Outlook üçün komanda əmrləri (Command Line Switch)

Salam dostlar. Bu məqaləmizdə Outlook proqramı ilə komanda əmrlərini necə və nə üçün tətbiq edəcəyimizi araşdıracağıq.

Çox sadə istifadə qaydası olan bu komanda və parametrlər çox hallarda Outlookla bağlı problemlərimizin çoxunun həlli olur.

Futured - 1

Şəkildə gördüyümüz kimi, Komanda və /parametrdən ibarətdir. Komandalar həssas (Case sensitive) deyillər, kommanda ilə parametr arasında boşluq buraxılmalıdır.  Komandanı icra etməmişdən öncə Outlook bağlı olmalıdır.

WIN + R düymələrinin kombinasiyası ilə  “İcra et” (RUN) açırıq və komandanı ora yazaraq icra edirik.

outlook_switch_001

Və ya BAX deyərək, Outlookumuzun yerləşdiyi yeri göstəririk.

outlook_switch_002

outlook_switch_003

PARAMETR

İZAHI

/a Bu   kommanda əlavəsi ilə göstərilmiş faylı qoşma kimi əlavə edib, yeni məktub   yarada bilirik.Məs:   Outlook /a “c:\desktop\technet.doc”
/altvba   otmfilename %appdata%\Microsoft\Outlook\VbaProject.OTM   əvəzinə VBA Programını digər təyin edilmiş fayldan açır.Qeyd:   Bu əlavə aktiv etmək üçün aşağıdakı registr əlavəsi edilməlidir.  HKCU\Software\Policies\Microsoft\Office\14.0\Outlook\Security
DWORD: EnableAltVba.
Data Value 1
/c messageclass Göstərilən   məktub növünə uyğun olanını yaradırNümunələr:
/c ipm.activity – Journal məlumatı yaradır
/c ipm.appointment  – Təyinat (Görüş) yaradır
/c ipm.contact – Əlaqə (Contact) yaradır
/c ipm.note – Elektron məktub yaradır
/c ipm.stickynote – Yapışqan kağız (Stiker) yaradır
/c ipm.task – Məsələ (Görüləcək iş) məlumatı yaradır.
/checkclient E-poçt, xəbər və Əlaqələr   üçün susmaya görə (default) olan meneceri istər
/cleanautocompletecache Avtomatik   tamamlama siyahısını sıfırlayaraq Outlooku başladır.
/cleancategories İstifadəçi   tərəfindən yaradılmış kateqoriya adlarının hamısını silir və susmaya görə   olan (default) adları bərpa edir.
/cleanclientrules Outlooku başladır, istifadəçi əsaslı   qaydaları (client-based rules) silir. Qeyri-Exchange istifadəçilər üçün   istifadə edilir.
/cleanconvongoingactions Conversations Actions Table (CAT)   qeydlərini silir. CAT qeydləri normalda 30 gün qeyri-aktivlikdən  sonra silinir. Bu parametrlə bu əmliyyatı   istədiyimiz vaxt icra edə bilirik.
/cleandmrecords Menecer Görüşü rədd etdiyi zaman yaranan   loqları silir. Exchange Server hesabları üçün istifadə edilir.
/cleanfinders Microsoft Exchange-in deposundan   axtarış qovluqlarını silir.
/cleanfreebusy Sərbəst-Məşğul məlumatlarını   təmizləyir. Bu parametr istifadə etmək yalnız Exhange server mühitində   mümkündür.
/cleanprofile Düzgün olmayan hesab açarlarını   (Profile keys) silir və yeni registr açarları yaratmaq mümkündürsə yenidən   bərpa edir.
/cleanpst Outlooku yeni Şəxsi Qovluqlar   faylı (.pst) ilə açır.
/cleanreminders Xatırladıcıları silir və yenidən   yaradır. Bu parametr Xatırladıcının səhvən təkrar-təkrar gəldiyi hallarda   işimizə yarayacaq
/cleanroamedprefs Xatırladıcı, sərbəst/məşğul, iş   saatları, təqvim nəşrləri və RSS qaydalar da daxil olmaqla, bütün yönlənmiş   (roamed) istəkləri (preference) silir və paramaetrin istifadə edildiyi   kompüterin yerli tənzimləmələrindən köçürərək yenidən yaradır.
/cleanfromaddresses Profilə əllə daxil edilmiş KİMDƏN:   məlumatlarını təmizləyir
/cleanrules Outlook-u istifadəçi və server əsaslı   qaydaları silərək başladır.
/cleanserverrules Outlook-u server əsaslı qaydaları   silərək başladır.. Exchange server hesablarında qəbul ediləndir.
/cleansharing Bütün   RSS, İnternet Təqvim və SharePoint izləmələrini (Subscription) silir. Yalnız   tənzimləmələri dəyişir, hər hansı öncədən köçürülmüş məlumatları silmir.
/cleansniff Təkrar   xatırladıcı qeydlərini silir. Deletes duplicate reminder messages.
/cleansubscriptions İzləmələ   məktub və tənzimləmələrini silir.
/cleanviews Susmaya   görə olan görüntüləri bərpa edir. Sonradan yaradılmış bütün görüntülər   sıfırlanır.
/f   msgfilename Göstərilmiş   məktub faylını (.msg) və ya Microsoft Office Axtarış faylını açır(.oss).
/finder Ətraflı   axtarış xanasını açır. (Advanced Find)
/firstrun Outlook-u   ilk dəfəki kimi başladır.
/hol   holfilename Göstərlimiş .hol   faylını açır.
/ical   icsfilename Göstərilmiş .ics faylını açır.
/importNK2 Avtomatik   tamamlama siyahısını (.NK2) faylını göstərilən fayldan idxal (İmport) etmək   üçün istifadə edilir.Əlavə   olaraq keçidə baxın:http://www.technet.az/2013/01/14/microsoft-outlookda-avtomatik-tamamlama-siyahisi-outlook-auto-complete-list/
/importprf   prffilename Outlook-u   göstərilmiş MAPİ profil (*.prf) faylı ilə başladır. Əgər Outlook açıqdırsa   növbəti açılışa tətbiq edilir.
/m   emailname İstifadəçi   yeni məktub yaradarkən (/c ipm.note) bu parametric əlavə edərək KİMƏ:   təyinatını da əlavə edə bilir. Bütün ünvan və ya Ləqəb (Alias) istifadə edilə   bilər. Yalnız /c parametr ilə istifadə edilə bilir.
İstifadəsi:
Outlook.exe /c ipm.note /m [email protected]
Outlook.exe /c ipm.note /m test1
/noextensions Outlook-u   əlavələri söndürərək başladır. Əlavə Et menecerindən (Add-In Manager) silmir.
/nopreview Outlook-u   Oxuma Bölməsi (Reading Pane) sönülü olaraq açır və Görünüş qrafasından   funksiyanı söndürür.
/p   msgfilename Göstərilən   məktubu çap edir.
/profile   profilename Göstərilən   profile yükləyir. Əgər profiling adında boşluq (aralıq) varsa, profil adını   dırnaq işarələri içinda yazmaq lazımdır. (“Profil adı”)
/profiles Outlookun   Alətlər Panelindəki tənzimləmələrdən asılı olmayaraq Profil Seç xanasını   açaraq proqramı başladır.
/recycle Outlook-u   mövcud Outlook pəncərəsilə açır.
/remigratecategories Outlook   açır və aşağıdakı komandaları susmaya görə dəyişir.

