Hyper-V 3.0 – hypervisorunda replication əməliyyatı üçün ilkin hazırlıq

Salam əziz dostlar. Bu məqaləmizdə hyper-v 3.0 hypervizoru üzərində Hyper-V Replication- işlək vəziyyətdə olan virtual maşınların rezerv  müsxələrinin digər host üzərinə köçürülməsi   əməliyyatının aparılması üçün ilkin hazırlıq mərhələsindən  danişacayıq.  İlk növbədə vurğulayım ki Hyper-V replication  əməliyyatı aparılacaq hostlar hər ikisi active directory domainə qoşulu olmalıdır. Yəni hər iki host member server olmalıdır. Indi isə Hyper-v replication  əməliyyatının sazlanmasına nəzər yetirək.

  1. İlk olaraq host üzərində Hyper-V replication  əməliyyatına icazə vermək lazımdır. Hyper-V managerə daxil oluruq, hostun üzərində sağ düyməni sıxıb Hyper-V settings seçirik.  Nəzərinizə catdırırıq ki bu əməliyyatları hər 2 host: həm virtual maşın yerləşən həm də virtual maşın ötürüləcək host üzərində aparmaq lazımdır.

r1

2.  Açılan pəncərədə Replication Configuration bölməsinə keçirik.  “Enable this computer as a replica server” seçimini seçirik.  Hosta daxil fayl köçürüldükdə və host üzərində dəyişiklik edildikdə ilk növbədə müracitə edən digər hostun cari host üzərində  icazələri araşdırılır. Bu araşdırma üçün digər host cari host üzərində autorizasiya olur. Bu autorizasiya üçün 2 seçim vardır.

Use Kerberos (HTTP): Bu seçim zamanı şəbəkə üzərindən ötürülən informasıya (bizim misalda virtual maşının nüsxəsi şəbəkə üzərindən digər hosta ötürülür) şifrələnməyəcək. Seçim seçildikən sora PORT seçilməlidir. Standart olaraq http servisi 80 portu üzərində çalışdığından 80 portu ilkin olaraq yazılmış vəziyyətdə olur.

Use Certficate base authentication (HTTPS): Bu seçim zamanı şəbəkə üzərindən ötürülən informasıya şifrələnəcək. Bu seçim seçildikdən sonra Select certficate seçib  lazımı sertfikatı seçmək lazımdır. Bu sertfikat host üzərinə əvvəlcədən daxil olunmalıdır.

Allow replication from any authenticated server – bu seçimi seçməklə biz  cari host üzərinə bütün digər hostlarda olan virtual maşınların nüsxələrinin köcürülməsinə icazə veririk.

Specify the default location to store replica files – bu bölmədə höst üzərinə köçürülən nüsxələrin fiziki yaddaşda harada saxlanması yeri göstərilir.

Allow replication from the specified servers – bu seçimi seçsək host üzərinə hansi digər hostlardan virtual maşpınların köçürülməsini göstərə bilərik. Bu zaman yalnız göstərilmiş hostlardan cari host üzərinə virtual maşınların köçürülməsinə icazə vermiş oluruq. r2

3. Active directory domain server üzərində hosta uyğun computer obyektləri üzərində dəyişikliklər etmək lazim gəlir.

Dəyişikliklər aşağıdakı ardıcıllıqla edilir:

1.       Computer obyekti üzərində sağ düyməni sıxıb properties seçirik.

r3

2.       Delegation bölməsinə keçirik. Trust this computer for delegation to specified services only – seçimini seçirik. Bundan sonra use kerberos only seçib ADD… düyməsini sıxırıq.

r4

3.       Açılan pəncərədə Users or Computers seçirik. Kompyuter adını seçib OK sıxırıq.

r5

4.      Açılan pəncərədə cifsHyper-V Replica Service servislərini seçib OK sıxırıq.

r6

5.      Yekunda aşağıdakı şəkildəki kimi sazlama əldə edirik. Yekunda OK sıxırıq.

r8

Replica əməliyyatının virtual maşına tətbiqi ilə ” Hyper-V 3.0 -da virtual maşınların nüsxələrinin digər host üzərinə köçürülməsi” məqaləsində tanış ola bilərsiniz.

Növbəti məqalələrimizdə görüşənədək, sağolun.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərhlər ( Hyper-V 3.0 – hypervisorunda replication əməliyyatı üçün ilkin hazırlıq )

  1. sagolun

Şərh yazın