Struktur və Miqrasiya planlama ssenarilər

Salam dostlar.

Bu məqalədə şirkətlərdə miqrasiya planlaması, miqrasiya ssenariləri barədə məlumat verməyə çalışacağam. İlk olaraq hansı hallarda miqrasiya bizə lazım olur haqqda qısa məlumat verək. Əgər şirkətdə serverlər və avadanlıqları təzələyiriksə, hazır strukturun yenisinə miqrasiya olunması lazım olur. Və yaxud bütün serverləri yeni əməliyyat sisteminə və ya başqa platformaya qismən və ya tam olaraq keçirmək istəyərkən miqrasiya etməli oluruq. Və nəzərə alsaq ki, İnformasiya Texnologiyaları və avadanlıqları həddindən çox dinamik inkişaf edir, bu zaman düzgün miqrasiya proseslərini planlamamız vacib şərtlərdən birinə çevrilir. Miqrasiya etməzdən öncə çox səliqəli plan hazırlanmalıdır və ardıcıllıqla həyata keçirilməlidir. Bunun üçün müxtəlif miqrasiya ssenariləri var, onlardan bəziləri ilə tanış olacağıq.

1) Greenfield (Yaşıl sahə)

2) Forest Upgrade (Forest Yeniləmə)

3)  Server Consolidation  (Birləşdirmə)

4) Private (Fərdi) və Public Cloud

Bu ssenarilərdən hansının istifadə edilməsi müxtəlif amillərə bağlıdır. Məsələn, yeni strukturun qurulması, yenilənmə (tam və ya hissəli), digər struktur ilə birləşdirmə, virtuallaşdırma, şirkətin miqyası və digər faktorlar seçimə təsir edir.

G R E E N F İ E L D

 Adından da göründüyü kimi yeni başlamış şirkətin, StartUp layihənin, bir sözlə strukturun mövcud olmadığı mühitdəki planlaşdırmadan ibarətdir. Bu ssenaridəki üstünlüyümüz odur ki, strukturu istədiyimiz kimi qura bilirik. Lakin planlama aparılarkən nəzərə alınmalıdır ki, İT Struktur dinamik olmalıdı, bu gün şirkətin tələblərinə cavab verən struktur sabah axsaya bilər. Şirkətə yeni digər şirkət qoşula və ya şirkətdən ayrılan hissə ola bilər. Bütün bunlar nəzərə alınmalıdır.  Ardıcıllıq isə belə olmalıdır.

   * Şəbəkə avadanlıqlarının əldə edilməsi, yerləşdirmə planının hazırlanması və yerləşdirilməsi. Bu avadanlıqlara switch, router, access point və digərləri aiddir.

   * Active Directory mühitinin sazlanması.

Microsoft Şirkətinin İngiliscə təlimatları üçün keçid

AD DS Design Guide

Active Directory Design Guide Download

Technet.az Məqalə Portalının Azərbaycan dilində olan məqalələri

Windows Server 2012 Active Directory Qurulumu

Server 2008 R2 üzərində Active Directory xidmətinin sazlanması

Active Directory xidməti sazlandıqdan sonra ilk testlər və əlavələr

   * Sistem avadanlıqlarının əldə edilməsi.

   * Pilot tətbiqə başlamaq, bütün mümkün risklərin hesablanması, ehtiyyata alma və bərpa etmənin tətbiqi və digər testlərin aparılması

F O R E S T   U P G R A D E

 İllərdir ki sistem inzibatçılarının ehtiyyat etdikləri işlərdən biri Forest Yenilənməsi olaraq qalırdı. Çünki, hər gələn yeni Əməliyyat Sistemi yeni Schema (Sxem) ilə olurdu və bu əməliyyat sisetmini mövcud Active Directory-yə əlavə etmək üçün Adprerp.exe Command-Line Utilitindən istifadə etmək lazım olurdu. Bu isə öz növbəsində inzibatçını bir sıra risklərlə üz-üzə qoyurdu. Proses zamanı hər hansı bir xəta baş verərsə, (Schema həssas hissə olduğu üçün bu ehtimalı çoxdur) yenidən bərpa etmə vaxt aparan bir problemə çevriləcək. Və yaxud da, bərpa etmək mümükün olmaya bilərdi. Bu riskə getməmək üçün ilkin olaraq test mühit yaradıb, həmin mühitdə Forest Yenilənməsini sınaqdan çıxartmaq, hər şey qaydasında olduğu halda Şirkət mühitində tətbiq etmək olardı. Bu isə zaman çatışmamazlığından əziyyət çəkən inzibatçılara “lazım olmayan” işdir.

Server 2012 ilə əldə etdiyimiz üstünlüklərdən biri də bu yeniləmə sahəsindədir. Adprep funksiyası artıq Active Directory Domain Service qurulumu ilə inteqirasiya olunmuş şəkildə çalışır. Əlavə olaraq, yeni AD DS qurulumunda öncədən doğrulama funksiyası var ki, əməliyyat zamanı lazım olan hüquqların olub-olmadığını yoxladıqdan sonra əməliyyata başlayır. Bu da öz növbəsində əməliyyatın yarısında qırılma ehtimalını kifayət qədər azaldır.

