Hyper-V 3.0 -da virtual maşınların nüsxələrinin digər host üzərinə köçürülməsi

Salam əziz dostlar. Bu dəfəki məqaləmizdə hyper-v 3.0 hypervizoru üzərində Hyper-v replication haqqında danişacayıq. Hyper-v Replication host üzərində olan virtual maşının işlək vəziyyətdə olduğu zaman digər host üzərinə nüsxəsinin ötürülməsi əməliyyatıdır.  İlk növbədə vurğulayım ki Hyper-V replica əməliyyatı aparılacaq hostlar hər ikisi active directory domainə qoşulu olmalıdır. Yəni hər iki host member server olmalıdır. Indi isə Hyper-v replica əməliyyatını sazlanmasına nəzər yetirək.

  1. İlk olaraq host üzərində Hyper-V replica əməliyyatına icazə vermək azımdır. Hyper-V managerə daxil oluruq, hostun üzərində sağ düyməni sıxıb Hyper-V settings seçirik.  Nəzərinizə catdırırıq ki bu əməliyyatları hər 2 host: həm virtual maşın yerləşən həm də virtual maşının nüsxəsi ötürüləcək host üzərində aparmaq lazımdır.

repl1

2. Açılan pəncərədə Replication configuration bölməsinə keçirik.  “Enable this computer as a replica server” seçimini seçirik.  Hosta daxil fayl köçürüldükdə və host üzərində dəyişiklik edildikdə ilk növbədə müracitə edən digər hostun cari host üzərində  icazələri araşdırılır. Bu araşdırma üçün digər host cari host üzərində autorizasiya olur. Bu autorizasiya üçün 2 seçim vardır.

Use Kerberos (HTTP): Bu seçim zamanı şəbəkə üzərindən ötürülən informasıya (bizim misalda virtual maşının nüsxəsi şəbəkə üzərindən digər hosta ötürülür) şifrələnməyəcək. Seçim seçildikən sora PORT seçilməlidir. Standart olaraq http servisi 80 portu üzərində çalışdığından 80 portu ilkin olaraq yazılmış vəziyyətdə olur.

Use Certficate base authentication (HTTPS): Bu seçim zamanı şəbəkə üzərindən ötürülən informasıya şifrələnəcək. Bu seçim seçildikdən sonra Select certficate seçib  lazımı sertfikatı seçmək lazımdır. Bu sertfikat host üzərinə əvvəlcədən daxil olunmalıdır.

repl2

Allow replication from any authenticated server – bu seçimi seçməklə biz  cari host üzərinə bütün digər hostlarda olan virtual maşınların nüsxələrinin köcürülməsinə icazə veririk.

Specify the default location to store replica files – bu bölmədə höst üzərinə köçürülən nüsxələrin fiziki yaddaşda harada saxlanması yeri göstərilir.

Allow replication from the specified servers – bu seçimi seçsək host üzərinə hansi digər hostlardan virtual maşpınların köçürülməsini göstərə bilərik. Bu zaman yalnız göstərilmiş hostlardan cari host üzərinə virtual maşınların köçürülməsinə icazə vermiş oluruq.

3. Bundan sonra  nüsxəsi digər host üzərinə köçürüləcək virtual maşının üzərində sağ düyməni sıxıb Enable replication seçirik

repl3

4. Açılan pəncərədə next seçirik

repl4

5.  Virtual maşının nüsxəsi köçürüləcək digər hostu seçmək üçün pəncərə açılır. Browse sixmaqla active directory üzərində digər host seçib ok sıxırıq. Sonra Next sıxırıq.

repl5

6.    Replication əməliyyatı üçün təyin etdiyimiz authorizasiya növü, portunu və ya sertfikatı gostəririk. İnformasıyanın şəbəkə üzərindən tez ötürülməsi, ötürüləcək informasıyanın həcminin sixlaşdırılaraq kiçildilməsi üçün Compress the data that is transmitted over network seçimini seçirik.

repl6

7.  Ola bilər ki köcürülən virtual maşına təhkim olunmuş birneçə virtual hard disk var. Hansı virtual hard diskin köçürmək istəməyimizi seçmək üçün pəncərə açılır. Seçimimizi edib Next sıxırıq.

repl7

8.   Köcürülən nüsxələrin neçəsinin yadda saxlanacağını göstərmək üçün pəncərə açılır.

Only the latest recovery point – yalnız son köçürülmüş nüsxə yadda saxlanılacaq.