  •   İzlə bayraqlarının (Follow Up flags)   rəngini Office Outlook 2010 kateqoriyası kimi
  •   Təqvim işarətlərini Office Outlook 2010   rəng kateqoriyası kimi
  •   Qeyri-poçt göndərmələrində olan   kateqoriyaları Master Category List-ə daxil edir.
/resetfoldernames Əsas   qovluq adlarını (“Gələnlər” və ya “Göndərilənlər”) susmaya görə (default) və   ƏS-nin dilinə uyğun dəyişir.Məsələn:Əgər   ƏS Rus dilində olanda Outlooku tənzimləmişiksə, sonradan interfeyz dilini   İngilisə çevirsəkdə əsas qovluqlar rusca qalacaq. Və adını dəyişmək   olmayacaq. Yalnız bu parametrlə Outlookubaşladaraq istəyimizə nail ola   bilərik.
/resetfolders Əskik   olan qovluqları bərpa edir.
/resetformregions “Formalar”-ın   keş yaddaşını təmizləyir və yenidən Əməliyyat Sisteminin registrindən   yükləyir.
/resetnavpane Naviqasiya   panelini cari profildə təmizləyir və yenidən yaradır. Bütün qısa yollar və   Sevimli Qovluqları (Favorite Folders) silir..”Cannot   start Microsoft Office Outlook. Unable to open the Outlook window. Invalid   XML, the view cannot be loaded” – xətası ilə qarşılaşarkən bu   parametrlə Outlooku başladmağımız həll yollarından birincisidir.
/resetsearchcriteria Ani   axtarış şərtlərini sıfırlayır və susmaya görə dəyişir.
/resetsharedfolders Bütün   paylaşımlı qovluqları Naviqasiya Panelindən silir.
/resettodobar Cari   profilə “Edilməli işlər” (To-do Bar) siyahısını silir və yenidən yaradır.   Həmçinin “Edilməli işlər”  axtarış   qovluqu da silinib yenidən yaradılır.
/rpcdiag Outlooku   açır və RPC bağlantı statusunu göstərir.
/safe Outlooku   bütün əlavələrsiz başladır.
/safe:1 Outlooku   “Oxuma Bölməsi” sönmüş halda başladır.
/safe:3 Outlooku   bütün Component Object Model (COM) əlavələri söndürərərk başladır.
/select   foldername Outlook   göstərilən qovluğu açaraq başladır.İstifadəsi:
“C:\Program Files\Microsoft   Office\Office12\Outlook.exe” /select outlook:calendar         və ya:
outlook /select “outlook:Inbox\Old   Messages”
/share   feed://URL/filename/share   stssync://URL/share   web://URL/filename Outlook bağlanmaq üçün   paylaşım URL təyin edir.Məsələn, Outlook üçün   bir SharePoint siyahısı bağlamaq üçün stssync :/ / URL istifadə edirik.
/sniff Outlooku   yeni görüşmələri məcburi (force) taparaq başladır və onları təqvimə əlavə   edir.
/t   oftfilename Göstərilən   .oft faylını açır.
/v   vcffilename Göstərilən   .vcf faylını açır.
/vcal   vcsfilename Göstərilən   .vcs faylını açır.
/x   xnkfilename Göstərilən   .xnk faylını açır.

Qeyd: Məqalədəki parametrlərdən istifadə edərək həll etdiyiniz problemləri şərh hissəsində qeyd etsəniz digər insanlar üçün daha da yararlı olması üçün yeniləyə bilərik.

Məqalənin xeyirli olması arzusu ilə.

 

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( Outlook üçün komanda əmrləri (Command Line Switch) )

    • İlkin Baxışlı / . Dərc edilib:A 27/05/2013 at 12:04 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    əlin qolun var, zehnin açıq olsun

Şərh yazın