Server 2012-də Forest Functional Level heç bir yenilik daşımır, sadəcə forestə yeni əlavə edilmiş domain Server 2012 Domain Functional Level kimi fəaliyyət göstərəcək. Server 2012 Domain Functional Level isə öz növbəsində cəmi 1 yenilik daşıyır ki, o da Dynamic Access Control (DAC) funksiyasıdır. Bu yeniliyin hər hansı bir tətbiqetməyə maneçilik törədəcəyi az realdır.

S E R V E R   C O N S O L I D A T I O N

 Server 2012 ilə Hyper-V rolunun əla vəziyyətə gətirilməsi ilə Virtuallaşmada ciddi addımlar atmış oldu. Server Consolidationu qısaca desək, Fiziki server mühitinin Virtual mühitə keçirilməsidir. Bu halda bir neçə server 2 və daha Hyper-V Host üzərində yerləşir və Failover Cluster ilə daha etibarlı olur. Həmçinin Virtuallaşma İT resurslarımızdan maksimum dərəcədə istifadə etmək imkanı yaradır. Virtuallaşma çox geniş mövzu olduğu üçün qısa məlumatla yekunlaşdırıram. Hyper-V sazlamaları haqqında məqalə portalımızdakı məqalələrimizdən yararlana bilərsiniz.

Hyper-v servisinin qrafik rejimdə sazlanması

Hyper-V hostun Server Core rejimində konfiqurasiya olunması

Microsoft Hyper V-nin HP Serverlər üzərində Sazlanması

P U B L I C  və  P R I V A T E   C L O U D

 Private Cloud şirkətlərə xərcləri azaldaraq məhsuldarlığı, effektivliyi artırmaq imkanı verir. Ənənəvi üsulda bir çox şirkətlər İT strukturlarının yalnızca 15 %-ni tam istifadə edirdi. Düzdür, Virtuallaşma (Server Consolidation) vasitəsilə xərcləri və məhsuldarlığı artırmaq olar, lakin İdarəetmə, planlama kimi işlər mütləq aparılmalıdır. Biz Bulud vasitəsilə İdarəetmə və planlama kimi əlavə əziyyətlərdən qurtulmuş oluruq. İstədiyimiz vaxt Buludda istifadə etdiyimiz həcmi böyüdə və ya kiçildə bilirik. Bulud sisteminin bizim bazarda çatışmazlıqlarından biri dövlət strukturlarında istifadə etmək məhdudiyyətlərin olmasıdır.

Bulud xidmətinin 3 növ modeli var.

Software as a Service (SaaS)

İstifadəçiləri müxtəlif proqram təminatı ilə təmin edir. Bu adətən az xüsusiləşdirmə ehtiyacı olan proqramlar olur. E-mail və ya Office 365, Microsoft Dynamics CRM kimi proqramlar SaaS-a misal ola bilər. Üstünlüyü dünyanın hər yerindən bu proqram və faylların əlçatan olmasıdır.  

Platform as a Service (PaaS)

Şirkətlər bu modeli geniş fərdiləşmə imkanları ilə istifadə edə bilərlər. Belə ki, Bulud tipli tətbiqetmələr hazırlaya və sonradan bunun internet vasitəsilə bütün dünyadan istifadə edilməsini  təmin edə bilər. Saxlanclar kimi istifadə edilə və digər tətbiqetmələrlə inteqrasiya edilə bilər. Məsələn, SQL Azure ilə Microsoft SQL tam inteqrasiya edilə və istifadə oluna bilər.

Infrastructure as a Service (IaaS) 

 İnfrastrukturun tam Buludda təşkili kimi başa düşülə bilər. Bu halda şirkət istədiyi proqram təminatını, sistemləri və sair tətbiq edə bilir, təkcə avadanlıq almaq və onu təchiz etməkdən azad olur.

Private Cloud deyərkən biz İaaS nəzərdə tuturuq. Belə ki, İaaS Hyper-V 2012 və System Center 2012 SP1 vasitəsilə həyatə keçirilib, idarə edilərkən bu PRİVATE CLOUD (Fərdi bulud) adlanır. Bütün mövcud infrastrukturu Fərdi Buluda miqrasiya etmək bir çox faktorlara bağlıdır və buna görə də, mütləq Microsoft Partnyoru ilə məsləhətləşməniz lazımdır. Aşağıdakı keçid vasitəsilə test etmə imkanınız da var.

Microsoft Private Cloud Try It

Download Microsoft System Center Private Cloud Evaluation Software

Dostlar, nəzəriyyə tipli məqalələrin nisbətən yorucu olduğunu artıq hər birimiz qəbul etmişik. Səbr və həvəslə oxuduğunuz üçün təşəkkür edirik. Güman edirəm ki, bu məqalədə az da olsa Planlama və miqrasiya haqqında təsəvvür oyatmaq imkanım oldu.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 2 )

  1. Evin bəy dəyərli məqalələriniz üçün dərin təşəkkürlər.

    • Emil Əmirov / . Dərc edilib:A 25/07/2013 at 5:28 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Hörmətli Techenet-çiler bir xahşim olacaq zəhmət olmasa Hyper-V və Cloud lar haqqında təməl (başlanğıc) məlumatlar yerləşdirəsiniz 🙂

Şərh yazın