Dreldən istifadə zamanı ətrafı çirkləndirmədən necə işləyək?

Salam hörmətli Texnologiya həvəskarları 🙂 Bilirəm təəccüblənirsiniz ki, axı heç hənnanın yeridir? Bəli, lap elə yeridir deyirəm ) Bu gün aldığım LED monitoru divara bərkitdiyim zamanı, dreldən istifadə etməli oldum, və ən çox məni düşündürən şey, iş bitdikdən sonra yeri təmizləmək idi, mən bu məsələni çox asanca həll etdim, istədim təcrübəmi bölüşüm ki, sizin də işinizə yarayar bəlkə, çünki Azərbaycanda İT mütəxəssisləri tez-tez drel-dən istifadə etməli olurlar )))

Deməli A4 kağız və skoç götürürük. Kağızı tən ortadan qatlayırıq, sonra bir tərəfini divarda deşəcəyimiz yerin altından skoçla, kip şəkildə yapışdırırıq. Belə bir şey alınır: drel

Ümid edirəm ki, kiməsə faydası dəyəcək )

İndiki zəmanədə işi görmək kifayət etmir, işi ağılla, sürətlə, səliqəli görmək gərəkir )))

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 6 )

  1. Araz bəy, çox maraqlı yanaşmadır. Təcrübəni bölüşməyiniz əla fikirdir.. ))

    • Təşəkkürlər qardaş. Gələcəkdə bu kimi şeylər çıxdıqca mütləq paylaşacağam ))

  2. Əla. Təşəkkürlər.

    • Rövşən / . Dərc edilib:A 02/12/2014 at 10:20 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam Araz bəy. Əladı. Mən həmişə tozsorandan istifadə edirəm. Onada köməkci lazımdı.

    • / . Dərc edilib:A 22/03/2015 at 10:01 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Əla fikirdir :))

Şərh yazın