DHCP üzərində NAP (klient tərəfindən aparılan testlər) (4)

Salam Dostlar, “DHCP üzəridən NAP” haqqında məqalələrimizin son bölümünə gəldik. Əvəllki məqalələrə baxmaq üçün bu keçidlərdən istifadə edə bilərsinz.

Network Access Protection nədir?
NPS serverin qurulumu
DHCP servisi üzərində əməliyyatlar və NAP Client üçün GPO tənzimləmələri

Bu məqalədə NAP`ın düzgün çalışıb çalışmadığını client computer üzərində testlər edərək yoxlayacağıq.
İlk öncə client komputerdə bütün Firewall profilləri`ni işlək vəziyyətə gətirək.
firewall_enabled

Daha sonra klient komputerdə, “ipconfig /all” əmrini icra edək. Gördüyünüz kimi, “System Quarantine State”in “Not Restricted” yəni məhdudiyyətsiz olduğundan əmin olduq.
restrictedCMD

İndi isə, Windows Firewall`u bağlayaq.
firewall_disabled2

Firewall`u bağladıqdan sonra, klient komputerdə “ipconfig /all” əmrini icra edək. Bu əməliyyat üçün bizim bir neçə saniyə vaxtımız var, çünki Windows Firewall`ı bağladıqdan sonra Remediation Server avtomatik olaraq, Windows Firewall`u açacaq. Yəni bizim qoyduğumz kriteryalara uyğun olaraq, Remediation server öz vəzifəsini yerinə yetirəcək.
restrictedCMDGöründüyü kimi, klient komputerlərimiz sağlamlıq kriteryalaraına uyğunlaşmadığı üçün, “System Quarantine State” “Restricted” dir. Ancaq, yuxarıda da qeyd etdiyim kimi müyyən vaxtdan sonra Remediation Server bu vəziyyəti düzəldəcək və klient komputer “Not Restricted” vəziyyətinə gələcək.

Daha sonra isə “Windows Firewall” xidmətinin avtomatik olaraq açıldığının şahidi olacaqsınız.
firewall_enabled

Əziz Dostlar, “DHCP üzərindən NAP” tənzmiləmələrinə bir yerdə baxdıq. Yararlı olması ümidi ilə…

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( DHCP üzərində NAP (klient tərəfindən aparılan testlər) (4) )

  1. tesekkur edirem

Şərh yazın