Group Policy ilə IPv6`nı söndürmək

Salam Dostlar, bilirsiniz ki, bir çox hallarda biz kompüterlərdə IPv6`nı söndürürük.Bəs kompüterlərimiz çox olarsa, bunu necə edəcəyik?Təbii ki, Group Policy ilə bu işi görə bilərik.Bunun üçün aşağıdakı keçiddən .admx.adml fayllarını yükləyib, məqaləni axıra qədər oxuyuruq.

IPv6Configuration

Faylı yüklədikdən sonra .admx.adml fayllarını aşağıdakı yerə yerləşdiririk.

IPv6Configuration.admx – bura yerləşdiririk %SYSTEMROOT%\PolicyDefinitions

IPv6Configuration.adml – faylını isə bura %SYSTEMROOT&\PolicyDefinitions\en-US

Daha sonra isə bunu tətbiq etmək üçün Group Policy düzəldirik.Mən bunu bütün domain`ə tətbiq etmək istədiyimə görə “Default Domain Policy” üzərinə tətbiq edəcəm.

Computer Configuration>Policies>Administrative Templates>Network>IPv6 Configuration

daxil oluruq.

Sonra IPv6 Configuration Policy üzərində dəyişiklik edirik.Bu məqalədə IPv6`ya aid olan hər bir şeyi söndürəcəm.Aşağıdakı şəkildə bunu görə bilərsiniz.

 

Sonra isə gpupdate /force əmri icra edirik və istifadəçi kompüterinə daxil olub, ipconfig /all əmri icra edib, nəticəsini görürük.Şəkildən gördüyünüz kimi hal-hazırda Group Policyilə etdiyimiz dəyişiklik tətbiq olunmayıb.Məhz buna görə də aşağıdakı şəkildə IPv6`ya aid məlumatlar yer almaqdadır.

 

Sonra CMD üzərində gpupdate /force əmri icra edib, kompüteri yenidən başladırıq.Bundan sonra ipconfig /all əmri icra edərkən aşağıdakı nəticəni görə bilərik.

 

 

Gördüyünüz kimi artıq IPv6`ya aid heç bir məlumat yoxdur.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA


Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( Group Policy ilə IPv6`nı söndürmək )

  1. salam fayl işlemir

Şərh yazın