Domain istifadəçisi ilə avtomatik logon olmaq

Salam Dostlar. Biz bu məqaləmizdə domain userlə komputerə avtomatik logon olmaqdan bəhs edəcəyik. Bildiyiniz kimi, Domainə daxil olan komputerlərə giriş üçün standart olaraq ilk öncə logon ekranına gəlmək üçün CTRL+ALT+DELETE düymələrini sıxıb daha sonra user name və password yazmalı oluruq. Amma bəzi hallarda bu bizim üçün artıq iş və vaxt sərfiyyatı olur.

Avtomatik login olma bizə hansı hallarda lazımdır:
Tutalım ki, şirkətimizdə hər hansi bir Kiosk, POS Terminal mövcuddur. Bu terminal hər dəfə açılanda bizdən CTRL+ALT+DELETE düyməsi və Parol yazmağımızı istədikdə, biz gərək bu maşına ya fiziki olaraq Klaviatura qoşaq ya da Touchscreen klaviaturadan istifadə edək. Gördüyünüz kimi, işimiz çox olduğu anlarda bu prosseslər bizim üçün vaxt sərfiyyatından başqa bir şey olmur.

Əgər biz avtomatik logon tənzimlərini etsək bu kimi vəziyyətdə bizim təyin etdiyimiz domain userlə komputer avtomatik açılacaq və Kioskda istifadə edəcəyimiz proqramı da, start up-a yerləşdirşmiş olsaq heç bir müdaxilə etmədən Kiosk-umuz avtomatik işlək hala gələcək.
Bunun üçün biz ilk öncə Start->Run açılan pəncərədə Regedit yazıb, istifadə edəcəyimiz komputerin (Kiosk, POS Terminal və s.) registirlərinə daxil olacağıq. Yaxşı olardı ki, ilk öncə registrların backup-ını çıxardıb ehtiyatda saxlayasınız.

run

Daha sonra isə  HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon\AutoAdminLogon daxil olaq.
Burada AutoAdminLogon-un 1 olmasına nəzər yetirək əgər 0-dırsa, üstünə iki dəfə klikləyərək, açılan pəncərədə dəyəri 1 edək.

autoadminlogon

Daha sonra biz üç ədəd registr üzərində düzəlişlər edərək işimizi tamamlamış olacağıq. Ola bilsin ki, bizə lazım olan registrlər mövcud olmasın bu registrləri özümüz yaradacağıq.
Yeni Registr yaratmaq üçün boşluqda sağ düyməni sıxıb, New->String Value deyirik. Registrə ad verib, üzərinə iki dəfə klikləyərək açılan pəncərədə dəyərlərini yazırıq.

newregister

Aşağıdakı şəkildə lazım olan registrləri görə bilərsiniz.

registry_result

DefaultDomainName (Technet)
DefaultUserName (Turgut_IT)
DefaultPassword ([email protected])

Göstərilən əməliyyatları tamamladıqdan sonra komputerimizi yenidən başladırıq (Restart). Artıq bizim üçün logon ekranı görsənməyəcək və komputerimiz birbaşa bizim təyin etdiyimiz userlə açılacaq.

Mövzumuz ilə bağlı suallarınızı http://forum.technet.az ünvanında yazmağınızı xahiş edirəm.
Yararlı olması ümidi ilə.

Turqut Vəliyev
_________________
MCTS

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 6 )

    • Anar Guliyev / . Dərc edilib:A 31/05/2013 at 3:59 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Twekkurler movzuya gore… Lakin bildirmek isteyirem ki, bir informasiya tehlukesizliyi inzibatcisi olaraq bu tehlukesizlik standartlarina uygun deyil.

    • Samir / . Dərc edilib:A 03/06/2013 at 9:51 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    mende Anar beyle razilasiram.tehlukesizlik baximindan mence meqsede uygun deyil

    • Samir bəy oxuyub fikir bildirdiyiniz üçün sizə təşəkkür edirəm. Xahiş edirəm bu hal üçün təhlükəsizlik açıqlarını qeyd edəsiniz və oxuyucularımızı bu yöndə maarifləndirəsiniz.

  1. tesekkurler

     

    • ancaq sizin yazdığınız deyerlernen logon olmaq olar yoxsa deyerleri deyişdirə bilərik?

Şərh yazın