01.06.2013 seminarı baş tutdu :) – Seminar haqqında

Microsoft  və HP Azərbaycan nümayəndəliklərinin dəstəyi ilə Windows Server 2012 Yenilikləri haqqında planlaşdırdığımız seminarımızı İSR Plazada  təqdim etdik. Seminarda yer məhdudiyyəti ilə əlaqədar 50 dinləyici iştirak edə bildi. Microsoft Azərbaycan nümayəndəliyindən  Qaçay Mirzəyevin  açılış nitqindən sonra məruzəçi Fərhad Kərimovun təqdimatında Windows Server 2012-də Active Directory, Group Policy yenilikləri və Microsoft Sertifikatları mövzularını dinlədik,  Elxan Əliyev bizə Hyper-V 3.0 Virtuallaşdırma haqqında danışdı,  Elgüc Yusifbəyli isə Yüksək Əlçatanlıq (High Availability) və Failover Clustering  mövzularını izah etdi. Sonda məruzəçilər Elxan Əliyev və Elgüc Yusifbəyli tərəfindən Hyper-V və Failover Clustering DEMO olaraq seminar iştirakçılarına təqdim edildi.  DEMO zamanı istifadə edilən Server və Storage avadanlıqları HP Azərbaycan tərəfindən təmin olunmuşdur. Sonda dinləyicilərə təqdim olunan  sualları doğru cavablayanlara  Microsoft Azərbaycan nümayəndəliyi tərəfindən  hədiyyələr təqdim olundu. Technet.Az hər mənada qazandırır! :).

Bu seminarın baş tutmasında bizə dəstək olan hər kəsə başda Microsoft və HP şirkətlərinə dərin minnətdarlığımızı bildiririk.

2

4

8

13

15

16

19

20

23

24

Müəllif: Araz Ayyubov

Şərhlər ( 01.06.2013 seminarı baş tutdu :) – Seminar haqqında )

    • Füzuli Mehdiyev / . Dərc edilib:A 03/06/2013 at 4:30 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Maraqlı seminar oldu. Axırda kollektiv şəkildə çəkdirdiyimiz şəkildə paylaşılsa, daha gözəl olardı)))

Şərh yazın