Windows 8 File History

Bu məqaləmizdə Sizlərə File History haqqında məlumat verəcəyik. File History fayllarımızın ehtiyat nüsxəsini almaq və lazım gəldikdə həmin nüsxədən fayllarımızı bərpa etməyə imkan verir. File History desktop,library,contacts və favorites bölmələrində olan faylların ehtiyat nüsxəsini hər hansı bir daimi yaddaş qurğusuna və ya şəbəkə üzərində hər hansı bir ünvanda saxlamağa imkan verir.

İndi isə File History ilə bağlı sazlanmaları aparaq.

File History açmaq üçün Search bölməsinə File History yazaraq axtarış edirik. Settings bölməsinə daxil olaraq File History seçirik. (Control Panel bölməsinə daxil olaraq File History seçə bilərik)

FileHistory-01

Bundan sonra File History ilə bağlı sazlanmalara aparacağımız pəncərə açılır.

FileHistory-02

Şəkildən göründüyü kimi hal-hazırda File History deaktivdir (File History is off).

İlk əvvəl faylların ehtiyat surətini saxlamaq üçün daimi yaddaş qurğusu və ya şəbəkədə bir ünvan seçirik. Bunun üçün Select drive seçirik. Aşağıdakı şəkildən göründüyü kimi iki informasiya daşıyıcısı kompüterimizə qoşulmuşdur. İstəsək həmin informasiya daşıyıcılarından birini seçirik və ya Add network location seçərək məlumatlarımızın ehtiyat nüsxəsini saxlamaq üçün şəbəkədə hər hansı bir ünvan təyin edə bilərik.

FileHistory-03

Bu nümunəmizdə şəbəkə üzərində məlumatlarımızın ehtiyat nüsxəsini saxlamaq üçün lazımı əməliyyatları aparaq. İlk əvvəl Add network location seçirik. Açılan pəncərədə şəbəkədə məlumatın ehtiyyat nüsxəsini saxlamaq istədiyimiz kompüteri və qovluğu seçirik.

FileHistory-04

Select Folder seçirik və Select a File History drive pəncərəsində \\Technet\D ünvanı əks olunacaq.

FileHistory-05

Siyahıdakı seçimlərdən hər hansı birini seçib davam edə bilərik. Biz \\Technet\D seçirik.

FileHistory-06

File History-ni işə salmaq üçün Turn on düyməsini tıklayırıq. Şəkildən göründüyü kimi Copy files from – komptüremizdə olan və köçürmək istədiyimiz kitabxanaları, kontaktları və s. əsk etdirir, Copy files to – məlumatlarımızın ehtiyyat nüsxəsini saxlayacağımız ünvanı göstərir.

FileHistory-07

File History aktivləşdirildikdən sonra ilk dəfə Copy files from sahəsində olan bölmələrdəki məlumatları \\Technet\D ünvanına kopyalamağa başlayır. Aşağıdakı şəkildən göründüyü kimi artıq məlumatlarımız \\Technet\D ünvanına kopyalandı.

FileHistory-08

Exclude folders bölməsindən ehtiyat nüsxəsini almaq istəmədiyimiz obyektləri əlavə edirik, bu zaman obyektlər \\Technet\D ünvanına kopyalanan zaman Exclude folders bölməsində olan obyektlərdə yerləşən məlumatlar kopyalanmayacaq.

İndi isə kopyalamaq istəmədiyimiz məlumatlar yerləşən obyekti Exclude folders bölməsinə əlavə edək.

File History bölməsində Exclude folders seçirik və aşağıdakı pəncərə açılır.

FileHistory-09

Add edərək istədiyimiz bölməni seçirik.

FileHistory-10

Select Folder edərək seçimi yekunlaşdırırıq. Aşağıdakı şəkildən göründüyü kimi Pictures Exclude folders bölməsinə əlavə edildi.Artıq məlumatlarımızın ehtiyat nüsxəsi alınan zaman Pictures bölməsində olan məlumatlar kopyalanmayacaq.

FileHistory-11

Advanced settings bölməsindən məlumatların ehtiyat nüsxəsinin kopyalanma intervalı, saxlama intervalı, silinməsi kimi əməliyyatlar aparıla bilər.

FileHistory-12

Save copies of files – məlumatların hansı intervalda kopyalanmasını təyin etmək üçündür. File history quraşdırılan zaman susmaya görə hər bir saatda məlumatlar kopyalanır. Lakin intervalı siyahıda olan dəyərlərə uyğun olaraq istədiyimiz kimi təyin edə bilərik.

Size of offline cache – Ehtiyat nüsxələri kopyalayacağımız informasiya daşıyıcısının və ya şəbəkədəki ünvanın həcminin neçə faizindən istifadə edə biləcəyimizi təyin edirik.

