Aşağıda olan  olan BOOT CHANGE ve FULL DOWNLOAD işarələyin

Sonra yama fayllarını bu ardıcıllıqla seçəcəyik

1.BOOT butonun vurub,desctopa atdığımız yama qovluğunun içindən BOOTFİLES seçirik

2.APPS butonundan apps_compressed.bin faylını seçirik.

3.RSRC1 butonuna vurub Rsrc_S3650_Open_Europe_Slav.rc1 seçirik.

4.RSRC2 butonuna vurub Rsrc2_S3650(Low)_CIS.rc2 seçirik.

5.FACTOR FS butonuna vurub  FactoryFs_S3650_Open_Europe_Slav.ffs seçirik.

s3650flash

 

 

Qalan heç bir pəncərəyə toxunmuruq.əyər proqrammator telefonu tanıyıbsa,aşağıda yaşıl xəttlə işarələnmiş sətirdə telefonun markası görünəcək.Əyər yoxdursa, yenidən PORT SEARCH düyməsinə vurun.Bütün bunların hamısını yerinə yetirmisinizsə,DOWNLOAD düyməsinə vurun.Sağ tərəfdəki sütunda vəziyyətin statusunu görəcəksiniz.All files complete  yazısına qədər telefona toxunmayın.Yamadan sonra telefonunuzu işə salıb proqramın normal yazılıb-yazılmadığna əmin olun.Telefonunuzu PC dən ayırdıqdan sonra, ayarlamaq lazımdır.bunun üçün telefonunuzda *#5239870*# yığaraq açılan pəncərədə Pre-configuration seçin.Bundan sonra operator Şifrəsini yazmaq lazım gələrsə.*#27236*# yığıb ölkəmizi seçirik.Ölkə seçimindən sonra,telefon yenidən başlayacaq.Ən sonunda *2767*3855# yığın və telefon yenidən başlayacaq.(bu kodu yığarkən telefona toxunmayın çünki siz bir başa Eproma reset verirsiniz) bundan sonra yeni yamanız xeyirli olsun ) Əyər hər hansı problem olarsa,yazın kömək edək.

Görüşənədək.

Səs: +20. Bəyənilsin Zəifdir

Şərhlər ( 5 )

  1. Maraqlı məlumat üçün təşəkkürlər Elmir bəy.

  2. Elmir bəy təşəkkürlər. Gərək S2 üçün bir sınaqdan keçirəm :).

      • Elmir / . Dərc edilib:A 05/03/2014 at 3:40 PM
        Səs: 0. Bəyənilsin Zəifdir

      Elgüc bəy S2 lər üçün deyil bu.. Onun da yama qaydasınız yazacam Allah qoysa .

    • AZIZ AZIZOV / . Dərc edilib:A 05/03/2014 at 1:07 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    bu yamama ne ise yariyir ? yeni bunu etmekle biz ne elde edirik,qeribe seslense de sualim budur

    • Elmir / . Dərc edilib:A 05/03/2014 at 3:39 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam.Telefonunuzun proqram təminatında hər hansı bir nasazlıq baş verərsə,xarab olarsa və ya sadəcə dil yazmaq və ya versiyasıni yüksəltmək məqsədi ilə həyata keçirilən əməliyyatdır..Bu əməliyyatıa siz, telefonunuzun “beynini” silib yenidən yazırsınız

Şərh yazın