Transact-SQL və SQL

Salam dostlar.  Bu məqalə ilə verilən bazasının formalaşması haqqında məqalələr silsiləsinə başlayırıq.

İlk məqaləmiz nəzəri bilikərə əsaslanır.  SQL (Structured Query Language) platforması və onun əsasının formalaşması haqqında qısaca məlumat və riyazi bazanın proqlaşdırma yazı dilinə inteqrasiyanı aydınlaşdıracayıq.

Transact-SQL  Microft SQL Server vasitəsilə verilənlərin idarə olunmasında istifadə olunan mühüm yazı dilidir.T-SQL güclü riyazi bazaya əsaslanır.

t_sql_sql_001

T-SQL yazı dili SQL standartının əsas dialektidir.  SQL Amerika Milli Standartlar İnsititunun  (ANSİ) və  Beynəlxalq Standartlar Təşkilatı (ISO) tərəfindən təsdiqlənmiş standartdır. SQL standartı bu günədək aşağıdakı inkişaf mərhələlərdən keçmişdir:

  • SQL-86
  • SQL-89
  • SQL-92
  • SQL:1999
  • SQL:2003
  • SQL:2006
  • SQL:2008
  • SQL:2011

Bütün aparıcı  MBİS (Məlumat Bazasının İdarəetmə Sistemi) istehsalçı təşkilatlar,  həmçinin Microsoft verilənlər bazasının idarə edilməsi və nəzarətində SQL standartını tətbiq edir.

SQL standartı verilənlərin idarəsi və nəzarətində istifadə olunan  “Relational” riyazi modelinə əsaslanır. Bu model Edgar F.Codd tərəfindən 1969-cu ildə yaradılmışdır. Relational modelinində olan  əlaqə  SQL platformasında cədvəl kimi  təzahür edir. Əslində bu sözlər sinonim deyil, sadəcə cədvəl  SQL tərəfindən  əlaqənin forması  kimi irəli sürülən vizual obyektdir.

Yadda saxlamaq lazımdır ki,  relation modelinde başlıq  attributlar çoxluğundan, məzmun (body) hissə isə strukturlaşdırılmış məlumatlar (tuple) çoxluğundan ibarətdir. Bu  çoxluqlar isə “set theory” -sinə əsaslanır və onun bazası  üzərində formalaşır.

        Relation modelinin əsalandığı digər riyazi istiqamət isə Predicate logic adlanır. Predicate logic -müəyyən obyekt haqqında irəli sürülən fikrin doğru (true) və ya yanlış (false ) olmasını təklif edir.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əhmədov

Şərhlər ( Transact-SQL və SQL )

    • Thx / . Dərc edilib:A 16/08/2013 at 9:06 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər qardaş.Ardı gəlsin İNŞALLAH.

Şərh yazın