Additional recovery points- seçməklə neçə nüsxənin yadda saxlanılacağını təyin edirik.

Next düyməsi ilə növbəti səhifəyə keçirik.

repl8

9.  Növbəti pəncərətə informasıyanın digər hosta neçə və hansı vaxtda köçürüləcəyini təyin edirik.

Send initial copy over the network- informasiya şəbəkə üzərindən köçürülür. Əgər nüsxənin köçürülməsi zamanı şəbəkə kəsintisi olarsa bu zaman köçürülmə əməliyyatı şəbəkə problemi həll edildikdən sonra qaldığı yerdən davam edəcək.

Send initial copy use the external media – informasiya məlumat daşıiyiciları (flash yaddaş , daşına bilən  sərt disk və s. ) köməkliyi ilə ötürülür.

Use an existing virtual machine on the Replica server as the initial copy – Əgər biz virtual maşının bir nüsxəsini artıq digər hostun üzərinə köçürmüşüksə və köçürülmüş nüsxəni cari virtual maşının nüsxəsi olduğunu təyin etmək istəyiriksə bu seçimi seçirik.

repl9

Schedule İnitial replication – Nüsxənin köçürüləcək vaxtı təyin edirik.

Start replication immediately – Replicasiya əməliyyatı Finish düyməsi sixildıqdan sonra dərhal başlayır.

Start replication on- replicasiya əməliyyatı təyin etdiyimiz vaxtdan etibarən başlayır.

Seçimləri etdikdən sonra Next düyməsini sıxırıq.

10  Yuxarıda seçdiyimiz seçənəklər və etdiyimiz sazlamalar haqda qisa məlumat pəncərəsi aşılır. Finish düyməsini sıxırıq.

repl10

 

Bununla da biz virtual maşının digər host üzərinə nüsxəsinin alınması üçün sazlamaları həyata keçirmiş olduq.  Aşağıdakı şəkildə görürük ki başqa bir virtual maşının digər host üzərinə köçürülmüş nüsxələrini görürük. Snapshots – bölməsində ayrı-ayri vaxtlarda köçürülmüş  nüsxələri görə bilərik. Əgər biz nüsxə olan virtual maşının üzərində sağ düyməni replication bölməsinə keçsək burada birneçə seçimin olduğunu görürük. İndi bu seçimlərə qisa nəzər yetirək.

repl11

  • Failover – əgər fövqəladə hal baş veribsə və əsas işlək vəziyyətdə olan virtual maşın sıradan çıxarsa bu seçimi seçməklə biz rezerv nüsxənin işə sala bilərik.
  • Test Filover- köçürülmüş nüsxənin fövqəladə hal zamanı düzgün işləyib-işləməyəcəyini təyin etmək üçün, virtual maşının nüsxəsini test etmək üçün bu seçimi seçiriik.
  • Pause replication- replication əməliyyatını müvəqqəti dayandırmaq üçün istifadə edilir.
  • View Replication health… – Replicasiya əməliyyatının statusunu, replicasiya əməliyyatının tarixi,       statistikasına baxmaq üçün bu seçim edilir.
  • Remove replication – replication əməliyyatını silmək üçün istifadə edilir.

Növbəti məqalələrdə görüşənə qədər…

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərhlər ( Hyper-V 3.0 -da virtual maşınların nüsxələrinin digər host üzərinə köçürülməsi )

  1. tesekkurler

Şərh yazın