Windows Azure üzərində Storage yaratmaq

Salam dostlar. Bu məqalədə sizlərə Microsoftun public cloud sistemi olan Windows Azure üzərində storage yaratmağa çalışacağam. Azure üzərində storage yaratmaq üçün müxtəlif səbəblər ola bilər. Çox uzatmadan storage necə yaradma prosesinə baxaq.

Azure üzərində qeydiyyatdan keçdiyinizi və artıq bir Azure hesabına sahib olduğunuzu var sayaraq storage yaratmağa başlayaq.

Qeydiyyatdan keçdikdən sonra aşağıdakı şəkildə görmüş olduğumuz portal bizi qarşılayacaqdır. Portalın ilk səhifəsində yenə aşağıdakı şəkildə gördüyünüz storage bölməsini seçirik və açılan səhifədən create a storage accaunt tıklayırıq.

Windows Azure create storage 1Yuxarıdakı addımdan sonra bizi aşağıda vermiş olduğum rəsimdəki kimi pəncərə qarşılayacaqdır. Bu pəncərədə Quick Create deyərək sağ tərəfdəki menyunu doldururq. URL yazlıan yerə yaratmaq istədiyimiz storage-in adınını yazırıq. (mən virtual stroage vtstorage yazdım). Storage adını və yerləşmə adresimizi seçdikdən sonra create storage accaunt düyməsinə tıkalyırıq.

Windows Azure create storage 2

Bundan sonra bizi aşağıdakı kimi bir pəncərə qarşılayacaqdır. Görüdüyünüz kimi artıq creating (yaratama) prosesi başladı. Bu bir az zamanımızı alacaqdır.

Windows Azure create storage 3

Bir az gözlədikdən sonra artıq pəncərəmizdə created (yaradıldı) yazıldı və proses tamamlandı.

Windows Azure create storage 4

Artıq bir cloud storage-ə sahibik. Artıq bu storage-i harada və nə üçün istifadə edək deyə düşünməyə başlaya bilərik :).

Növbəti məqalələrdə görüşənədək :).

Yararlı olması ümüdü ilə…

Səs: 0. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

    • Kənan / . Dərc edilib:A 09/06/2013 at 12:20 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox faydalı bir məqalədir. Təşəkkürlər

  1. Oxuyub dəyər verdiyiniz üçün minnətdaram.

Şərh yazın