XBoot proqramı

Salam dostlar, ilk məqaləmdə sizlərə Xboot proqramı haqqında danışmaq istəyirəm. Belə bir vəziyyəti təsəvvür edin ki, hər hansı bir kompüterə sistem yazılmalıdır və yaxud kompüteri hər hansı proqramdan boot etməlisiniz. Amma kompüterin DVD-CD qurğusu işləmir və ya ümumiyyətlə yoxdur. Belə vəziyyətdə  Xboot proqramını istifadə edəcəyik. Bu proqramın köməyi ilə bir və yaxud bir neçə proqramı usb flash qurğusuna yazaraq ondan boot etmek olar. Proqram haqqında az da olsa məlumat verdikdən sonra keçək deyilənlərin praktiki olaraq yerinə yetirilməsinə.

İlk olaraq bu linkdən proqramı endiririk

YÜKLƏ: XBoot

Rəsmi səhifə: XBoot

Proqram portable versiyadadır. Proqramı açırıq.

1

2-ci- mərhələdə usb flas qurğusuna yazmaq istədiyimiz proqramların iso faylını açılmış pəncərəyə mouse ilə sürüşdürürük. Mən Windows Xp və Acronis media iso fayllarını istifadə edəcəm. Siz özünüzə lazım olan proqram və ya ƏS-lərinin iso fayllarını istifadə edə bilərsiniz. Windows Xp iso faylını pəncərəyə əlavə etdik də Xboot proqramı bizdən seçim etməyi istəyir. Şəkildəki kimi seçim edirik və add this file düyməsinə sıxırıq.

2

3

Lazım olan iso fayllarını əlavə etdikdən sonra pəncərənin aşağı sağ küncündə iki seçimdən birini etməliyik.

4

 

Create İSO  – bu seçimi etsək proqrama əlavə etdiyimiz iso faylları diskə yazacağıq. Bu seçim bizə lazım deyil.

Create USB – bu seçimi etsək proqrama əlavə etdiyimiz iso fayllarını usb flash qurğusuna yazmış olacağıq. Bizə bu seçim lazımdır. Onun üzərinə sıxırıq və şəkildəki pəncərə ilə rastlaşırıq.

5

select USB drive – usb flash qurğumuzu seçirik

Select Bootloader – Grub4dos seçimini etməyi məsləhət görərdim.

Bu seçimləri etdikdən sonra ok düyməsini sıxırıq və gözləyirik.

6

Proqram işini başa çatdırdıqdan sonra bizə xəbərdarlıq edecək.

7

No seçimini edirik və kompüterimizi usb flash qurğusundan boot edirik.

8

Qeyd: Usb flash qurğusunu istifadə etməzdən əvvəl ordakı məlumatları başqa yerə yazmağı unutmayın. Çünki proqram iso faylları ora yazmamışdan əvvəl usb flash qurğusunu format edir.

 

Cəmil Heydərov

IT Mütəxəssis

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 5 )

    • Tariyel / . Dərc edilib:A 26/08/2013 at 9:34 AM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Ellerin derd gormesin tesekkurler cox gozel ve lazimli meqaledi

    • orxan / . Dərc edilib:A 26/08/2013 at 2:06 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    təşəkkürlər lazımlı proqramlar siyahısına daxil elədim )

    • Cemil Heyderov / . Dərc edilib:A 26/08/2013 at 2:34 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    Buyurun dostlar-)

    • Omar Balayev / . Dərc edilib:A 22/02/2014 at 11:58 PM
      Səs: 0. Bəyənilsin Zəifdir

    salam.məllim məqalə üçün təşəkkür edirəm. çox gözəl programdır.bunun ilə bir neçə ƏS də bir yerdə hazırlamaq olar.lakin əlavə olaraq deyim ki, bu programın hazırladığı flash drive fat32 formatında olur və 4gb-dan artıq faylları yükləmək olmur.bu minus haldır.ama istifadəsi çox asanddır.

  1. elaaaa

Şərh yazın