Keep saved versions – ehtiyat nüsxələrin nə qədər müddət saxlanacağını təyin edirik. Susmaya görə məlumatlar həmişə saxlanılır. Amma siyahıda olan dəyərlərə uyğun olaraq təyin edə bilərik ki, ehtiyat nüsxələr müəyyən intervaldan bir silinsin. Until space needed seçildikdə əgər ehtiyat nüsxəni kopyalandığı informasiya daşıyıcısında və ya şəbəkədəki ünvanda kifayət qədər yer olmadıqda köhnədən təzəyə doğru faylları silməyə başlayır.

Clean up versions vasitəsilə ehtiyat nüsxələri silmək mümkündür.

Older than 1 year – 1 ildən əvvəl kopyalanmış faylları silmək

All but the latest one – ən sonuncu kopyalanmadan başqa məlumatları silmək və s.

Seçimlərdən istifadə edə bilərik. İstədiyimizi seçib Clean up tıklayırıq.

FileHistory-13

Restore personal files – ehtiyat nüsxədən hər hansı bir məlumatı bərpa etmək üçündür. Tutaq ki, iş masasında (desktop) olan hər hansı bir faylı silmişik, lakin həmin fayl bizə yenidən lazımdır. Nəzərə alaq ki, File history vasitəsilə həmin faylın ehtiyyat nüsxəsi alınıb. Bu zaman Restore personal files bölməsinə daxil olaraq lazım olan faylı bərpa edə bilərik.

İndi isə nümunələrlə silinmiş faylı ehtiyat nüsxədən bərpa edək. İş masamızda olan obyektlər aşağıdakı şəkildə əks olunmuşdur. Burada Test.txt faylı yoxdur.

FileHistory-14

İndi isə Test.txt faylını bərpa edək. Bunun üçün File History bölməsindən Restore personal files seçirik və aşağıdakı pəncərə açılır. Bərpa etmək istədiyimiz vaxta uyğun ehtiyat nüsxəni seçirik. (məlumatın bərpası üçün işarələnmiş bölmədə olan işarələr vasitəsilə əvvəlki və ya sonrakı ehtiyat nüsxəyə keçə bilərik) Daha sonra aşağıdakı şəkildə işarə olunmuş düyməni tıklayırıq.

FileHistory-15

FileHistory-16

Replace the files in the destination – əgər bərpa etmək istədiyimiz fayl kompüterimizdə varsa, kompüterimizə ehtiyat nüsxədəki faylı bərpa edir. Bu bizə o zaman lazım ola bilər ki, hər hansı bir fayl üzərində dəyişiklik etmişik, lakin daha sonra əvvəlki faylın bizə lazım olduğu məlum olub.

Skip these files – əgər bərpa etmək istədiyimiz fayl kompüterimizdə varsa, kompüterimizdə olan fayl olduğu kimi saxlanılır.

Let me decide for each file – faylların əvəz olunması üçün seçim imkanı verir. Bu zaman aşağıdakı görüntü əks olunur.

FileHistory-17

Şəkildən göründüyü kimi ehtiyat nüsxədə və kompüterimizdə olan obyektlər qarşılaşdırılır. Əvəzləmək istədiyimiz faylı seçib Continue edirik. Bununla da fayllarımız əvəzlənmiş olacaq.

File History ilə bağlı suallarınızı http://forum.technet.az/ ünvanında yaza bilərsiniz.

Səs: +80. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 3 )

    • / . Dərc edilib:A 14/03/2015 at 3:31 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox maraqlı mövzu idi, bəs “recovery” və “Windows 7 file recovery” funksiyaları nə üçündür? Back up anlayışı ilə file recovery anlayışı eyni şeydir, ya fərqli mövzulardır?

    • Backup anlayışı ehtiyat nüsxəni ifadə edir. Yəni hər hansı problemlə qarşılaşdıqda məlumatlarımızı, sazlanmaları, quraşdırılmış proqram təminatlarını itirməmək məqsədilə ehtiyat nüsxə alınır. Daha sonra hər hansı problem olduqda ehtiyat nüsxəni bərpa edə bilərik(Restore). Bir və ya bir neçə faylın bərpa edilməsi isə recovery kimi ifadə edilə bilər.
      Ehtiyat nüsxənin alınması üçün yüzlərlə variant mövcuddur. Məntiq olaraq hamısı eyni işə xidmət edir.
      Aşağıdakı məqalələrdə faydalı məlumatlarla tanış ola bilərsiniz.
      http://www.technet.az/2014/08/10/microsoft-azure-backup-vault/
      http://www.technet.az/2013/12/24/windows-online-backup-n%C9%99dir/

    • / . Dərc edilib:A 16/03/2015 at 11:24 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Cavab verdiyiniz üçün təşəkkür edirəm.

Şərh yazın