PC Power connectors

Salam, Əziz Dostlar. Bu məqalədə PC hissələrinin enerji ehtiyacından və enerji bağlayıcılarından söhbət açacağıq.

Hər bir elektron qurğu kimi kompüter hissələri də müəyyən enerji  verilməsi sayəsində öz işini təmin edir. Çox halda işə başlamaq üçün lazım olan enerji, işi davam etdirmək üçün ehtiyac olandan daha yüksək olur.

PC hissələrinin güc ehtiyacları aşağıdakı kimidir:

Motherboard (Ana Plata)  40- 50 Watt

CPU (Prosessor)   65-150 Watt

Hard drive (Sərt disk)  10-20 Watt

Optic Drive (Optik disk sürücüsü)  20-30 Watt

RAM      5-10 Watt

Graphic Card (Video kart)    100-150 Watt

PSU

“Power Supply Unit” (PSU) elektrik şəbəkəsindən əldə olunan Dəyişən cərəyanı Sabit cərəyana çevirir. Çünki PC hissələri sabit cərəyanla  işləyirlər.

Hər PC hissəsi özünə uyğun enerji bağlantısı isitifadə edir. Bütün PC güc bağlantıları tək tərəflidir. Bu da qoşulmanı xeyli asanlaşdırır.

Ana kartlar modelindən və güc sərfiyyatından asılı olaraq 20 və ya 24 pin qoşulma istifadə edir. (ATX Power connector)

20-24pin

Əsas güc bağlayıcısı kimi tanınır. Qoşulma zamanı konnektoru yuvaya bərkidən çıxıntı vardır. Və əsla səhv qoşula bilməz.

20-24pin connect

ATX 12V Power connector” daha cox CPU enerji təminatcısı kimi tanınır. Əksər hallarda sadəcə 4 pinli bir qoşulma kifayət edir.

ATX 12V Power Connector

4 pin Molex bağlantısı isə IDE sərt diskləri və həmçinin eyni qoşulma istifadə edən CD/DVD sürücüləri enerjiylə təmin edir.

Molex

Bu konnektorlar da tək tərəfli qoşulmadır. Yəni qoşulacaqları yuvaya uyğun olaraq yuxarı küncləri kəsik formadadır. Tərs qoşulma mümkün deyil.

SATA sərt diskləri və SATA CD/DVD disk sürücülər “SATA Power connector” vasitəsi ilə qoşularlar.

SATA power

SATA connect

Qoşulmaya diqqətlə baxdığımızda konnektorun sağ tərəfində porta uyğun boşluq olduğunu görərik. Bu da tərs qoşulmanın qarşısını alır.

PCIe genişləmə yuvasına qoşulan və əlavə enerji ehtiyacı olan qrafik kartlar üçün 6 və ya 8 pinli konnektorlar nəzərdə tutulmuşdur.

PCI-E power

6 pin 75 Watt, 8 pin 150 Watt güc vermə qabiliyyətinə malikdir.

Floppy disk sürücüləri 4 pin xüsusi qoşulma istifadə edir.

FDD power

Bütün bu qoşulmalardan başqa konnektor ceviriciləri də vardır.

Çeviricilər ən çox Molex qoşulmanı SATA qoşulmaya çevirmək üçün istifadə olur. Keys fanları (soyutma) üçün də Molex qoşulma 3 pinli fan qoşulmaya çevrilə bilir.

Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə!

Səs: +50, -10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( PC Power connectors )

  1. Təşəkkülər. Yeni başlayanlar üçün bu haqda Azərbaycan dilində yazılmış ən yaxşı məqalədir…

Şərh yazın