E-mail protokollarının (POP3, IMAP, ActiveSync) xüsusiyyətləri və istifadəsi

Salam dostlar. Bu məqalədə elektron poçtlarımızdan istifadə etmək üçün tənzimləmələr apararkən qarşılaşdığımız bir məqama toxunmaq istəyirəm. (Tənzimləmələr haqqında məqaləyə keçid) Aşağıdakı şəkilə baxdıqdan sonra bu seçimlərdən hansını etməli olduğumuzu və hansı fərqlərin olduğunu aydınlaşdıracağıq. Məqalədə daha çox praktik misallarla izah etməyə çalışacağıq.

Add_Account_001

Şəkildə, Microsoft Outlook 2013-ün tənzimləməsi zamanı ilk seçimin Exchange Server-ə  (Exchange Server 2010 Sazlanması) qoşulma olduğunu görürük. Əgər şirkətimizdə Exchange Server varsa, istifadəçilərin öz maillərindən istifadə edə bilməsi üçün bu seçimlə davam edərək gərəkən ayarları daxil etmək lazımdır.

Add_Account_002

 Əlavə olaraq bildirim ki, Outlook açıq olarkən Yeni Exchange Hesabı əllə tənzimlənə bilmir, bunun üçün yeni hesab əlavə etmək üçün İdarəetmə paneli -> Mail-> E-mail Hesablar yolundan istifadə edirik.

Add_Account_003

5-ci mərhələyə qədər ardıcıl addımlardan sonra şirkətimizdə və ya İnternet Xidmət Təchizatçımızda (ISP – Internet Service Provider) yerləşən Exchange hesabına qoşula bilərik.

5-ci addımda  Other (Digərləri) seçimi ilə Outlook Mobil Xidmətini istifadə edə bilərik.

Outlook Mobil Xidməti – vasitəsilə xatırladıcılar haqqında SMS məlumat almaq, Outlookun Təqvim və Telefon Kitabçasından istifadə edərək şəxlərə SMS-lər göndərmək olur. Sizə uyğun tarif planını aşağıdakı keçiddən dəqiqləşdirə bilərsiniz. http://messaging.office.microsoft.com/HostingProviders.aspx?src=O12&lc=1033

Bu xidmətlər hər bir mobil operator üçün fərqli ola bilər. Sizə uyğun operatoru seçirsiniz.

Add_Account_004

Qeydiyyat və detalları ilə bağlı məlumatlar spesifik xarakterli olduğu üçün Mobil Operatorunuzun Müştəri Xidmətləri ilə əlaqə saxlayırsınız.

Add_Account_005

Məlumatları daxil etdikdən sonra Hesab ayarlarını Sına deyərək, işi bitiririk.

İkinci seçim – Exchange ActiveSync (EAS)-dir. Bu seçimlə Outlook.com və EAS dəstəkləyən xidmətlərə qoşularaq e-mail, təqvim, əlaqələr və işləri sinxronlaşdıra bilərik.

Üçüncü seçim – POP və IMAP-dir. Bu protokollara ayrı-ayrılıqda nəzər salaq.

POP (Post Office Protocol) – “yaşlı” protokollardan olduğu üçün ən çox yayılmışıdır. Port nömrəsi 110 (Secure POP3 (SSL-POP) – port 995)-dur.

Mail hesabının bir avadanlıqdan idarə ediləcəyi hal üçün uyğundur. Belə ki, POP3 ilə qoşularkən, proqram serverdən məktubları endirir və serverdən endirilmiş məktubu susmaya görə (default) silir. (Təzə versiyalarda Default 14 gündən sonra sil olaraq izamlanıb) Əgər silməsini istəmiriksə, outlooku tənzimləyərkən aşağıdakı ayarı dəyişməyi unutmuruq. Daha ətraflı burda.

007 Mənfi cəhəti: E-mailin yalnız bir avadanlıqdan istifadə edilməsinin uyğun olması, göndərilən məktubların serverə  senxronlaşdırılmaması.  Məsələn, telefonda E-maili POP3 olaraq tənzimləsək, göndərdiyimiz məktublar ancaq telefonumuzda qalacaq və telefon sıradan çıxarsa, itirilər və ya dəyişdirilərsə artıq bu məktubları itirmiş olarıq. Bu cəhətin qarşısın almaq üçün, bütün gələn məktubların 1 nüsxəsinin veb serverdə saxlanılması, göndərilən məktubların isə mütəmadi olaraq ehtiyyat nüsxəsinin çıxarılması lazımdır.

IMAP (Internet Message Access Protocol) – “cavan” protokol olmasına baxmayaraq, kifayət qədər tanınıb. Port nömrəsi 143 (Secure IMAP (IMAP4-SSL) – port 587; IMAP4 over SSL (IMAPS) – port 993)-dür.

Elektron Mailin bir neçə avadanlıqla idarə edildiyi hallar üçün idealdır. Belə ki, məktublar və onların atributları (oxunmuş, oxunmamış, silinmiş) üzərindəki işlər serverdə aparılır. Məsələn, telefondan A məktubunu oxuduq, B məktubunu sildik, kompüterdən məktubları yoxlayarkən A məktubunun oxunmuş, B məktubunun silinmiş olduğunu görəcəyik.

SMTP (Simple Mail Transfer Protocol) – göndərilən məktubların çatdırılması ilə məşğul olur. Port nömrəsi – 25 (Secure SMTP (SSMTP) – port 465)-dir. Bir çox hallarda bu port Spamlarla mübarizə üçün İXT (İSP)-tərəfindən bloklanır.

Dostlar, bu məqaləmizdə bacardığımız qədər aydın məlumat verməyə çalışdıq. İnşAllah ki, işinizə yaramışdır. Gələn məqalələrdə görüşənədək.

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 2 )

    • Rauf Əliyev / . Dərc edilib:A 04/03/2014 at 3:36 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Elvin bəy çox sag olun hər şeyi tam olaraq əhatə etmisiz, gündəmdə olan məqalədir.

    • Təşəkkür edirəm. Əgər işə yarayan məqalə olubsa, çox sevinərəm.

Şərh yazın