Windows 8 ilə kompüterin sıfırlanması

Bu məqaləmizdə Sizlərə Windows 8 ilə kompüterin sıfırlanması haqqında məlumat verəcəyik. Windows 8 ilə kompüterin sıfırlanması xidməti vasitəsilə artıq müəyyən problemlər yarandıqda problemi aradan qaldırmaq daha az vaxt aparacaq. Bu xidmətdən istifadə etdikdə Windows yenidən yüklənir və istifadəçi faylları, istifadəçi tərəfindən quraşdırılmış proqramlar, sazlanmalar silinir.

İndi isə Windows 8 ilə kompüterin sıfırlanmasına baxaq.

Siçanın işarəsini ekranın sağ yuxarı küncünə yaxınlaşdırırıq və aşağıdakı görüntü əks olunur.

windows8reset-1

 Settings menyusuna daxil oluruq.

windows8reset-2

Change PC settings seçərək davam edirik.

windows8reset-3

PC settings bölməsində General seçirik və Remove everything and reinstall Windows bölməsində Get started əmrini tıklayırıq.

windows8reset-4

Reset your PC pəncərəsində Next edirik. Əgər kompüterimizdə sabit disk 2 və daha artıq hissəyə ayrılmışdırsa, bu zaman aşağıdakı şəkildə əks olunmuş sorğu ekranda əks olunacaqdır. Only the drive where Windows is installed seçimini etsək yalnız sistem yüklənmiş bölgü üzərində əməliyyatlar davam edəcək. All drives seçdikdə isə kompüterinizdə mövcud olan bütün sabit disk bölgülərində bu əməliyyat aparılacaq.

windows8reset-3.1

windows8reset-5

Just remove my files əmrini seçdikdə proses tez yekunlaşır və bəzi proqramlar vasitəsilə silinmiş faylları bərpa etmək olar. Fully clean the drive  əmrini seşdikdə proses daha çox vaxt aparır və məlumatların bərpası ehtimalı daha da azalır. Lazım olan seçimi edib davam edirik.

windows8reset-6

Reset seçdikdə artıq kompüterin sıfırlanması əməliyyatı başlanır. Proses müəyyən müddət davam edir. Proses yekunlaşdıqdan sonrakı mərhələlərdə Windows 8-in qurulması zamanı lazım olan əməliyyatlar aparılır.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 6 )

    • Elgun / . Dərc edilib:A 22/07/2013 at 7:54 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    salam
    sizden xahis ederdim mwnim ucun orginal win8 den win 7 ye kecmek ucun bios da hansi deyisiklikler etmek lazimdir bu barede mene komeklik edesiniz.yaxudda bu cur video rolik olsa cox gozel olar.
    tesekkur edirem ki bu cur gozel sayt yartmisiniz

    • Tariyel / . Dərc edilib:A 25/07/2013 at 5:36 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tam basa dusmedim Windows sistemi olan diskdeki butun melumatlar silinir yeni C diski silinir D qalir? ya nece ??

    • Tariyel / . Dərc edilib:A 16/08/2013 at 5:22 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    bele basa dusdum yalniz emeliyat sistemine aid olan fayllar ve C diskine qurulmus oyun ve programlar silinir D diski ise qalir duz basa dusmusem??

    • Məqalədə bu barədə qeyd olunub:
      Əgər kompüterimizdə sabit disk 2 və daha artıq hissəyə ayrılmışdırsa, bu zaman aşağıdakı şəkildə əks olunmuş sorğu ekranda əks olunacaqdır. Only the drive where Windows is installed seçimini etsək yalnız sistem yüklənmiş bölgü üzərində əməliyyatlar davam edəcək. All drives seçdikdə isə kompüterinizdə mövcud olan bütün sabit disk bölgülərində bu əməliyyat aparılacaq.
      Yəni seçiminizdən asılı olaraq C diskini və ya C və D disklərinin hər ikisini sıfırlamaq mümkündür.

Şərh yazın